Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Tarix: 24.01.2018 | Saat: 14:16:00
Bölmə:Siyasət | çapa göndər

“Türkiyə ordusunun Suriyada antiterror əməliyyatlarına başlaması qardaş ölkənin haqqıdır və beynəlxalq hüquq normalarına uyğundur”. Bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin Birinci Vitse-Prezidenti Füzuli Məmmədov səsləndirib. O bildirib ki, özünə hörmət edən heç bir ölkə sərhədlərində terror qruplaşmalarının fəaliyyətinə razı ola və bunun milli təhlükəsizliyinə təhdid yaratmasına göz yuma bilməz:

“Türkiyə böyük, güclü və dünyada öz yeri, çəkisi, nüfuzu olan dövlətdir və təbii ki, sərhədlərində baş verən proseslərə seyrçi qala bilməzdi. Türk əsgərinin uğurlu əməliyyatları isə qürurvericidir və bu nailiyyət təkcə Türkiyənin deyil, eyni zamanda, Azərbaycan və ümumilikdə türk dünyasının uğurudur”. O bildirib ki, Türkiyənin Afrində 30 kilometrlik təhlükəsizlik ərazinin yaradılmasını planlaşdırması strateji hədəfdir və çox ciddi önəm daşıyır: “Qardaş ölkə əsgərlərinin uğurlu əməliyyatları təbii ki, bizi sevindirir və bu, türk ordusunun peşəkarlığını, gücünü, spesifik cəhətlərini göstərir. Amma burada Türkiyənin diplomatiyasını da diqqətdən kənarda saxlamaq olmaz. Bildiyiniz kimi, Türkiyənin Afrində hərbi əməliyyatı bəzi ölkələrdə narahatlıq yaratsa da, amma bunu əngəlləməyə cəhd etmədilər. Əksinə, Böyük Britaniya, Hollandiya və bir çox Avropa dövlətləri Türkiyənin haqlı olduğunu dəstəklədilər”.

F. Məmmədov ermənilərin işğalı altında olan Qarabağın da terror təşkilatlarının yuvasına çevrildiyini vurğulayıb və bunun nəinki Azərbaycan, ümumiyyətlə, bölgə və dünya üçün ciddi təhlükə yaratdığını bildirib: “Bu səbəbdən də hesab edirəm ki, dünya, eyni zamanda bölgə dövlətləri bu məsələ ilə bağlı ciddi addımlar atmalıdırlar. Qarabağda PKK terror təşkilatının təlim keçməsi və orada yuvalanması, eyni zamanda, işğal altında olan ərazilərin narkotacirlərin fəaliyyət sferasına daxil olması çox ciddi təhlükə mənbəyidir”.
O əlavə edib ki, bütün bu və digər amillər Azərbaycana da əsas verir ki, Qarabağda antiterror əməliyyatları aparsın: “Hər birimizə bəllidir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu barədə 4 qətnaməsi var. Qətnamələrdə erməni işğalçılarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri tələb olunur.
Buna görə də Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək üçün antiterror əməliyyatına başlaması beynəlxalq hüquq normalarına tam uyğundur, daha doğrusu, beynəlxalq hüququn tələbidir. Azərbaycan bu addımı qardaş ölkə ilə birlikdə də ata bilər. Hesab edirəm ki, Türkiyə ilə strateji yaxınlığımız daha irəliyə getməli və hərbi ittifaq yaradılmalıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
TRT Nargin adasından film çəkib
Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır - Eksklüziv
“Həmyaşıdlarımı cənab Prezidentə dəstək olmağa çağırıram” – İlin gənci
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Qazaxıstan prezidenti Azərbaycanla bağlanmış müqaviləni təsdiqlədi
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO