Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxtda “göydələn“ tikintisi qadağan olundu
Tarix: 20.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Məlumata görə, Bakı şəhərinin mərkəzində çoxmərtəbəli binaların tikintisi artıq qadağan edilib. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev KİV-ə məlumat verib. Şöbə müdiri bildirib ki, Bakının baş planı hazırlanarkən Londonun, Madridin təcrübəsindən istifadə olunub. Onun sözlərinə görə, bu ölkələrin planında “göydələn“lər azdır və Bakıda da az olacaq: “Müfəssəl planlaşdırma layihəsində binanın hündürlüyü şəhərsalma əsaslandırması ilə, konkret olaraq binaların hündürlüyü hesablama ilə müəyyənləşəcək. Ümumilikdə cənab prezident bildirib ki, şəhərin mərkəz yerlərində bir dənə də “göydələn“ olmayacaq, bunun tikintisinə də icazə verilməyəcək“.
Sözügedən məsələ ilə bağlı “NBA LTD“ şirkətinin prezidenti, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun fikirlərini öyrəndik. Həmsöhbətimiz öncə vurğuladı ki, keçmiş SSRİ dövründə Bakının baş planı hazırlananda paytaxtın amfiteatr hissəsində çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulmamışdı. Bu da ondan irəli gəlirdi ki, sözügedən amfiteatr hissənin yüklənməsinin qarşısı alınmalıydı: “Çünki həmin ərazi sürüşməyə meyilli idi. Sözügedən məkanda yeraltı sular və çaylar axdığından orada “göydələn“lərin tikilməsi yüklənməni artıra, sürüşmə təhlükəsi yarada bilərdi. Ona görə də keçmiş sovetlər dönəmində hazırlanan baş planda hündürmərtəbəli binaların tikintisi birmənalı şəkildə qadağan olunmuşdu. “Göydələn“lər yalnız Bakı şəhərinin yuxarı və fasad hissələrində tikilə bilərdi. Bu ərazilər Yasamal, Binəqədi, Xətai və Nizami rayonlarının yuxarı hissələri idi. Ancaq SSRİ dövründən fərqli olaraq son 15 il ərzində paytaxtın amfiteatr hissələrində də yüksəkmərtəbəli binaların tikintisi aparılır. Bu da başadüşüləndir. Yəni Bakı ilbəil böyüdüyündən, əhalinin sayı artdığından sözügedən obyektlərin tikintisinə zərurət yaranıb. Ancaq bununla belə təhlükəsizlik məsələlərinə diqqət yetirilməsi də hökmən vacibdir. Ola bilər ki, Bakının yeni baş planında “göydələn“lərin tikintisinə qadağa qoyulması məhz təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən irəli gəlir.
Çünki sürüşmələrin və uçqunların ola biləcəyi ehtimalı hər zaman mümkünləşə bilər. Bu məsələdə keçmiş SSRİ təcrübəsinin və son illərin problemlərinin nəzərə alındığını da düşünürəm. Onu da deyim ki, paytaxtın qədim hissələrində hündürmərtəbəli binaların tikilməsi məqbul sayılmadığından yeni baş planın hazırlanmasında bu məsələnin də nəzərə alınması mümkündür“.
Yaşayış massivləri paytaxtdan kənara doğru genişləndirilməlidir
Onun sözlərinə görə, “göydələn“lərin tikintisi prosesinin Bakı şəhərinin amfiteatr hissəsindən arxa hissəyə, yəni 3-cü və 4-cü zonalara doğru istiqamətləndirilməsi məsələsi də reallaşa bilər. Sadaladığım təhlükəsizlik tədbirləri baxımından görüləcək işlərin Bakının yeni baş planında öz əksini tampasını isə məqsədəuyğun hesab edirəm“.
Qeyd edək ki, uzun illərdir həm maliyyə vəsaitlərinin çatışmazlığı, həm də dünyanı bürüyən iqtisadi tənəzzülün və qlobal maliyyə böhranının mənfi təsirləri nəticəsində təkcə paytaxtımızda deyil, respublikamızın ayrı-ayrı regionlarında da tikintisi yarımçıq saxlanılmış “göydələn“lər var. Yeni baş plana əsasən, natamam tikililərin layihələrində hər hansı bir dəyişikliyin olub-olmayacağı ilə maraqlandıq. Həmsöhbətimiz vurğuladı ki, köhnə tikinti layihələrinə dəyişiklik ediləcəyinə inanmır: “Mənə elə gəlir ki, yeni baş planda bunların hamısı nəzərə alınıb. Ancaq bununla belə kommunal, kommunikasiya və infrasutruktur xətlərinin üzərinə düşən yarımçıq “göydələn“lərin layihələrində dəyişikliklər aparılsın“.
Sadalanan məsələlər üzündən sayı iləbil artan paytaxt əhalisinin mənzil tələbatının ödənilməsi istiqamətində hansı addımların atıla biləcəyi ilə də maraqlandıq. Daşınmaz əmlak üzrə ekspert isə çoxmərtəbəli və aşağımərtəbəli yaşayış binalarının tikintisinin dayandırılacağına inanmadığını diqqətimizə çatdırdı: “Çünki söhbət Bakı şəhərinin tarixi mərkəzində “göydələn“lərin inşasının məhdudlaşdırılmasından gedə bilər. Amma paytaxtətrafı ərazilərdə, şəhərimizin 3-cü və 4-cü zonalarında belə binaların tikilməsinin qadağan ediləcəyi inandırıcı görünmür. Bakının mərkəzində sıxlıq Bakıətrafı yaşayış massivlərinə nisbətən bir neçə dəfə çoxdur. Məsələn, Bakıətrafı ərazilərdə 1 kvadrtametrə düşən əhalinin sayı 4-5 nəfərdirsə, şəhərin mərkəzi hissəsində bu rəqəm bir qədər artıqdır. Digər tərəfdən, Bakı şəhəri üzrə 2 milyon kvadratmetr mənzil tikintisi nəzərdə tutulub. Bu səbəbdən də yaşayış massivlərinin sayı şəhər kənarına doğru artırılmalıdır“.
Tikinti materialları bahalaşacaq, evlər isə ucuzlaşacaq
“Həm yeni hündürmərtəbəli binaların tikintisinə qadağa qoyulması, həm də tikintisi yarımçıq saxlanılmış “göydələn“lərin layihələrinə dəyişiklik edilməsi ehtimalının yüksək olması kimi amillər fərdi tikinti sektorunda və daşınmaz əmlak bazarında canlanma yarada bilərmi?“ sualına cavab olaraq N.İbrahimov bildirdi ki, son zamanlar fərdi tikinti sahəsinə maraq göstərənlərin sayı durmadan azalır. Son illərin təcrübəsi göstərir ki, vətəndaşlar daha çox “göydələn“lərdə yaşamağa üstünlük verirlər: “Bu da ondan irəli gəlir ki, fərdi tikinti obyektlərinin inşasının xərci çoxmərtəbəli binalardan alınan mənzillərin qiymətindən daha baha gəlir. Ona görə də bir mütəxəssis kimi yaxın illərdə fərdi tikinti sektorunda canlanmanın ola biləcəyini ehtimal etmirəm. Daşınmaz əmlak və tikinti materialları bazarlarına gəlincə, ucuzlaşma olacağını proqnozlaşdırmıram. Çünki son zamanlar dünya birjalarında enerji daşıyıcılarının qiymətləri nisbətən artıb. Tikinti və inşaat materiallarının istehsalında enerji dayışıcılarından təxminən 20-40 faiz istifadə olunduğunu nəzərə alsaq, son 1 ildə bahalaşma müşahidə edilir. Ən azı yaxın 1 il ərzində də tikinti və inşaat materiallarının ucuzlaşacağı mümkün deyil. Ancaq daşınmaz əmlak bazarında, xüsusilə də yaşayış mənzili bazarında artıq bir neçə ildir ucuzlaşma gedir və bu proses cari ilin sonuna qədər davamlı olacaq“.
Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019