Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İran-Azərbaycan münasibətlərini heç bir qüvvə sarsıda bilməz"
Tarix: 09.02.2018 | Saat: 20:00:00
Bölmə:Gündəm | çapa göndər

İranda İslam İnqilabının 39-cu ili qeyd olunur. Bu münasibətlə dünyanın hər yerində yaşayan iranlılar, o cümlədən İranın xarici ölkələrdəki səfirlikləri təntənəli bayram qəbulları təşkil etməkdədirlər. İranın Azərbaycandakı səfirliyi də dövlət və hökumət, parlament nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyətin müxtəlif təbəqələrinin və media təmsilçilərinin iştirakı ilə bayram tədbiri keçirib.

Əvvəlcə iki ölkənin dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə İslam inqilabının baş verdiyi tarixdən və onun iranlıların həyatına təsirindən söz açıb. Bildirib ki, İmam Xomeyni islam inqilabı etməklə ölkədə nizamın əsasını qoyub. "Bu gün İran böyük iqtisadi uğurlar qazanıb və iqtisadi qüdrətinə görə 18-ci yerdədir. İnqilabdan bəri 40-dən demokratik seçki keçirilib İranda. Ruhani ikinci dəfə seçkiyə qatılaraq seçicilərin 80 faizinin səsini toplayıb. İran həm də bu gün regionda sülhün əsas təminatçılarından biridir" deyən səfir əlavə edib ki, iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibəti dövlətlərimiz arsında əlaqələrin daha da güclənməsinə gətirib çıxaracaq.
Səfir onu da vurğulayıb ki, İran-Azərbqycan əlaqələrini heç bir qüvvə poza bilməz.

İqtisadiyat naziri Şahin Mustafayev bildirib ki, ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrinin güclənməsinə ikiölkə prezidentləri arasında keçirilmiş görüşlər də müsbət təkan verir.
Nazir son vaxtla tikilməkdə olan Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Astara-Astara dəmir yolu böyük töhfə verəcək.
Bir az da qonşu İranın dövlət həyatından maraqlı məqamlarla tanış olaq.
İranın ərazisi 1 milyon 649 min kvadrat-kilometrə yaxın, əhalisinin sayı isə 83 milyon nəfərdən artıqdır. Bu ölkə ərazisinə görə, dünyada 17-ci, əhalsiinin sayına görə isə 18-ci yerdədir. Ölkənin paytaxtı Tehran şəhəridir.
Dövlətin ərazisi 31 ostana (vilayətə) bölünüb.

Ali hakimiyyət Dini Liderə və ya İcraedici Şuraya, qanunverici hakimiyyət Məclisə məxsusdur. 1979-cu ildə baş vermiş İslam inqilabından sonra dövlətin ali hakimiyyətinə ömürlük seçilən dini rəhbər nəzarət edir. O, daxili və xarici məsələlər üzrə ən ali hakim hesab olunur, həmçinin orduya rəhbər təyin etmə, müharibə və ya sülh elan etmə kimi səlahiyyətlərə malikdir.
İran ərazisində hələ e.ə. III minilliyin əvvəllərində ilk sinifli cəmiyyətlər meydana gəlib, əvvəlcə ayr-ayrı şəhər-dövlətlər yaranıb, sonralar Elam və e.ə. III minilliyin II yarısında Lullubilərin erkən quldarlıq dövlətləri mövcud olub.
E.ə 553-550-ci illərdə hakimiyyət Əhəmənilər sülaləsinin əlinə keçib. E.ə. VI əsrin sonunda II Kir və onun varislərinin işğalları nəticəsində Əhəmənilər dövlətinin sərhədi Hind çayından Egey dənizinə və Qafqaz dağlarından Nil çayına qədər genişlənib. E.ə 330-cu ildə Makedoniyalı İsgəndər Əhəmənilərin hakimiyyətinə son qoyub.
224-cü ildə Sasanilər dövləti yaranıb. Bu dövlətin varlığına isə (III-VII əsrlər) Bizansla aparılmış uzunsürən müharibələr son qoyub. Zəifləyən Sasaniləri 7-ci əsrdə ərəblər işğal edib.
XI əsrdə ərəb hökmranlığına son qoyulandan sonra, İranda ayrı-ayrı dövlətlər yaranıb. Amma 1380-1393-cü illərdə Teymur buranı işğal edib. Onun ölümündən sonra, İran Teymurilər və Qaraqoyunlu dövləti arasında bölüşdürülüb. 1468-ci ildə Ağqoyunlu dövləti yaransa da, xalqın narazılığından yararlanan İsmayıl Səfəvi Ağqoyunlu dövlətinin varlığına son qoyur. 1501-də o, Təbrizdə özünü Şah I İsmayıl elan edib. 1510-cu ilədək bütün İran Səfəvilərin nəzarətinə keçib...
...Ölkə tarixində sonuncu şah sülaləsi 1925-ci ildə Məclis tərəfindən tanınmış Pəhləvilərdir. Hansı ki bu sülalənin varlığına 1979-cu ildə baş vermiş İslam İnqilabı ilə son qoyulub.
İranda ümumilikdə 69 dil və dialektdə danışan etnik qrup var. Bunlar farslar, azərbaycanlılar, ərəblər, kürdlər, türkmənlər, bəluclar, qaşqaylar, qaraçılar, həzaralar, bəxtiyarilər, puştunlar, taciklər və sairdir.
Ölkə əhalisinin 98 faizi müsəlmandır ki, onların da 80 faizi şiə təriqətinə məxsusdur. Az sayda xristian və yəhudilər də var.

Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin gəlirlərinin 90 faizini verir. Bu sahə İran Milli Neft Şirkətinə məxsusdur. Ölkə ərazisində neft emalı və neft-kimya müəsisələri fəaliyyət göstərir. Təbii sərvətlərdən neft, qaz, kömür, mis, dəmir, manqanlı və sink-qurğuşun filizləri istesal edilir. Ölkənin cənubu, cənub-qərbi və şimal-qərbi neft və qazla zəngindir. Ən böyük neft emalı zavodları Abadan və Tehran sənaye rayonlarıdır. Ölkədə, həmçinin maşınqayırma və metalişləmə, qida və tikiş sənayesi inkişaf edib. Metallurgiya yerli xammala əsaslanır. İsfahan şəhərində tam dövriyyəli qara metallurgiya müəssisəsi fəaliyyət göstərir. Əlvan metallurgiya zavodlarında əsasən mis və alüminium istehsal edilir. Maşınqayırma sənayesinin inkişafında Almaniya və Böyük Britaniyaya məxsus şirkətlərin fəaliyyəti böyükdür. Xalçaların kustar üsulla istehsalı geniş yayılıb. Təbriz, İsfahan, Məşhəd şəhərlərində toxunan xalçalar, Şiraz, Tehran, İsfahanda hazırlanan bəzək əşyaları dünya bazarında yüksək qiymətləndirilir. Əsasən xam neft və neft məhsulları, metal filizləri, kənd-təsərrüfatı məhsullarının ixracı üstünlük təşkil edir. Ölkəyə xaricdən ağır maşınqayırma və kimya sənayesi, maşın, dəmir, polad, tekstil malları, kağız idxal olunur. Əsas ticarət əməkdaşlarına Türkiyə, BƏƏ, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya daxildir.
Kənd təsərrüfatı məhsullarının böyük hissəsini bitkiçilik verir. Dənli bitkilərin əkinləri üstünlük təşkil edir. Buğda və arpa əkinlərinə ölkənin bütün əyalətlərində rast gəlindiyi halda, çəltik əsasən Gilan və Mazandaran ostanlarında yetişdirilir. Texniki bitkilərdən şəkər çuğunduru ölkənin bütün bölgələrində, çay, tütün, pambıq Xəzərsahili bölgələrdə yetişdirilir. İran dünya bazarına müxtəlif boyaq bitkiləri, həna və zəfəran çıxarır. Bağçılıq və üzümçülük qədim zamanlardan inkişaf etdirilir.
Heyvandarlıq davar saxlanması üzrə ixtisaslaşıb. Qoyunçuluq Şərqi və Qərbi Azərbaycan, Xorasan, İsfahan, Fars, Mazandaran ostanlarında yayılıb.
İranda illik ÜDM-in həcmi 330 milyard dollar, adambaşına düşən milli gəlir isə 4 min dollar civarındadır.

Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra, o vaxt İranın nəzarətində olan Azərbaycan ikiyə bölünüb və böyük hissəsi İranın tərkibində qalıb. Hazırda bu ölkə əhalisinin 30 milyon nəfərdən çoxu azərbaycanlılardır. Azərbaycanla İran arasında 765 kilometr uzunluğunda sərhəd var.
İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. 1990-cı ildə İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib. O vaxtdan bu günədək iki ölkənin dövlət başçıları dəfələrlə qarşılıqlı səfərlər edərək, çoxsaylı müqavilələr imzalayıblar.
Ölkələrimizin parlamentləri arasında da sıx əməkdaşlıq mövcuddur. Bu gün Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, Vasif Talıbov da onun rəhbəridir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2018
27.05.2018
26.05.2018