Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Seçkidə Putin 7 rəqiblə yarışacaq
Tarix: 08.02.2018 | Saat: 16:24:00
Bölmə:Dünya | çapa göndər

Rusyiada martın 18-də keçiriləcək prezident seçkisində indiki dövlət başçısı Vladimir Putinlə yanaşı 7 namizəd yarışacaq.

Hafta.az yazır ki, Rusiya Mərkəzi Seçki Komissiyası bu gün seçkidə iştirak edəcək namizədlərin siyahısını təsdiqləyib. Maraqlı budur ki, yalnız Putin müstəqil namizəd olaraq yarışacaq, qalanları müxtəlif partiyaalrı təmsil edirlər. 

Seçidə V.Putinin rəqibləri bunlardır: Liberal Demokrat Partiyasının sədri Vladimir Jrinovski, Kommunist Partiyasının nümayəndəsi Pavel Qrudinin, "Yabloko" Partiyasının lideri Qriqori Yavlinsk, İnkişaf Partiyasının sədri Boris Titov, Xalq Şurası Partiyasının sədri Sergey Baburin, Rusiya Kommunistləri Partiyasının sədri Maksim Suraikin və Mülki Təşəbbüs Partiyasının namizədi Kseniya Sobçak.

Rusiyada keçirilmiş son sorğuya əsasən, Putinin seçkilərdə səslərin 60-70 faizini alacağı gözlənilir. Ona ən yaxın rəqiblər olan Qrudininlə Jrinovskinin isə hərəyə 6 faiz səs toplayacağı güman edilir. 

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası Putinin ən güclü rəqibi ola biləcək, müxalifətçi fəal və Korrupsiyaya qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnıyın namizədliyini qeydə almayıb. Buna səbəb kimi isə ona qarşı irəli sürülən korrupsiya ittihamı və 2014-cü ildə məhkum edilməsi göstərilir. 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018