Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qaliblərə 300 manat mükafat veriləcək"
Tarix: 07.02.2018 | Saat: 14:55:00
Bölmə:Sosial | çapa göndər

"Frankofoniya Həftələri"nin 2018-ci il buraxılışı münasibətilə Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə səfirlikləri, habelə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu "Frankofoniya Həftələri: Mənə bir loqo çək" loqosunun vizual tərtibatı üzrə müsaqibə elan edib. Müsabiqənin elan edilməsi barəfə qərar bu gün media nümayəndələri ilə keçirilən görüşdə elan olnub.

Tədbirdə öncə Beynəlxalq Fransın İnstitutunun nümayəndəsi Jervez Manthe "Frankofoniya Həftələri" barədə məlumat verib. Bildirib ki, bu gün dünyada 270 milyon insan fransızca danışır.

"Bir sıra tədbirlər olacaq. Bunlardan film müsabiqələrini xüsusi qeyd etmək istərdim. Loqonun tərtibatıyla bağlı müsabiqənin nəticləri də sonda açıqlanacaq. Qalib olan şəxsə 300 manat həcmində mükafat veriləcək" deyən J.Manthe bildirib ki, müsabiqə çox sərbəst olacaq və kimliyindən asılı olmayaraq hamı iştirak edə bilər.

Qeyd edək ki, Frankofoniya təşkilatında üzv və müşahidəçi statusu ilə təmsil olunan 10 ölkənin səfirliyi "Frankofoniya Həftələri 2017"nin təşkil etdiyi 20-dək tədbirdə iştirak etmişdi. Bu ilki tədbirlərdə də həmin 10 ölkənin səfirlikləri təmsil olunacaq.

Xatırladaq ki, Beynəlxalq Frankofoniya təşkilatına 84 ölkə daxildir. Onlardan 58-i təşkilata üzv olsa da, 26-sı müşahidəçi statusu daşıyır. Bu ölkələri birləşdirən cəhət isə fransız dili və ümumi dəyərlərdir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018