Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Tarix: 25.01.2018 | Saat: 20:15:00
Bölmə:Sosial | çapa göndər

Bu gün (yanvarın 25-də) Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyi tərəfindən növbəti humanitar aksiya həyata keçirildi. “Həftə içi” qəzetinin nümayəndəsinin də iştirak etdiyi tədbirdə məcburi köçkün ailələrinə qurban əti paylanılıb.

Demək olar ki, hər il təşkil olunan bu cür müqəddəs missiyanın davamı olaraq, Səudiyyə Ərəbistanında Azəraycana “Qurban əti istifadəsi” layihəsi çərçivəsində 37,3 ton qurban əti göndərilib. Füzuli, Biləsuvar, Beyləqan və İmişli rayonlarında məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulan ət ölkəmizə İslam İnkişaf Bankının xətti ilə gətirilib və Azərbaycan hökumətinə təhvil verilib.
Bu yerdə xatırladaq ki, eyni həcmdə ətdən ibarət ikinci konteyner Azərbaycanın başqa bölgələrində məskunlaşmış məcburi köçkünlərə çatdırılıb.
Yardımın paylanması məqsədilə təşkil edilmiş tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinin, İslam İnkişaf Bankının və Cəbrayıl rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də məcburi köçkünlər iştirak etdilər.


Tədbirdən əvvəl Səudiyyə Ərəbistanı təmsilçilərinin, Cəbrayıl Rayon İcra Hakimiyyəti, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri arasında qısa görüş keçirildi.


Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirinin birinci müavini Əbdüləziz Haşim bildirdi ki, Səudiyyə Krallığı ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələri gündən-günə inkişaf etməkdədir. Diplomat bu cür humanitar yardımların artıq bir neçə dəfə Azərbaycana gətirilərək, yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərə paylandığını diqqətə çatdıraraq, bunun gələcəkdə də davam ediriləcəyinə əminlik ifadə etdi. Xalqlarımız arasında tarixən dini və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyən Ə.Haşim, eləcə də, beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsini müsbət qiymətləndirdi.


Səudiyyə Ərəbistanı Krallığının hökumətinə təşəkkür edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə bildirdi ki, ölkələrimiz arasında mövcud olan yaxın dostluq və qarşılıqlı mənfəətə əsaslanan siyasi-iqtisadi əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə inanır. O, əlavə etdi ki, hazırda dövlət rəhbərləri səviyyəsində qurulmuş dostluq münasibətləri ölkələrimiz arasındakı mövcud əlaqələrin daha sürələ genişlənməsinə töhfəsini verir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018