Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti
Tarix: 29.01.2018 | Saat: 17:24:00
Bölmə:Gündəm | çapa göndər

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” adlı terrordan təmizləmə prosesi uzandıqca ona baxışlar – münasibətlər də formalaşır. Ən maraqlısı isə Rusiyanın daha əvvəllər şübhəli görünən mövqeyinin aydınlaşmasıdır. Əvvəllər Moskvanın Türkiyəni aldadacağı iddia edilsə də, bu baş vermədi. Moskva türkləri nəinki aldatmadı, əksinə Amerikadan gələ biləcək təhlükələrə qarşı məlumatlandırdı və hətta yeri gəldikdə onların cavabını özü verdi. Məsələn, Fransa BMT TŞ-nın iclasını çağıranda Kreml Parisi Suriyada ikili oyun oynamaqda, Türkiyənin haqq işinə əngəl yaratmaq istəməkdə, ABŞ-ı isə açıq-aşkar təxribat törətməkdə günahlandırdı. Yəqin ona görə ki, Rusiya düşdüyü çətin vəziyyətdə Türkiyədən başqa halına yanan olmadığını başa düşüb...

Bu gün rəsmi Moskvanın sözlərini Kremllə yanaşı, həm də ekspertlər, millət vəkilləri, dövlətin himayəsindəki media da dünyaya bəyan edir. Bunlardan biri də Rusiya Diplomatlar Birliyidir. Bu Birliyin sədr müavini Andrey Baklanov Afrində baş verənlərdən söz açarkən bütövlükdə Amerikanın Yaxın Şərq planlarını tənqid edib. Baklanov deyib ki, ümumiyyətlə, Yaxın Şərqdə hər hansı fürsətdə və coğrafiyada müstəqil kürd dövlətinin yaradılması mümkün deyil. “ABŞ-ın hər mənada dəstəklədiyi bir qrup kürd Yaxın Şərqdə müstəqil kürd dövləti qurmaq istəyir. Amma yanılırlar: ABŞ onlardan öz məqsədləri üçün istifadə edir və məqsədə nail olan kimi onları başlı-başına buraxacaq” deyib Rusiya Diplomatlar Birliyinin sədr müavini.

A.Baklanov deyib ki, bu gün kürdlərin yaşadıqları ərazilərdə dövlət qurma kimi özəl haqlarının olduğunu demələrinə baxmayaraq, bu fikir absurddur. Çünki həmin bölgələrdə də kürdlər əhalinin böyük əksəriyyətini təşkil etmirlər. Ona görə də ən məntiqli görünəni budur ki, kürdlər özlərini təhlükəyə atmamaq üçün qonşu dövlətlərlə dialoq yolunu tutaraq, gələcəklərinə təminat ala bilsinlər.

"YPG-nin nəzarət etdiyi bölgələrdə yalnız kürdlər yaşamır, onların arasında çox sayda digər xalqların nümayəndələri də var. Hətta bəzi ərazilərdə həmin xalqlar sayca üstünlük təşkil edir. Bunlardan ən çoxu ərəblərdir. Kürdlərin bu gün yaratdığı böyük problem, hətta onların dövlət qurma istəkləri dəstəklənsə belə, gələcəkdə öz ərazilərində mütləq yaranacaq başqa etnik münaqişələrlə əvəzlənəcək. Yəni ancaq kürdlərin yaşayacağı Kürdüstan dövlətinin yaradılması fikri təhlükəlidir. Orada yaşayan ərəblər sabah indiki kürdlərin etdikləri kimi, silahlanıb Kürdüstana qarşı çıxacaqlar” deyib A.Baklanov.

Rusiyalı istefada olan polkovnik Dmitri Trenin isə bildirir ki, ilk vaxtlar bir çoxları Moskvanın Afrin əməliyyatına qarşı çıxacağını hesab edirdi. Amma onlar başa düşmür ki, burada rusların nə əbədi müttəfiqi var, nə də düşməni. “Sadəcə, milli maraqlarımız mövcuddur və ona uyğun addım atırıq. Rusiyanın məqsədi ötən il əldə edilən hərbi razılaşmaları Suriya daxilində siyasi sabitliyə çevirməkdir. Burada isə nəzərdə tutulur: Suriyanı sərhədləri dəyişmədən əvvəlki sabit vəziyyətinə qaytarmaq, müxtəlif siyasi, etnik və dini qrupların təmsil olunduğu hökumətin təşkili. Yeri gəlmişkən, yeni hökumət Rusiyanın bu ölkədəki hərbi və siyasi varlığına qarşı çıxmamalıdır. Bunu eləmək üçün isə Moskva həm daxildə Əsəd hökuməti və kürdlərlə əməkdaşlıq eləməli, həm də xaricdə Türkiyə, İran və Səudiyyə ərəbistanı ilə razılıq əsasında addımlar atmağa məcburdur. Moskva Türkiyənin PKK ilə bağlı narahatlığını çox yaxşı başa düşür. Amma Moskva kürdlərin muxtariyyət istəyinə də normal yanaşır. Rusların kürdlərə “Əsədin legitimliyini qəbul edin və PKK-dan uzaq durun” təklifi qəbul edilsəydi, güman edirəm Türkiyə Afrində əməliyyat aparmazdı. Amma nəzərə alaq ki, Kreml önun sözündən çıxanları qorumur və əlbəttə, ona görə də Afrindən hərbçilərini çıxarıb, türklərə yaşıl işıq yandırdı” deyən D.Trenin əlavə edib ki, kürdlər “Moskvanın dəstəyi cibimizdədir” düşündülər və Amerikanın arzusuna uyğun olaraq öz bildiklərini etməklə böyük səhvə yol verdilər.

Rus polkovnik onu da vurğulayıb ki, kürdlərlə düşmən deyillər. Amma onlar da Amerikanın dəstəyi ilə nəyəsə nail olacaqlarına dair illuziyalardan qurtularaq Rusiyaya ehtiyaclı olduqlarını anlamalıdırlar. “Rusiyanın Suriya kürdləri üçün planında onlara müəyyən çərçivəsi olan mədəni muxtariyyətin verilməsi nəzərdə tutulur. Çünki biz Suriya və İraqın ərazi bütövlüyünə çox önəm veririk” deyir D.Trenin.

Maraqlıdır, son anda Rusiya Türkiyənin yanında dayanacaq, yoxsa kürdlərin? Polkovnik Trenin deyir ki, əlbəttə Türkiyənin. O əlavə edir ki, eyni mövqeyi ABŞ da bölüşür. Vaşinqton kürdləri dəstəklədikcə NATO müttəfiqi olan Türkiyəni özündən uzaqlaşdırdığını anlayır, amma elə bir an gələcək ki, Türkiyənin daha vacib olduğunu başa düşəcək. “Yəqin bu səbəbdəndir ki, Türkiyə Afrində istədiyini edir və edəcək. Axı arxasında Rusiya dayanır” söyləyir rusiyalı hərbçi.

ABŞ Federal Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşı Əli Soufanın da eyni mövzuda Birləşmiş Ştatlar mediasında fikirləri yayımlanıb. Afrin prosesindən söz açarkən bildirib ki, Rusiya bu fürsətdən yararlanaraq iki NATO müttəfiqinin arasını vurmaq üçün əlindən gələni edir. “Moskva hər şeydən öncə dünyaya isbatlamaq istəyir ki, ABŞ arxalanası müttəfiq deyil. Görürsünüz, kürdləri dar ayaqda qoyub, çəkildi. Hansı ki, Rusiya bu vəziyyətdə Türkiyə ilə münasibətlərini çox genişləndirib, əməliyyatdan sonra kürdlərlə də əlaqələri əla olacaq. Bilirsiniz niyə, Rusiya Türkiyənin Afrinə yolunu açmaqla kürdlərə ola bilər xəyanət edib, amma əsas odur ki, Amerikanı pis vəziyyətdə qoyub. Buna baxmayaraq, kürdlər Amerikanı etibarsız bilib, gələcəkdə ümidlərini Moskvada axtaracaqlar” deyib Əli Soufan.

FBİ agenti onu da bildirib ki, tarixən müttəfiq olmalarına baxmayaraq, ABŞ-la Türkiyə çox məsələdə qarşı-qarşıya gəliblər, amma son anda strateji müttəfiqlik narazılıqlara üstün gəlib. “İndi isə vəziyyət daha çətindir. Məsələ sadəcə kürdlər deyil, 15 iyun çevrilişə cəhd, PKK daxilində əcnəbi döyüşçülər, Türkiyədə hökumətə yaxın mediada gündən-günə Amerikanın əleyhinə artan nifrət təbliğatı, Zərrabın tutulması, “S-400”lər və sair kimi bir yığım məsələ var” deyən FBİ əməkdaşı əlavə edir ki, tərəflər bir-birinə münasibətdə ehtiyyatlı davranmalıdır. Xüsusilə də ABŞ. Vaşinqton Türkiyənin sərhədlərində 30 minlik kürd sərhəd gücü yaratmaq istəyəndə bilməliydi ki, bu, Ankaranın milli təhlükəsizliyinə ziddir” deyir Ə.Soufan.

Amerikalı kəşfiyyatçı Türkiyənin yaxın gələcəkdə Menbiçdə gözlənilən hərbi əməliyyatlarından da söz açıb. Deyib ki, çoxlarının fikirləşdiyi kimi, ABŞ və Türkiyənin timsalında iki NATO ölkəsinin orada toqquşması mümkün deyil. Çünki bu olarsa NATO parçalanıb, dağılar…



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA