Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AMEA-nın institutlarında fəaliyyət göstərən universitet kafedraları
Tarix: 12.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələcəkdə elmi müəssisələrdə ali məktəblərin baza kafedralarının sayının artırılması nəzərdə tutulur

“Azərbaycan Milli Elmlər Akademiyası elm və təhsilin inteqrasiyası istiqamətində fəal işlər görür. Bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəkdə də davam etdirilməlidir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə sözügedən qurumun Elmi Müəssisələrinin Direktorları Şurasının iclasında deyib.

Onun sözlərinə görə, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrası fəaliyyət göstərir: “Hazırda AMEA-nın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktik biliklər əldə edirlər”.
AMEA-nın prezidenti çıxışı zamanı gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəaliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.
A.Əlizadə ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə “AMEA-nın professoru” elmi adının verildiyini söyləyib, həmin alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha fəal cəlb olunmalarının vacibliyini vurğulayıb və bu barədə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
AMEA-nın rəhbəri bildirib ki, alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir.
Qeyd edək ki, son illər Təhsil Nazirliyi ilə AMEA arasındakı müştərək layihələr aktuallıq qazanıb. Tələbələrin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması, eyni zamanda məktəblilərin elmi-tədqiqat işlərinə marağının artırılması mövcud layihələrin əsas qayələrindəndir.

Sözsüz ki, elm və təhsilin inteqrasiyasının səmərəliyini artırmaq bütün dövrlər üçün aktual məsələ olub. Çünki bütün elmlərin bünövrəsinin təhsillə qoyulduğu ideyası hər zaman dəstəklənib. Bu məqsədlə AMEA-nın 70 illik yubileyində keçmiş təhsil naziri Mikayıl Cabbarov “Elmdən təhsilə” adlı proqram həyata keçirilməsini təklif edib. Həmin təklifdən sonra bu istiqamətdə xüsusi dərslərə də başlanılıb. Bu proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkənin ən yaxşı ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri daha yaxşı tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə veriblər.
Digər tərəfdən dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini gücləndirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcəkdir. Bu hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul edib.

Onu da bildirək ki, AMEA ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində elmlə təhsilin inteqrasiyasının təmin edilməsi istiqamətində bir sıra ciddi addımlar atılıb ki, onlardan da biri “Sabahın alimləri” layihəsinin təşkilidir. Bu layihə Azərbaycanda 2011-ci ildə bəri keçirilir. Layihənin məqsədi ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilməsidir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur.
Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələrdən biri də “Kiçik Akademiya” layihəsidir. Bu layihənin təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir.
“Kiçik Akademiya”nın vəzifələrinə gəlincə, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək və tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır.

Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov da hesab edir ki, son illər təmsil etdiyi qurum elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə əhəmiyyətli işlər həyata keçirib: “AMEA-da təhsil sistemini müasir səviyyədə inkişaf etdirmək aparılan islahatların başlıca hədəflərindən olub. AMEA-nın Rəyasət Heyəti Azərbaycanda elm və təhsilin vəhdətini prioritet vəzifələrdən biri hesab edir. Bütün bunları nəzərə alaraq AMEA-nın prezidenti akademik Akif Əlizadə akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət etdi. Ölkə prezidenti bu müraciətə xüsusi diqqət göstərərək, AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistraturanın yaradılması barədə qərar qəbul etdi. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi isə bu işdə AMEA-ya hərtərəfli dəstək göstərdi. Beləliklə, 2015-ci ildə ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi yaradıldı. Ötən il isə AMEA magistraturadan ilk buraxılışı uğurla başa çatdırdı. Akademiyada magistraturanın yaradılması elmə marağı olan gənclər tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına ərizə verənlərin sayı yüksək olur. 2016-cı ildə bu rəqəm 700-ə, 2017-ci ildə isə 2000-ə yaxın olub. Bəzi ixtisaslar üzrə bir yerə 50-80 nəfər ərizə vermişdir. Ən yüksək müsabiqə AMEA-nın İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiya institutlarında olub. Universitet məzunları arasında AMEA-nın magistraturasına marağın yüksək olduğunu nəzərə alaraq Nazirlər Kabineti 2016-2017-ci tədris ili üçün plan yerlərini artırsa da, bu da mövcud tələbatı ödəyə bilmədi. Bütün bunlar onun nəticəsidir ki, AMEA-da magistrantlar üçün müasir tələblərə uyğun tədris mühiti formalaşdırılıb. Eyni zamanda, burada təhsil prosesinin lazımi səviyyədə təşkil olunması məqsədilə AMEA Rəyasət Heyətinin aparatında Elm və Təhsil İdarəsi, onun strukturunda isə doktorantura və magistratura şöbələri yaradılıb”.

Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də deyib ki, elm və təhsillə bağlı hansı qərar qəbul olunursa bu həmin sahələrin inkişafına təkan verir: “Elm sahələrini, onun istiqamətlərini, hal-hazırda texnoloji baxımdan yeni olan elm üzrə tədqiqatları genişləndirir. Təhsil də həmin elmi nəticələr əsasında məzmununu müəyyənləşdirir. Yəni, elmi nəaliyyətlər, idealar, yanaşmalar təhsilin sürətli inkişafına əsas yaradır. Buna görə də elmlə təhsil vəhdəti gələcəkdə elmlərin uğuruna səbəb olacaq və onun nəticələri təhsilin yüksək səviyyəyə qalxmasına şərait yaradacaq".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO