Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Leyli və Məcnun” operası Gəncədə nümayiş etdirilib
Tarix: 13.02.2018 | Saat: 17:46:00
Bölmə:Mədəniyyət | çapa göndər

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında ilk tamaşasının 110 illiyinə həsr olunmuş Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş etdirilib. Operaya Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, tanınmış ictimai xadimlər, ziyalılar, şəhər sakinləri və eləcə də respublikanın aparıcı kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlər tamaşa ediblər.

Gəncə RİH-dən hafta.az-a verilən məlumata görə, tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Xalq Artisti Mənsum İbrahimov (Məcnun), istedadlı müğənni Arzu Əliyeva (Leyli), Xalq Artisti Sabir Əliyev (Şeyx), əməkdar artistlər - Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Səlam), Afaq Ağayeva, Elnur Zeynalov, Taleh Yəhyayev, Aytən Məhərrəmova, Nazar Bəylərov və başqaları iştirak edirdilər.

Səhnə əsərinin dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Tamaşa izləyicilər tərəfindən hərarətli və sevgi dolu alqışlarla müşayiət olundu.

Göstəridən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev operanın iştirakçıları ilə görüşdü, onların fəaliyyətini yüksək qiymətləndirdi. Elmar Vəliyev qeyd etdi ki, operanın Gəncədə yüksək səviyyədə göstərilməsi şəhərin mədəni həyatında böyük bir hadisədir. Bütün gəncəlilər adından təşəkkürünü bildirən icra başçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivlərinin Gəncədə çıxışlarının ənənəvi hal almasını arzulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin Gəncəyə səfəri şəhər rəhbərliyi tərəfindən yüksək və qüsursuz səviyyədə təşkil olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO