Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bayıldakı sürüşmə zonasındakı villa satışa çıxarıldı - GÜNÜN TƏZADLARI
Tarix: 12.02.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Sürüşmə təhlükəsi ilə əlaqədar əhalisi tamamilə boşaldılan ərazidə 1 milyonluq villa satışa çıxarıldı. Hafta.az-ın axar.az-a istinadla verdiyi xəbərdə belə deyilir. Səbail rayonu, Bayıl qəsəbəsində 3 mərtəbəli dənizə mənzərəsi olan villa satılır. 8 otaqdan ibarət olan villanın həyətində hovuzu, bağı və qarajı var. Villanın 3 geniş bağlı və açıq mətbəxi mövcuddur. Villanın hər mərtəbəsində ayrıca hamam, 3 və 4 yataq otağı var. Əmlak sahibi tərəfindən 1 350 000 manata satılır. 

Qeyd edək ki, Səbail rayonu, Bayıl qəsəbəsində sürüşmə aktivləşib. Aktivləşməyə əsasən ərazidə yerləşən evlərin sakinləri çıxarılaraq başqa mənzillərə yerləşdirilib. Sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.


Ermənistan vətəndaşından Azərbaycanda qalmış “Vilis”inə görə vergi istənildi


Ermənistanda sərhədyanı bölgədə yaşayan sakindən Azərbaycan ərazisində saxladığı avtomobilə görə əmlak vergisi tələb olunduğu bilindi. Hafta.az oxu.az-a istinadla yazır ki, Epress.am saytının yaydığı məlumata görə, Ermənistanın Çəmbərək şəhər sakini Samvel Arakelyana yerli icma administrasiyasından məktub daxil olub. Həmin məktubda vəziyyətin daha da çətinləşməməsi üçün onun qəti tədbirlər görməsi və “QAZ-69” markalı avtomobilinə görə 160 dollar məbləğində əmlak vergisi ödəməsi tələb olunub. Məsələ ondadır ki, həmin avtomobili Arakelyan 26 il əvvəl Azərbaycanda qoyub. “Atamın Arsvaşendə (tarixi və indiki adı Başkənd; Gədəbəy rayonu ərazisində yerləşir) nasaz “Vilis”i var idi. İndi ona görə əmlak vergisi ödəməyimi istəyirlər”, - deyə Arakelyan Express.am müxbirinə bildirib. Onun sözlərinə görə, Çəmbərək icma administrasiyası əllərində olan sənədlərə əsasən, borcun yığıldığını bildirir. “Deyirlər, gərək ödəyəsən ki, problemin həll olunsun”. Arakelyan məktuba hər hansı reaksiya göstərmək fikrində deyil. Belə ki, bu tələbin absurd olduğunu düşünür. “Qoy mənim “Villisim”i qaytarsınlar, onda mən on qat pulunu ödəyərəm”, – deyə o bildirib.


Səhiyyə Nazirliyinin əməkdaşları tutuldu


Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, həkimlər və əczaçılıq şirkətinin nümayəndələri də daxil olmaqla, 9 nəfər dərman preparatlarıyla bağlı saxtakarlıqlara görə həbs edildi. Hafta.az “Ukrinform” istinadla xəbər verir ki, söhbət Moldova Respublikasından gedir. Paytaxt Kişinyovda dərman fırıldağında ittiham edilən 9 nəfər saxlanılıb. Şəhər məhkəməsinin qərarı ilə 3 nəfər istintaq təcridxanasına göndərilib, 6 nəfər barəsində isə ev dustaqlığı hökmü çıxarılıb. İstintaq nəticəsində barələrindəki ittihamlar təsdiqlənərsə, onlara 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası veriləcəyi gözlənilir.


Şəkidə bir nəfər 34 sakini aldatdı


Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini Gülnar Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirdi. ARB TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Nəticədə həmin şəxs dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Onun 2017-ci il ərzində 34 Şəki rayon sakinini aldadaraq dələduzluq yolu ilə müəyyən məbləğdə pul alması müəyyən edilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Olimpiada iştirakçıları zəlzələ qorxusu yaşadı


Cənubi Koreyanın Pxençxan şəhərindəki Olimpiya kəndində yaşayan 2018 Qış Olimpiya Oyunlarının iştirakçıları SMS vasitəsilə baş vermiş zəlzələ barədə xəbərdarlıq aldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, 4,6 bal gücündə zəlzələnin Pxençxandan 160 kilometr məsafədə yerləşən Pxoxan şəhərində baş verdiyi bildirilib. Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 5:03-də qeydə alınıb. “Zəlzələnin episentri Pxoxan şəhərinin Buk-Qu rayonundan 5 kilometr şimal-şərqdə yerləşib. Sayıq və diqqətli olun, yeraltı təkanlar təkrarlana bilər”, - məlumatda bildirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti