Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
Tarix: 23.01.2018 | Saat: 11:54:00
Bölmə:Müsahibə | çapa göndər

Gözlənilən an gəldi – Türkiyə Afrin üzərinə həmlə edərək sərhədlərinin qarşı tərəfində terror strukturlarının yaradılması yollarını bağlamağa başlayıb. Terrorla mübarizəyə ad da verib – “Zeytun budağı”. Yəni bölgədə insanlara sülh, rifah və sabitlik gətirdiyini deyib, Amerika və digər yadelli qüvvələr tərəfindən yaradılan və dəstəklənən terrorçuları məhv etməkdədir. Amma maraqlıdır ki, Türkiyə uzun müddət idi bu bölgədə sabitliyi bərqərar eləmək üçün ABŞ və Rusiyaya müraciət edirdi. Deyirdi ki, ya bu əraziləri terror yığınından təmizləyin, ya da özümüz bunu edəcəyik. Amma nə Amerika-Rusiya qütbləri bunu edirdi, nə də Türkiyənin özü. Elə isə nə baş verdi ki, üç gün öncə Türkiyə Afrinə ordu yeritdi? Suriya Türkmən Milli Hərəkat Partiyasının sədr müavini Tarıq Sulo Cevizci ilə söhbətləşib, “Zeytun budağı”na aydınlıq gətirməyə çalışdım. Gəlin müsahibəyə birlikdə nəzər salaq: 

- Bölgənin terror yuvasına çevrilməsi, əslində, təkcə Türkiyəyə deyil, bütün dünyanın təhlükəsizliyinə ciddi problem yaratmaqdadır. Türkiyə uzun müddətdir bu təhlükənin nə qədər ağır nəticələr verə biləcəyini dünyaya başa salmaq istəyib, ancaq təəssüf ki, qarşı tərəf həmişə onun başı altına yastıq qoymağa çalışıb. Ona görə də Türkiyənin “vurdum, hiss eləmədi” siyasətlərinə qarşı hərbi müdaxilədən başqa heç bir seçimi qalmadı. Açıq deyirəm: Rəcəb Tayyib Ərdoğan bütün məzlumların gözlədiyi əməliyyata start verərək bizlərdə də böyük ümid yaradıb.

- Bir neçə gün öncəyədək Rusiya və ABŞ-la mütəmadi görüşlər keçirən Ankara onları bu əməliyyata razı salmaq istəyirdi. Nələr oldu, Türkiyənin istəyini qəbul etdilərmi? Bu ölkələrin “Zeyun budağı” əməliyyatına münasibətini necə dəyərləndirərsiniz?

- Məncə bu əməliyyatlarda Rusiyanın rolu ABŞ-ınkından daha genişdir. Baxın: bir vaxtlar Rusiyanın yaradaraq, bəsləyib böyütdüyü PKK/YPG quruluşu son dövrdə ABŞ-ın himayəsinə sığınıb. Bu səbəbdən də Rusiya bloku bu quruluşa qarşı kəskin qəzəb nümayiş etdirir və əlbəttə, onu cəzalandırmaq istəyir. Türkiyə də PKK/YPG birliyinə qarşı olduğu üçün, Moskva məhz türklərin əli ilə onları cəzalandırmaqdadır. Moskva bu müstəvidə ilk olaraq “Fərat qalxanı” əməliyyatlarına yol açıb, indi də “Zeyun budağı” prosesini dəstəkləyərək YPG-ni cəzalandırır. ABŞ-a gəldikdə, onlar hətta bu əməliyyata qarşı çıxsa belə, Afrində hər hansı təsir imkanlarına malik olmadıqları üçün, səsləndirdiyi cılız etiraz bəyənatından başqa heç nə etmək iqtidarında deyil.

- Son günlər mediada belə bir xəbər yayılmışdı: Ankara Rusiyadan “S-400” havadan müdafiə sistemlərini söndürməyi tələb edib. Əgər söndürməsə, Türkiyənin “B” pılanı işə salınacaq. Necə fikirləşirsiniz: “Zeytun budağı” əməliyyatı “S-400”lər söndürüldü deyə başladı, yoxsa “B” planı işə düşüb?

- Mən birinci ehimala üstünlük verərdim. Hesab edirəm ki, “Zeytun budağı” əməliyyatı birmənalı şəkildə Rusiya ilə qarşılıqlı anlayışa əsasən həyata keçirilir. Burada “B” planına qətiyyən ehtiyac qalmayıb. Prosesin ümumi məğzindəSuriyanın yenidən qurulması dayanır.

- İndi daha çox Türkiyəsevərlər narahatlıq keçirir ki, Allah eləməsin, birdən ABŞ-la Rusiya Ankaranı aldadar, necə deyərlər, onu kürəyindən vurarlar. Sizcə bu ölkələrin Türkiyəni aldatması mümkündür?

- Əlbəttə mümkündür. Ümumiyyətlə, hər cür ehtimala hazır olmalıyıq. Ola bilər ki, bu ölkələr Türkiyəni müharibəyə çəkmək istəsinlər. Hətta mümkündür ki, Türkiyənin öz daxilində terror təşkilatlarını aktivləşdirsinlər, daxili sistemdə qarışıqlıq yaratsınlar və sabitliyi pozmaq istəsinlər. Ona görə də, hər cür pis ssenariyə hazırlıqlı olmaq lazımdır.

- Bu məsələdə Əsəd hakimiyyətinin icazəsi varmı və ümumiyyətlə, Türkiyənin Afrində hərbi əməliyyat keçirməsinə necə baxır?

- Türk ordusunun Afrində əməliyyata başlamasına dair, əlbəttə ki, məlumatı var. Amma Türkiyə “Zeytun budağı” prosesinə başlayarkən heç də Əsəddən icazə almayıb. Bu məsələdə razılığı Moskva verib və əlbəttə, Ankara prosesin gedişatı barədə Kremli məlumatlandırır. Əsəd isə əməliyyata başlamaq üçün ondan icazə alınmaması üçün olduqca qəzəblidir. Amma Rusiya, İran və Əsəd bloku ortaq hərəkət elədiyindən, o, dinmir. Eyni zamanda, Ankara YPG strukturunu cəzalandırır deyə, bu da Əsəd hakimiyyətinə sərf edir.

- Tutaq ki, Türkiyə “Zeytun budağı”nı uğurla başa vurdu. Bəs bundan sonra orada nələr baş verəcək, Afrini kimlər idarə edəcək, türk ordusu orada hansısa formada, məsələn, “Fərat qalxanı” əməliyyat bölgəsində olduğu kimi qalacaqmı?

- Afrində əməliyyatlar qurtarandan sonra bu bölgə də eynən “Fərat qalxanı” ərazisinin statusunda olacaq. Hesab edirəm ki, bölgə xalqı mülki strukurlar tərəfindən idarə olunacaq və asayişi də təmin edəcək. Amma Türkiyə ordusunun bölmələri də müvəqqəti olaraq Afrində təhlükəsizliyi təmin etmək işini öz üzərinə götürə bilər.

- Son olaraq deyərdiniz: bu gün Afrin bölgəsində kimlər yaşayır, faizlərə bölsək, Afrində əhalinin sayını etnik baxımdan necə göstərə bilərsiniz?

- Burada etnik tərkib bir az şübhəlidir. Çünki bölgə əhalisinin yarıdan çoxu özünü kürt hesab edir. Maraq üçün deyim ki, Afrin əhalisini Türkiyənin Qaziantep vilayətinin İslahiyə rayonunun sakinləri ilə qohumluq bağları birləşdirir. Hansı ki, İslahiyə əhalisi özünü türk hesab edir. O zaman bunlar necə kürd ola bilər? Məncə Afrindəki insanlar uzun müddət kommunist axınında qaldıqları üçün inanc və soykök baxımından özlərini başqa cür ifadə eməkdədirlər. Bunların faizi hardasa 60-a yaxındır. Bölgənin ikinci iri etnik qrupu ərəblərdir ki, onlar da hardasa 30 faizdən çoxdur. Yerdə qalan 10 faiz insanlar isə türkmənlərdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018