Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
Tarix: 13.02.2018 | Saat: 17:43:00
Bölmə:Reportaj Video | çapa göndər

Bu gün dahi dramaturq, Azərbaycan sovet dramaturgiyasının banisi hesab edilən Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı dəfn edildi. O, 88 yaşında ürək tutmasından dünyasını dəyişdi.

Atasından üç dəfə artıq ömür yaşasa da, həyatını Cəfər Cabbarlının 20 illik yaradıcılıq dövrünün tədqiqinə həsr etdi. Uzun müddət Cəfər Cabbarlı adına Mədəniyyət evinin, daha sonra ev muzeyinin direktoru kimi fəaliyyət göstərdi. Təqaüdə çıxandan sonra atasının ev muzeyini qızı Qəmər Seyfəddinqızına həvalə etdi. Ömrünün son günlərini ailəsi – qızları və nəvələri ilə keçirdi.

Gülarə xanımla vida mərasimi Təzəpir məscidində təşkil olunmuşdu. Hafta.az-ın obyektivi də orada idi. Onu deyim ki, Gülarə Cabbarlı kimi ziyalının dəfnində ailəsi ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi. Amma vida mərasimində sönüklük müşahidə olunurdu.

Yazıçılar Birliyinin biganəliyi...

Təzəpir məscidinin həndəvərində gəlib-gedənlər çox idi. Həm kişilər, həm də qadınlar üçün ayrı-ayrı zallarda təziyə stolu açılmışdı. Keçmiş millət vəkili Gülər Əhmədova, böyük sənətkar Akif İslamzadə və başqaları mərasim zalında gözə dəyənlər arasında idi. Müxtəlif mədəniyyət qurumlarının əklilləri cənazənin önünü bəzəyirdi. Bircə Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəsmi heyətindən başqa. Nə sədr Anar Rzayev, nə də qurumu təmsil edəcək rəsmi nümayəndələr gözə dəydi. Heç Yasamal qəbiristanlığındakı dəfnə də getmədilər. Ayrı-ayrı AYB üzvləri isə ara-sıra gözə dəyirdilər. Onların arasında şair Əlisəmid Kürü qəhərli, gözləri dolmuş gördük.

“Gülarə xanım doğum günü dünyasını dəyişdi”...

Oğlu Bəhlul Abdullayevlə söhbətləşirik. Deyir ki, Gülarə Cabbarlı həmişə çox qıvraq, həyat eşqi ilə dolub-daşan bir insan olub:

“Axır vaxtlar yaş özünü göstərməyə başlamışdı. Dünən 88 yaşı tamam oldu. Elə həmin gün də dünyaya gözlərini əbədi olaraq yumdu (kövrəlir). Bir az ürək çatışmazlığından əziyyət çəkirdi. “Havam çatmır” –deyirdi. Ölümünə əsas səbəb də elə ürək çatışmazlığı idi. Ağlı, huşu yerində idi, heç kimi incitmədən vidalaşdı...”.

Bəhlul Abdullayevin anası haqqında danışdıqca gözləri dolur, kövrəlirdi. Onun sözlərinə görə, Gülarə xanım bu dünyada hər şeyi -dünyanın pis və yaxşı üzlərini görmüşdü:

“Doğrusu, ölümünü gözləmirdik. Çünki bir neçə dəfə bu vəziyyətə düşmüşdü. Sonra düzəlmişdi. Düşündük ki, bu dəfə də elə olar. Amma olmadı. Sanki son saatlarını yaşadığı ürəyinə dammışdı. Bir-bir bütün övladları ilə - bacılarımla, qardaşlarımla görüşdü. Dedi ki, mən sizdən çox razıyam. Sonra söylədi ki, Allahından da razıdır ki, bizim kimi övladları var. Heç yerdə atanızın, babanızın adını ləkələməmisiniz – dedi. Son sözləri bu oldu və bizdən üzr istədi. Dedi ki, haçansa xətrinizə dəymişəmsə, ürəyinizi sındırmışamsa üzr istəyirəm (kövrəlir). Anam bizə eləyə bildiyindən də artıq arxa dayaq olmuşdu. Xalqımıza əmin-amanlıq arzuladı. Müharibənin tezliklə başa çatmasını, övladlarımızın müharibə, qan-qada görməməsini Allahdan arzu etdi”.

Bəhlul Abdullayevin sözlərinə görə, anası imkanı daxilində Cəfər Cabbarlı ilə bağlı fikrindəkiləri, həyata keçirmək istədiklərini gerçəkləşdirməyə çalışdı:

“Əvvəllər Cəfər Cabbarlı adına Teatr Muzeyində işləmişdi. Həmin vaxt nənəm – anası Sona xanım həmin muzeyin direktoru idi. Sonra babamın ev muzeyi təşkil olunanda uzun müddət orada direktor işlədi. Bacardığı qədər Cabbarlı irsinin bugünkü nəsillərə çatdırılmasında, yeni kitablarının çap edilməsində misilsiz xidmətlər göstərdi. Az çap edilmiş, sonradan tapılmış əsərlərinin çapında xidmətləri oldu. Cəfər Cabbarlının sözlərinə yeni mahnıların yazılmasına çalışdı və buna nail oldu. Gülarə xanım bilavasitə rəhbərlik etmişdi. Təhsilin İnkişafına Yardım İctimai Birliyinin prezidenti idi. “Cəfər Cabbarlı” mükafatını təsis etdi. Mədəniyyət və incəsənət sahəsində əməyi olanlar mükafatlandırıldı. İndi biz öz imkanlarımız daxilində o missiyanı öz üzərimizə götürəcəyik. Hamımız bir yerdə bu işi davam etdirəcəyik. Hazırda bacım Qəmər xanım ev muzeyinin direktorudur. Müxtəlif layihələr planlaşdırır”.

 Görkəmli sənətkarımız Akif İslamzadə isə bir ay əvvəl Gülarə Cabbarlını ziyarət etdiyini söylədi:

"Son dəfə Gülarə xanımı bir ay əvvəl evində ziyarət etdim. Huşu yerində idi. Uşaqları xəbər aldı. Söhbətləşdik, hal-əhval tutduq. Vəziyyəti çox yaxşı idi. Qızı Qəmərlə bir oxumuşdum. Bizim həyətə gəlin köçmüşdü. Gediş gəlişimiz də elə o vaxtdan yaranmışdı. Anam Sara xanımla yaxşı münasibətləri vardı. Gözəl, alicənab bir qadın idi, Allah rəhmət etsin".

Həyat yoldaşı və qardaşının yanında...

Saat 15:30-da Gülarə Cabbarlı dəfn olunmaq üçün Yasamal qəbiristanlığına gətirildi. Həyat yoldaşı, görkəmli yazıçı Seyfəddin Dağlının və qardaşı Aydın Cabbarlının yanında dəfn edildi. Ruhuna fatihələr verildi, dualar oxundu.

Allah rəhmət etsin!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
TRT Nargin adasından film çəkib
Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır - Eksklüziv
“Həmyaşıdlarımı cənab Prezidentə dəstək olmağa çağırıram” – İlin gənci
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Qazaxıstan prezidenti Azərbaycanla bağlanmış müqaviləni təsdiqlədi
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO