Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnsan Haqlarının tədrisi mövzusunda təlim keçirilib
Tarix: 09.02.2018 | Saat: 11:52:00
Bölmə:Sosial | çapa göndər

Bu günlərdə “İnternat - uşaq evi məzunlarının zorakılıq  və istismar mövzularında maarifləndirilməsi” mövzusunda təlim keçirilib.

Hafta.az xəbər verir ki, New Baku otelində baş tutan təlimi Gənclər və İdman Nazirliyi ilə Avropa Şurasının əməkdaşlığı çərçivəsində həyata keçirilən İnsan Haqlarının tədirisi mövzusunda gənc təlimçilər üçün nəzərdə tutulan  “Compas” adlı uzunmüddətli təlim kursunun iştirakçısısı Aygün Bayramova təşkil edib.

Üçgünlük təlim proqramında internat və uşaq evi məzunlarına insan haqları, zorakılıq və istismar mövzusunda məlumat verilib. Onlarla bu halla üzləşdikləri zaman hansı hüquqi prosedurlara baş vurması ilə bağlı maarifləndirici diskussiyalar aparılıb.

Təlimin son günü isə internat və uşaq evi məzunlarının cəmiyyətə adaptasiyasında çətinliklər mövzusunda söhbət aparılıb. İştirakçılar adaptasiya mərhələsindəki çətinliklərdən danışıb. Təlimçi isə onlara mövcud durumdan özlərini sığortalamağın hüquqi yollarını izah edib.

Gənc təlimçi Aygün Bayramova bildirib ki, “Compas” adlı uzunmüddətli təlimin əsas məqsədi insan haqları mövzusunda əhalinin maarifləndirilməsi üçün gənc təlimçilər şəbəkəsini yetişdirməkdir. O, maarifləndirici təlimin daha səmərəli nəticələr verməsi üçün onun “Compas”ın təlim qaydalarına uyğun olaraq qeyri-formal təhsil üsulunda təşkil edildiyini vurğulayıb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018