Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vəkillər Kollegiyasına qəbul imtahanının nəticələri açıqlanıb
Tarix: 09.02.2018 | Saat: 11:57:00
Bölmə:Sosial | çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bu barədə hafta.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

DİM tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən və etməyən namizədlərin imtahan nəticələri ilə bağlı bəzi statistik göstəricilərini təqdim edirik. Qeyd edək ki, namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan iştirakçılardan 455 nəfər (46%) 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018