Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bölgələrdə məktəbəqədər təhsilə çıxış imkanları genişlənəcək
Tarix: 13.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, ölkə prezidentinin bununla bağlı imzaladığı sərəncam təhsilin inkişafını daha da sürətləndirəcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb.

Əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Qeyd edək ki, sənədə əsasən, Yevlax şəhərinin 31-ci məhəlləsində 60 yerlik uşaq bağçasının tikintisinə 1 222 000, Tərtər şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə 1 428 000, Bərdə şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə 1 604000, Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 1 130 000, Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 963 000, Qəbələ şəhərində 1 nömrəli 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 1 903 000, Ağdaş şəhərində 8 nömrəli 80 yerlik uşaq bağçasının tikintisinə 1 127 000,Saatlı rayonunun Cəfərxan kəndində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 1 512 000, Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 1 380 000, Cəlilabad şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 1 273 000, Astara rayonunun Səncərədi kəndində 60 yerlik uşaq bağçasının tikintisinə 960 000, Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 854 000, Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisinə 1 161 000, Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisinə 1 391 000 və Şəmkir şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə isə1 669 000 manat vəsait ayrılıb. Ümumilikdə tikinti işlərinə 19 577 000 manat vəsait nəzərdə tutulub.
Yeri gəlmişkən, “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi üzrə hazırlanan yekun hesabatda qeyd olunub ki, Azərbaycanda dövlət səviyyəsində müvafiq qərara əsasən, 5-6 yaşlı uşaqlar məktəbəqədər hazırlıqla əhatə olunur. 0-6 yaş arasında uşaqların böyük bir hissəsi məktəbəqədər təhsildən kənarda qalır. 2019-2020-ci tədris ilində isə 147 492 uşaq məktəbəhazırlığa cəlb ediləcək. Sənəddə, həmçinin müasir dövrdə məktəbəqədər təhsillə bağlı mövcud problemlər də açıqlanıb. Qeyd olunub ki, 1-5 yaşlı uşaqların kənd yerlərində 7 faizinin, şəhər yerlərində 21 faizinin məktəbəqədər təhsil müəssisələrinə çıxışı var.

Hesabatda vurğulanır ki, bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini təşkil edir. Onların 31 253 nəfəri Bakının, 5 063 nəfəri Sumqayıtın, 3 929 nəfəri Gəncənin, 1 496 nəfəri Mingəçevrin, 2 401 nəfəri Abşeronun payına düşür".
Sənəddə bildirilir ki, Azərbaycanda 2016-ci ildə məktəbəhazılıq yaşında (5-6 yaş) olan uşaqların yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və şəhərlərdə nisbətən yüksək, rayon və kənd yerlərində isə daha aşağı səviyyədə olub.
Sənəddə o da göstərilib ki, Azərbaycanda 1991-ci ildən 2016-cı ilədək məktəbəqədər təhsil müəssisələrinin sayı 2185-dən 1722-ə düşüb. Onlardan 1 004 müəssisə şəhərlərin və yalnız 718 müəssisə rayonların payına düşür. Bundan başqa, 2016-cı ilin məlumatına əsasən məktəbəqədər təhsil müəssisələrinin 32 faizində (1 683 ailə) məcburi köçkün və qaçqın ailələri yaşayır: “Bu da onsuz da sayı az olan məktəbəqədər təhsil müəssisələrinin təxminən üçdə birinin öz təyinatına uyğun istifadəsinə mane olur və beləcə ailələrin yaşadığı əraziyə yaxın məktəbəqədər təhsil müəəssisəsi tapmasına çətinlik yaradır”.
Məlumat üçün onu da vurğulayaq ki, Nazirlər Kabineti bir ay öncə “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Bu qayda uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələlərini tənzimləyir. Sənədə əsasən, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Belə ki, körpələr evi - 1 yaşdan 3 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək, uşaq bağçası - 3 yaşdan 6 yaşadək nəzərdə tutulub.

Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün tələb olunan sənədlərə gəlincə, müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur), valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti, uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli, uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış lazımdır.
Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Qaydalarda o da göstərilib ki, Azərbaycan vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, statistikaya əsasən sovet dövründə uşaq bağçalarının sayı ilə müstəqillik dövründəki sayı müqayisə etdikdə kəskin azalmanın şahidi oluruq. Onun sözlərinə görə müstəqillikdən sonra bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən boşluqlar yarandı: “Həmin şəraitdə 300-ə qədər uşaq bağçasının özəlləşməyə çıxarılması nəticəsində boşluqlardan işbazlar və digər maraqlı şəxslər istifadə etdi. Bir çox bağçalar sökülərək yerində göydələnlər və digər məişət obyektləri tikdilər. 2013-cü ildə qəbul olunan təhsilə dair dövlət strategiyasında isə təhsilin bütün sahələrinin, o cümlədən məktəbəqədər təhsilin inkişafı əsas prioritet kimi qoyuldu. Ölkə prezidentinin imzaladığı müvafiq sərəncam görülən işlərin davamıdır. Hesab edirəm ki, bu sərəncam məktəbəqədər təhsilin inkişafını daha da sürətləndirəcək. Çünki statistik rəqəmlər də göstərir ki, iri şəhərlərlə müqayisədə bölgələrdə azyaşlıların məktəbəqər təhsilə çıxış imkanları daha zəifdir. Bu məsələ gələcəkdə ölkə təhsilinin sürətli inkişafına mane ola bilər. Çünki təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyindən uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
TRT Nargin adasından film çəkib
Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır - Eksklüziv
“Həmyaşıdlarımı cənab Prezidentə dəstək olmağa çağırıram” – İlin gənci
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Qazaxıstan prezidenti Azərbaycanla bağlanmış müqaviləni təsdiqlədi
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO