Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “allahsız şairi” - HƏFTƏ REYTİNQ
Tarix: 09.02.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Azərbaycanlı gənc şair Emin Akifin sosial şəbəkədəki paylaşımı çoxlarının etirazına səbəb oldu. Minval.İnfo xəbər verir ki, o, paylaşımında “Qurani-Kərim”i təhqir edib: “Evimizdəki “Quran”ın bir səhifəsini cırmışam, oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq… Qorxuram”. Qeyd edək ki, ortaya ciddi nəticə qoya bilməyən bir qrup gənc şairin milli-mənəvi dəyərlərimizə, şəxsiyyətlərimizə sataşaraq, özünü reklam etməsi ənənə halını alıb. Emin adlı gənc də həmin sıraya daxil olub.


Həftənin “vətənpərvər yubilyarı”


Azərbaycanəsilli iş adamı Füzuli Məmmədovun 55 yaşı tamamlandı. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayan Füzuli Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirib. F.Məmmədov 2017-ci ilin may ayında, Heydər Əliyevin doğum gününün 94-cü ildönümü münasibətilə Vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirmiş xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlayıb. 2018-ci ilin, yanvar ayında isə kapitan Hikmət Məmmədova, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə mənzil hədiyyə edib.


Həftənin “keçəli”


“Tvitter”də ABŞ prezidenti Donald Trampın təyyarənin trapına doğru qalxarkən külək əsməsi nəticəsində başındakı keçəlin görünməsi videosu populyarlıq qazandı. Videoçarxın fraqmentini jurnalist Eşli Faynberq yayıb, 3.5 min retvit və 7.2 min “layk” yığan videoda haqqında bəhs edilən olay fevralın 2-də Tramp istirahət günlərində Floridaya uçan zaman baş verib. Reportyor, eyni zamanda, fotobankdan bir neçə foto da tapıb ki, onların hər birində prezident yandan çəkilib. Jurnalist Kler Marnir isə öz növbəsində bu populyar posta şərh verməkdən utanıb. Deyib ki, “Bizim edə biləcəyimiz şey bu kişinin başındakı tüklərin vəziyyətini müzakirə etməkdir. Bir çox şeylər inkişafın səviyyəsindən xəbər verir”.


Həftənin “bataqlıqşünası”


“Mən düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var. Lakin etiraf etmək lazımdır ki, bu, Ermənistanda daha dərindir”. Bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili “Facebook” səhifəsində yazdı. Saakaşvili Ermənistandakı problemlərin qaydasına düşəcəyinə inanmaq istədiyini deyib. Qeyd edək ki, Ermənistanın paytaxtı Yerevanda Saakaşvilinin erməni dilinə tərcümə olunmuş “Gücün oyanışı” adlı kitabının təqdimat mərasimi keçirilməli idi. Təqdimatın əvvəlcə Yeqiş Çarenç adına ev-muzeydə, daha sonra “Noyan Tapan” kitab mağazasında keçirilməsi gözlənilirdi. Son anda təqdimat mərasimi təxirə salınıb.


Həftənin “bombardmançısı”


Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna Prezidenti Pyotr Poroşenkonun iqamətgahına nüvə bombası atmağı təklif etdi. Siyasətçi belə bəyanatla “Rossiya 1” telekanalında “Vladimir Solovyevlə axşam” proqramının efirində çıxış edib. “Kiçik bombanı atmaq lazımdır. Xirosimaya atılan bomba qədər deyil, daha kiçik bombanı. Məsələn, 10 kilometr radiusda təsiri olan”, - siyasətçi deyib.
Xatırladaq ki, Jirinovski martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağı halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacağına və Ukraynanın bütün ordusunu məhv edəcəyinə söz verib.


Həftənin “putinisti”


“Putin Sovet İttifaqının hakimiyyətini yenidən təsis etmək istəyir”. Bu sözləri ABŞ-ın keçmiş prezidenti Corc Buş söylədi:”Putin zəifliyi müəyyən və ondan istifadə etmək qabiliyyətinə malik parlaq bir strateqdir. O, SSRİ-nin dağılmasına görə qəzəblidir. Bu səbəbdən də atdığı addımların əksəriyyəti Sovet İttifaqını yenidən bərpa etməyə yönəlib”, - deyə Buş söyləyib.


Həftənin “qadın nalbəndi”


Qaxda yaşayan 54 yaşlı Rübabə Salahovanın həyat yoldaşı Xanlar Salahovla birgə nalbəndliklə məşğul olduğu bilindi. Əriinn ən yaxın köməkçisi olan Rübabə xanım kişilər kimi dəmirləri döyür, əyir və digər agır işləri özü yerinə yetirir. Usta Xanlar Salahov nal düzəltməyin asan olmadığını deyir. Çünki nalın mıxı bir balaca səhv gedərsə, atın ayağını zədələyə bilər. Nalbənd deyir ki, ona müraciət edənlər getdikcə azalır. Əvvəllər həftə ərzində 10 at nallayırdısa, indi 1-2 at nallayır. Bu da atdan istifadənin azldığını göstərir.


Həftənin “gileyli oğul atası”


Müğənni Nadir Qafarzadə İsveçrədə təhsil alan oğlunun işsiz qalmasından gileyləndi. Xəzər TV-də yayımlanan “5-də 5” verilişinin qonağı olan Nadir Qafarzadə bildirib ki, oğlunun İsveçrədə təhsil alması üçün külli miqdarda pul xərcləyib. “Oğlum ingilis və rus dillərini əla səviyyədə bilir. Bilirsiniz də, İsveçrədə təhsil alan tələbə qiymət almaq üçün pul vermir, yəni oxuyur. Amma oğlum universiteti bitirsə də, indi işsiz qalıb. “CV” göndərir, heç bir cavab gəlmir”, - deyə müğənni bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018