Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müşviqabadda 286 saylı uşaq bağçası xarabalığa çevrilib - REPORTAJ
Tarix: 12.02.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Bugünün uşaqları bizim gələcəyimizdir. Onlar nə qədər sağlam mühitdə böyüsələr və gözəl şəraitdə tərbiyə alsalar, bir o qədər də cəmiyyətimizə xeyir verərlər. Ona görə də əgər dövlətimizin gələcəkdə güclü olmasını istəyiriksə, uşaqlarımızı sağlam mühitdə, milli ruhda böyüdüb, tərbiyə etməliyik. Elə bu baxımdan, uşaqlar tərbiyə olunmaları və təhsil almaları üçün hər cür qayğı ilə əhatələnib.

Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. İstər bölgələrdə və istərsə də paytaxtda müasir tələblərə cavab verən yüzlərlə yeni məktəb və uşaq bağçası binaları tikilib. Köhnə binalar əsaslı təmir edilib. Yararsız binalar isə sökülərək yeniləri ilə əvəzlənib. Bu işlər indinin özündə də yüksək səviyyədə davam etdirilir. 

Təəssüflər olsun ki, Qaradağ rayonu Müşviqabad qəsəbəsində fəaliyyət göstərən Bakı şəhəri 286 saylı məktəbəqədər uşaq bağçası bu qayğılardan kənarda qalıb. Bu cür baxımsızlıq sakinlərin haqlı narazılığına gətirib çıxarır.
Bir qrup sakinin “Həftə içi”nə müraciətində qəsəbənin problemləri ilə heç kəsin maraqlanmadığından söz açılır. Onların sözlərinə görə, adıçəkilən qəsəbədə fəaliyyət göstərən 286 saylı uşaq bağçası uçub-tökülür. Uşaqlar antisanitar şəraitdə tərbiyə alırlar.
Sakinlərin müraciətini nəzərə alaraq, adıçəkilən ünvanda olduq. Həqiqətən də ikimərtəbəli uşaq bağçasının həyətini, binanın giriş qapısına kimi kol-kos basıb. Ağaclar baxımsızlıqdan quruyaraq, tələf olub. Quru ağac gövdəsi və kötükləri həyətə atılıb. Sövet dönəmində tikilmiş bağçada bu günə kimi təmir və bərpa işləri aparılmayıb. Məktəbəqədər müəssisənin həyəti sahibsiz itlərin yuvasına çevrilib. Bağçanın işçiləri bizi görən kimi, qapını içəridən bağladılar. Ona görə də biz sözügedən müəssisəni həyətindən seyr etdik. Həyət-bacanın düşdüyü bu acınacaqlı şərait bağça binasının içindən də xəbər verirdi. Hər şey bəlli olduğundan, artıq binaya daxil olmağa ehtiyac qalmadı...

Sakinlər dedilər ki, bağçanın ərazisi məişət tullantıları ilə dolu olduğundan, uşaqların çıxıb həyətdə oynaması və təmiz hava qəbul etməsi üçün şərait yoxdur. «Hələ qış fəslidir, havalar soyuq keçir. İsti günlərdə uşaqları bağlı qapı arasında saxlamaq nə dərəcədə düzgün olacaq?» sakinlər bildirdilər. Onların sözlərinə görə, hər tərəf infeksiya mənbəyidir, uşaqlar xəstəliyə tutula bilərlər. Müəssisənin həyətində təmizlik işləri aparılmır: «Azyaşlı uşaqların tərbiyə aldığı müəssisənin həyətində sahibsiz itlərin yaşadığı harada görünüb? İtlər adama hücum çəkdiyindən, valideynlər uşaqlarını qorxu içində bağçaya aparıb-gətirirlər”. Sakinlər söylədilər ki, binanın divarları artıq uçub-tökülür. Dam örtüyü təmir olunmadığından, yağış suları otaqlara damır. Qapı və pəncərələri istismara yararsızdır: “Qapı və pəncərələrin çərçivələrinin və şüşələrinin yerinə karton və taxta parçaları vurulub. Sovet dönəmində tikilmiş bağçadır. Həyətdə “söhbətgah”ların ancaq çürümüş dəmirləri qalıb».

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Müşviqabad Qəsəbə üzrə nümayəndəsi Coşqun Bayramova müraciət etdik. Lakin suallarımız cavabsız qaldı. Ümid edirik, işıqlandırdığımız bu ciddi problem müvafiq qurumların diqqətinə çatdırılacaq və məsələ tez bir zamanda həllini tapacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
TRT Nargin adasından film çəkib
Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır - Eksklüziv
“Həmyaşıdlarımı cənab Prezidentə dəstək olmağa çağırıram” – İlin gənci
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Qazaxıstan prezidenti Azərbaycanla bağlanmış müqaviləni təsdiqlədi
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO