Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şotlandiyalı alimlərdən sonsuzluğa son qoyan yenilik
Tarix: 11.02.2018 | Saat: 10:46:00
Bölmə:Maraqlı | çapa göndər

Elm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar. “Bbc.com” saytında yer alan xəbərdə qeyd olunur ki, Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.

Araşdırma zamanı qadınlardan yetişməmiş yumurta hüceyrələrini alan tədqiqatçılar bu hüceyrələr üçün laboratoriyada oksigen səviyyəsi, hormonlar və proteinlər (zülallar) baxımından insan vücudundakına bənzəyən mühit yaradıblar. Onlar hüceyrələrin döllənmə mərhələsinə qədər olan böyüməsini müşahidə ediblər.

Bir neçə il davam edən tədqiqatda alimlər insan yumurtasının necə yarandığını öyrəniblər. Yumurtanın inkişaf prosesi daha əvvəllər belə ayrıntılı şəkildə müşahidə edilməyib.

Laboratoriya mühitində yaradılan yumurtaların 10 faizi döllənmə mərhələsinə çatsa da, proses baş verməyib. Alimlər bunun başqa bir araşdırma mövzusu olduğunu qeyd ediblər.

Tədqiqatçılar həmin üsulun xərçəng xəstəliyinə yoluxaraq müalicə alan qız uşaqlarının gələcəkdə ana ola bilmək şanslarını saxlamaq üçün istifadə edilə biləcəyini vurğulayıblar.

Qeyd edək ki, xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə olunan radioterapiya, kimyaterapiya bəzən qız uşaqlarında sonsuzluğa səbəb olur. Tədqiqatın nəticələri “Molecular Human Reproduction” dərgisində yayımlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti