Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistan - adı müstəqil olan bataqlıq
Tarix: 12.02.2018 | Saat: 16:38:00
Bölmə:Siyasət | çapa göndər

Bakı Tbilisi-Qars layihəsi reallaşdırıldıqdan sonra, Azərbaycan tranzit yükdaşımalarının mərkəzinə çevrilmək istiqamətində daha bir yeniliyə imza atmaq ərəfəsindədir. Söhbət Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi olan və üç dövlətin - Rusiya, Azərbaycan və İranın dəmir yolu infrastruktunu birləşdirəcək Astara-Astara xəttinin istifadəyə verilməsindən gedir. Artıq fevralın 8-də bu istiqamətdə ilk sınaq qatarı yola salınıb.

Mart ayında isə Azərbaycan və İran rəsmilərinin birgə iştirakı ilə xəttin rəsmi açılışı planlaşdırılır. İrna agentiliyinin məlumatına görə, üç dövlətin rəsmiləri arasında Astara-Moskva istiqamətində sərnişin qatarının istifadəyə verilməsi ilə bağlı danışıqlar da aparılır. Qeyd edək ki, Azərbaycan üçün hər iki layihə - istər BTQ, istərsə də Astara-Astara xətti tranzit mərkəzə çevrilmək imkanı verirsə, ölkəmizin 20 faiz ərazisini 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan üçün bu amil siyasi və iqtisadi intihara bərabərdir. Səbəb isə sadədir - işğal faktına görə Ermənistan hər zamankı kimi yenə də mühüm regional layihələrdən kənarda qalır və təcrid durumu daha da ağırlaşır.

Bu fakt Ermənistan mətbuatında da ciddi naraşhatlıq yaradıb. 1in.am saytında dərc edilən məqaləyə görə, Azərbaycanın mərkəzi yer tutduğu Astara-Astara xətti Ermənistanın iqtisadi və siyasi təcridini daha da dərinləşdirir: "Bakının rəsmi dairələri Şimal-Cənub layihəsinin onlar üçün tək iqtisadi yox, həm də siyasi cəhətdən cəlbedici olduğunu gizlətmirlər. Çünki bu layihə Ermənistanı regional əməkdaşlıqdan kənarda qoyur. Bu cür qlobal proqramlar Rusiya və Avropa bazarlarına Azərbaycan vasitəsi ilə çıxış imkanı qazanan İran üçün Ermənistanın əhəmiyyətini tədricən sıfıra endirir. Tehran son illərdə dəfələrlə bildirib ki, onların qlobal kommunikasiya layihələrində etibarlı tərəfdaşı Ermənistandır. Lakin bizim rəsmilərin bu mövqeyə cavabları yumşaq desək adekvat deyil. Tehran isə sonsuza qədər Ermənistanın Rusiyanın təzyiqlərini və qadağasını dəf edəcəyini gözləyə bilməz".

Məqalə müəllifləri bildirir ki, artıq Ermənistan üçün "Rusiyanın əlaltı dövləti" statusu kimi təhqiredici adı qazanması dönməz xarakter alıb. Bunun nəticəsində Ermənistan subyektivliyini itirərək, bütün regional inteqrasiya layihələrindən kənarda qalır: "Digər tərəfdən, belə pat vəziyyəti Ermənistanın Dağlıq Qarabağ siyasətinin də düzgün olmadığını ortaya qoyur. Satus-kvonu qorumaq siyasəti həqiqətdə rasional deyil. Çünki status-kvonun qorunması tək hərbi baxımdan və ön xəttdə balans yaratmaq yox, həm də Ermənistan və Azərbaycanın iqtisadi inkişaf, demoqrafik göstəricilərinin də müqayisəsini tələb edir. Qarabağ münaqişəsinin mövcudluğu, sərhədlərin bağlı qalması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğaraq onu inkişaf resurslarından məhrum edir. Bu konteksdə isə Azərbaycan bütün regional layihələrdə əsas iştirakçıya çeırilir. Nəticə etibarı ilə belə vəziyyətin iki dövlətin iqtisadi inkişafında Ermənistanın xeyrinə olmayacaq durum yaratması qaçılmazdır".

Məqalədə o da vurğulanır ki, milyardlarla dollar gəliri olan Azərbaycan boşalmış Ermənistan üçün təhlükəyə çevrilir. Aksiom mahiyyəti daşıyan bu faktın nəzərə alınmaması isə Ermənistanın dövlət və siyasi sistemiinin qeyri-adekvatlığını, irrasionallığını təsdiqləyir. Məqalədə münaqişənin həlli üçün Ermənistan rəhbərliyinə çağırış da edilir. "Ermənistan hakimiyyətinin siyasətinin effektliyinin əsasında danışıqlar prosesini ləngitmək yox, məhz rasional güzəştlər əsaısında münaqişənin tezliklə həllinə nail olmaq dayanmalıdır. Vaxt gözləmir. Zaman Ermənistanın əleyhinə işləyir".

Açıqlanan rəsmi statistika da Ermənistanda mövcud durumun nə dərəcədə acınacaqlı olduğunu gbstərir. Ermənistan Statistika İdarəsinin məlumatına əsasən 2018-ci il yanvarın 1-nə olan rəqəmlərə görə, ölkə əhalisinin sayı 2 mln. 972,9 min nəfərdir. Keçən ilin analoji dövrü ilə müqayisədə ölkə əhalisi 13,2 min nəfər azalıb. Həmçinin Ermənistanda təbii artım da aşağı düşüb. Belə ki, 2017-ci ildə əvvəlki illə müqayisədə təbii artım 16,4 faiz azalıb. Demoqraf Artaq Markosyan bildirib ki, artıq 90-cı illərin nəsilləri yeni ailə münasibətləri qurmaq həddinə çatıb. Təbii olaraq belə halda nikahların sayı da azalacaq: "7 faizlik azalma çox ciddi göstəricidir. Biz sosial-iqtisadi vəziyyət və emiqrasiya nəticəsində təbii artımın kəskin düşdüyü 90-cı illərin göstəricilərinə qayıda bilərik. İndi isə bu amillərə nikahların sayının azalması da əlavə olunub. Üstəlik yeni və daha ağır sosial-iqtisadi çətinliklər". Ekspertin sözlərinə görə, ölkədəki çətin durum ailələrin daha çox uşaq dünyaya gətirmək istəklərinin qarşısını alır. Lakin təəssüflər olsüun ki, əhalinin artımı üçün heç bir stimullaşdırıcı proqram mövcud deyil. Ermənistan üçün ölümün doğumu üstələyəcəyi ilə bağlı 2025-ci il proqnozu isə daha tez reallaşa bilər. Ekspert Sarkisyanın 2040-cı ildə ölkə əhalisinin 4 milyona çatacağı ilə bağlı bəyanatını da reallıqdan uzaq fantastika adlandırır.
Qeyd olunanlar bir daha Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün istiqamətlərdə apardığı hücum siyasətinin tədricən nəticə verdiyini isbatlayır. Ermənistan daxilində Azərbaycanla sosial-iqtisadi, hərbi, siyasi, informasiya yarışında uduzan İrəvanın mövcud durumu isə vaxtilə keçən əsrin 80-ci illərin sonlarında ABŞ-la "soyuq müharibə" yarışında ağır zərbələr alan Sovet İttifaqının vəziyyəti ilə müqayisə edilir. İrəvanda hakimiyyəti qorxu və silah gücünə zəbt etmiş hərbi cinayətkar xuntanın Ermənistanın iqtisadi və hərbi gücü ilə bağlı şişirdilmiş bəyanatları isə sadə erməniləri artıq tamamilə bezdirib. Nəticə isə göz önündədir. İldən-ilə boşalan, kədləri, qəsəbələri artıq vəhşi cəngəllikləri xatırladan, müstəqillik iplərini tamamilə sahiblərinin əlinə vermiş Ermənistan... Dağlıq qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilmədikcə isə vəziyyət daha da acınacaqlı hal alacaq. Proses artıq dönməz xarakter alıb.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018