Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Vergilər” qəzeti ilə rəqabət aparacaq mətbuat orqanı çox azdır – Baş redaktor
Tarix: 12.02.2018 | Saat: 17:08:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycanda hər il fevralın 11-i vergi işçilərinin peşə bayramı kimi qeyd olunur. 2000-ci il fevralın 11-də Vergilər Nazirliyi yaradıldığı üçün bayram məhz bu günə salınıb. Elə həmin ildən nazirliyin nəzdində “Vergilər” qəzeti də çap olunmağa başlayıb. 18 yaşlı qəzet vergi işçiləri ilə yanaşı, bu sahədən yazan jurnalistlərin də istinad mənbəyinə çevrilib.

Hafta.az “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyevlə müsahibəni təqdim edir. O, 2006-cı ildən qəzetin baş redaktoru vəzifəsində çalışır.

- “Vergilər” qəzeti həftədə bir dəfə, 15 min tirajla çap olunur. Qəzetin yayımı həm abunə, həm də satış yolu ilədir. Kollektivimiz 11 nəfərdən ibarətdir. Çalışırıq öz sahəmizdə baş verən proseslərdən kənarda qalmayaq, bizə aid olan bütün mövzuları əhatə edək.

- Maliyyə böhranı bəzi nazirliklərə məxsus qəzetlərin fəaliyyətindən də yan keçmədi. Sizcə, hər qurumun ayrıca bir orqanının olmasına ehtiyac varmı?

- “Vergilər” qəzeti artıq sahə qəzeti çərçivəsindən xeyli kənara çıxıb. Qəzet artıq Azərbaycanda iqtisadi-sosial sahədə ixtisaslaşmış nüfuzlu bir mətbu orqana çevrilib. Ona görə də hesab edirəm ki, qəzetə məhz bu prizmadan yanaşıb sahə qəzeti kimi, hansısa qurumun orqanı kimi qiymət vermək düzgün olmazdı. Çünki qəzetimiz artıq kifayət qədər bu sahə üzrə oxucusu olan nəşrdir. Sosial-iqtisadi sahədən yazan mətbu orqanlar azdır. “Vergilər” qəzeti bu sahə üzrə ixtisaslaşmış kütləvi informasiya vasitəsi olaraq bu gün Azərbaycan cəmiyyəti üçün, iqtisadi sferada fəaliyyət göstərən insanların işlərini qanunun tələbləri çərçivəsində qurması üçün zəruridir. Qəzetin istənilən nömrəsində sahibkarlar üçün lazımlı məlumatlar - vergi qanunvericiliyinə edilən dəyişikliklər, iqtisadi yeniliklər barədə peşəkar dili ilə şərhlər yer alır. Qəzet bu sahədə çalışan insanlar üçün çox faydalıdır, eyni zamanda sahibkar-dövlət strukturu arasında münasibətlərin tənzimlənməsi baxmından zəruridir. “Vergilər” qəzetinin bu günə qədər yaşaması günün tələbidir. Mövzu müxtəlifliyi, mövzunun işlənməsi, informasiyanın etibarlılığı, mötəbərliyi baxımından Azərbaycanda “Vergilər” qəzeti ilə rəqabət aparacaq mətbuat orqanı çox azdır. 


- Hətta bir çox kütləvi informasiya vasitələri üçün istinad obyekti də olub...

- Elmi səviyyədə mənbənin mötəbərliliyinin bir indikatoru da ona olunan istinaddır. Hazırda “Vergilər” qəzeti öz sahəsində baş verən yeniliklər barədə istinad olunan tək və yeganə mətbuat orqanıdır. Bu həm də informasiyamızın dəqiqliyi, mötəbərliyi, etibarlılığı ilə bağlıdır. Tam əminliklə deyirəm - ola bilməz ki, "Vergilər" qəzetində çap olunmuş nəinki bir yazı, hətta bir cümlə belə etibarlılıq və mötəbərlilik baxımından hansısa şübhə doğursun.

- İqtisadi yönümlü ixtisaslaşmış mətbu orqan az olduğu kimi, bu istiqamətdə peşəkarlaşan jurnalistlər də çox azdır. Bu sizin kadr siyasətinizə təsir edirmi?


- Hazırda istənilən sahə üzrə ixtisaslaşma çox çətindir. Ən əsası jurnalistika fakültəsini bitirən məzunun yazı qabiliyyətinin olması heç də həmin şəxsin peşkar olması demək deyil. O məzunları, o işçiləri yetişdirmək lazımdır. Bu bizim üçün illərlə çəkən bir prosesdir. Nəticə olaraq bu gün kollektivimizdən çox razıyam. Onlar Vergilər Nazirliyində peşəkarlaşmaları üçün yaradılan şəraitdən faydalı şəkildə istifadə edə biliblər. Bizim həm jurnalistika fakültəsini bitirən, həm də iqtisadi təhsilli əməkdaşlarımız var. Eyni zamanda iqtisadi sahədən yazan, fikirlərinə cəmiyyətdə önəm verilən mütəxəssislərin rəyindən də istifadə edirik.
Nazirliyin orqanı olsaq da, ölkə mediasından uzaq deyilik. Mətbuatın problemi bizim də problemimizdir, özümüzü kənarda hiss etməmişik. Xüsusən də son illər yazılı mətbuatda olan çətinliklər bizdən də yan keçməyib. “Vergilər” qəzeti əməkdaşlarının da sosial ehtiyacları var, onların da maddi problemləri olur. Bütün hallarda çalışırıq ki, imkanlarımız daxilində vaxtında qəzetimizi abunəçilərə çatdıraq, həm də işçilər üçün normal iş şəraiti yaradaq.

- Jurnalistika hələ də maraq olan peşədirmi?

- Adətən diqqət mərkəzində olan peşələrə maraq daha çox olur. Son illər bunu qabarıq şəkildə görürük. Jurnalistikaya da eyni marağı görürəm. Daha tez məşhurlaşmaq imkanları ilə bunu əlaqələndiririlər. Təəssüf ki, bu sənətə son illər peşəkarlar az gəlir. Jurnalistika çətin peşədir, bu gün əsl jurnalistika ilə məşğul olmaq qəhrəmanlıqdır. Əziyyət çəkmək istəməyənlər, bu sahəyə asan peşə kimi baxanlar bura axışsa da, təbii seçmə prosesi böyük əksəriyyətini bu sahədən çıxarır. “Vergilər” qəzetinin bir uğuru da peşəkarları bir yerə yığa bilmək və bu peşəkarlarla neçə illəri geridə qoymaqdır. Belə bir kollektivlə çalışdığım üşün özümü xoşbəxt qəzet redaktoru hesab edirəm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018