Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bələdiyyələr sahibkarların maraqlarına toxunurlar”- Qüdrət Həsənquliyev
Tarix: 13.02.2018 | Saat: 15:35:00
Bölmə:Siyasət | çapa göndər

“Sahibkarlara kömək etmək əvəzinə, əslində bizim bələdiyyələr yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarların maraqlarına toxunurlar”.

“Həftə içi” qəzetinin parlamaent müxbiri xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev söyləyib.


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirələri zamanı etdiyi çıxışında MM üzvü bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının sahibkarların fəaliyyətinə əngəl yaratmasından danışıb:


“Cənab prezident kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı bir sıra mühüm qərarlar verib. Tutaq ki, sahibkar şəhərin kənarında antisanitar vəziyyətdə olan torpağı götürüb oranı abadlaşdırmaq və hansısa tikinti işlərini həyata keçirmək istəyir. Bu zaman bələdiyyə sədri deyir ki, bizdə torpağın kvadratı 1 manat 23 qəpikdir. Sahibkar bu şərtə uyğun olaraq sənədləri hazırlayanda bələdiyyə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı ilə cinayətkar əlaqəyə girir və dəfələrlə artıq qiymətə torpağı təklif edir. Yaxud şəhər icra hakimiyyətinin nümayəndələri sahibkarlardan tikinti materialları götürürlər ki, ayın sonunda pulunuzu verəcəyik, amma aylar keçir, həmin vəsait ödənmir...”.


Q.Həsənquliyev bildirib ki, bir çox hallarda yerli icra hakimiyyəti orqanları məhz bələdiyyələrin əli ilə qanunsuzluqlara yol verir, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin obyektlərini qanunsuz olaraq sökdürür.


Deputat onu da vurğulayıb ki, bələdiyyələr yalnız camaatdan vergi yığmaqla ciddi irəliləyişlərə nail ola bilməzlər. “Ucqar kəndlərə bir az yağış yağan kimi yollar palçığın içində olur. Ona görə də bələdiyyələr yerli əhali ilə iş aparıb iməciliklər təşkil etməli, abadlıq işləri həyata keçirməlidir”-deyə parlament üzvü təklif edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO