Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanı rayonunda ötən il 4 840 yeni daimi iş yeri açılıb
Tarix: 12.02.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, həmişəyaşıl ağaclar əkiblər.

Hafta.az xəbər verir ki, sonra iştirakçılar ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olublar. Yığıncaqda, həmçinin rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunub.
Sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib.

Hesabat dövründə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz təşkil edib, nəqliyyat xidmətləri 3 dəfə artıb, orta aylıq əməkhaqqı 611 manat olub, əhaliyə 222,0 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4 840 yeni daimi iş yeri açılıb. Hesabat dövründə rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb.
Dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu yenidən qurulur.

Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Hövsan qəsəbəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar torpaq sahəsi "MİDA" MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzinin xüsusi avtobusları vasitəsilə 2017-ci ilin fevral-mart aylarında Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1 104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib.
Hesabat dövründə rayonda 20 “Nümunəvi abad məhəllə" salınıb, IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat" layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilir. "Bir bələdiyyə-azı bir layihə" proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsandakı "1941-1945" abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsində Ə. Mehbalıyev küçəsində "Vətən şəhidləri unudulmur" abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb. Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.

Rayonda məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlar icra olunur.
Bildirilib ki, RİH başçısı tərəfindən 2017-ci il ərzində 2905 nəfərin iştirakı ilə 51 səyyar görüş keçirilib, 574 nəfər vətəndaş qəbul edilib. Qəbullarda səslənən müraciətlərin əksəriyyəti müsbət həll edilib, digər məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər göndərilib.
Sonda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub, rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində, ictimai həyatında fəal iştirak edən bir qrup şəxs rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Orxan Bayramov, Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, rayonun müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış ediblər. Milli Məclisin deputatı Fərəc Quliyev də yığıncaqda iştirak edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018