Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
Tarix: 14.02.2018 | Saat: 11:05:00
Bölmə:Siyasət Video | çapa göndər

Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.

Süjetdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında önəmli fikirlər səsləndirdiyi bildirilir. 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyevin gördüyü işlərin hər zaman diqqəti cəlb etdiyi vurğulanır. Qeyd edilir ki, ötən 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə edib.

Süjetdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafına böyük önəm verir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, işsizliyin səviyyəsi 5 faizə düşüb. Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, ordusu da güclənib. Müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bir gecədə 2 min hektar ərazini Ermənistanın işğalından azad edib.

Süjetdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində görülən işlər faktlarla diqqətə çatdırılır. Bildirilir ki, ötən 14 il ərzində ölkədə ümumilikdə 12 min 300 kilometr yol çəkilib.

Vurğulanır ki, Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev tarixi mesajlar verib. Dövlət başçısı Azərbaycanın tarixi torpağı, hazırda Ermənistanın paytaxtı olan İrəvana qayıtmağın siyasi və strateji hədəf olduğunu vurğulayıb.

Süjetin sonunda qeyd edilir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağına böyük inam var.(trend)

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
TRT Nargin adasından film çəkib
Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır - Eksklüziv
“Həmyaşıdlarımı cənab Prezidentə dəstək olmağa çağırıram” – İlin gənci
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Qazaxıstan prezidenti Azərbaycanla bağlanmış müqaviləni təsdiqlədi
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO