Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Tarix: 14.02.2018 | Saat: 13:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu gün BMT-nin İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” (MAPS) hesabatı üzrə məsləhətləşmə seminarı keçirilib. Tədbirdə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT strukturlarını təmsil edən, ümumilikdə 50-dək dövlət qurumu və təşkilatların nümayəndələri iştirak edirdi. 

Çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanla BMT-nin "Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri" layihəsi bu ilin sentyabr ayında Bakıda keçiriləcək hökumətlərarası forumda qəbul edilə bilər. Onun sözlərinə görə, Azərbaycanda bu yöndə işlər görülür və tam əminlə demək olar ki, Bakı Prinsipləri sənədi qəbul ediləcək.

S.Həsənova qeyd edib ki, Azərbaycanda görülən işlər nəticəsində yoxsulluğun səviyyəsi 10 dəfə aşağı salınıb. Bu göstəriciyə görə isə respublikamız dünyanın öndə gələn subyektlərindəndir. "Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət yoxsulluğun azalmasında böyük rol oynayıb. 2003-cü il ilə müqayisə etsək görərik ki, hazırda ölkədə işsizlik səviyyəsi 5 faizə qədər azalıb" deyib nazir müavini.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, sentyabrda Azərbaycanla BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində gələcək addımları müzakirə edəcəklər. Onun sözlərinə əsasən, əsas məqsəd prioritetlərin müəyyən edilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün atılmalı olan siyasi addımların müzakirəsidir. "Hesab edirik bu məqsədlərə nail olmaq Azərbaycan cəmiyyətinə müsbət təsirini göstərəcək. Bizim reallaşdırmağı planlaşdırdığımız proqramlar əlilliyi olan şəxslər, qadın və uşaqlar üçün çox vacibdir. Burada söhbət həm şəhər, həm də kənd əhalisindən gedir. Ümumilikdə biz Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik" deyib Q.İshaqzai.

Rezident-əlaqələndiricinin sözlərinə görə, BMT hazırda Azərbaycanda bir sıra layihələr üzrə işləri davam etdirir: “Hazırda bizim əsas məqsədimiz dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda Azərbaycana dəstək göstərməkdir. Biz bu istiqamətdə işi iki il əvvəl başlamışıq və qarşımızda qoyulan hədəflərə çatmaq üçün 13 il var. Bildiyiniz kimi, proqram 2030-cu ilədək planlaşdırılıb və biz bu istiqamətdə işi davam etdirəcəyik”.

Rezident əlaqələndirici onu da bildirib ki, tərəflər davamlı inkişafı təmin edəcək sənəd qəbul etməyə hazırlaşırlar ki, bu region ölkələri üçün yaxşı nümunə ola bilər. "Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir. Bu istiqamətdə doğru məqsədlər və onlara nail olmaq yolları müəyyənləşdirilir", - Q.İshakzai bildirib.

BMTIP-nin Avropa və MDB ölkələri üzrə regional bürosu direktorunun müavini Rastislav Vrbenski deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hesabatını BMT-yə ötən ilin yayında təqdim edib. Eyni forumda ABŞ və Kanada da iştirak edib və öz hesabatları ilə müzakirə platforması yaradıb. Beləliklə, Azərbaycan Amerika kimi ölkə ilə müqayisə səviyyəsinə gəlib çatıb.

R.Vrbenski Azərbaycana 15 il əvvəl gəldiyini və o dövrə nisbətən ölkəmizin sürətlə inkişaf etdiyini bildirib: “Bakının sürətli inkişafı məni təəccübləndirdi. Məhz bu tərəqqi münasibətilə sizi təbrik edirəm. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərindən faydalansa da, öz sələfindən xeyli fərqlənir. Minilliyin İnkişaf Məqsədləri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunub. Lakin Dayanıqlı İnkişaf Məqsədləri daha çox tətbiq olunmağı tələb edir onu gündəliyi dünya əhalisinin 2030-cu ilə qədərki tələblərini əks etdirir. Əgər Minilliyin İnkişaf Məqsədlərində 8 məqsəd və 21 hədəf varsa, Dayanıqlı İnkişaf Məqsədlərində 17 məqsəd və 169 hədəf mövcuddur. Minilliyin İnkişaf Məqsədlərində kənarda qalan əsas suallar Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapıb”.

R.Vrbenski onu da qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri 115-150 milyard dollarlıq büdcəyə malikdir. “Ancaq Dayanıqlı İnkişaf Məqsədləri bu büdcəni qat-qat çoxaltmağa qadirdir və gələcəkdə bu proqramın 12 trilyon gəlir gətirməsi gözlənilir. BMT də bu sahədə proqrama qoşulan ölkələrə öz dəstəyini verəcək. Azərbaycanda özəl sektorlar Dayanıqlı İnkişaf Məqsədlərinin proqramına daxil olan məsələləri maliyyələşdirməkdə xüsusilə seçilir. İstisna etmirik ki, özəl sektor gələcəkdə Dayanıqlı İnkişaf Məqsədlərinə birbaşa yatırımlar edəcək. Artıq sosial sahələrdə də sərmayələr artır. Bir çox təşkilatlar sosial ahəngdarlıq proqramları ilə çıxış edirlər. Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədləri gündəlik proqramlarının müqayisəsi bizim üçün çox çətindir. Ancaq biz Azərbaycanın Dövlət Statistika Komitəsinə arxayınıq ki, onlar bizə şəffaf məlumatlar təqdim edəcəklər. Proqramın tətbiqində bəzi ölkələr kənardan yardımlar gözləyir. Ancaq Azərbaycan nadir ölkələrdəndir ki, dövlət özü məhz bu sahəyə diqqət ayırdı. BMT proqram səviyyəsində dünya ölkələrini 30-a yaxın missiyanın tətbiqinə səsləyir. Hansı ki, Azərbaycan bu ölkələrin önündə dayanır” deyən BMT rəsmisi əlavə edib ki, artıq Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan, Qazaxıstan, Moldova və Ermənistana səfərlər ediblər. İlin sonunda isə Türkiyə, Serbiya və sair ölkələr onlara qoşulacaq. “Azərbaycan hökumətini təbrik edirəm. Çünki hökumət Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində öz xalqı üçün yaxşı işlər görüb və Dayanıqlı İnkişaf Məqsədlərinin milli tələblərə uyğunlaşdırılmasını təmin edə bilib” deyib R.Vrbenski.

UNDP-nin baş məsləhətçisi və MAPS hesabatının baş müəllifi Ben Sley isə deyib ki, Azərbaycanın neft-qaz ehtiyatlarından qənaətlə istifadə etməsi önəmlidir: “Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, bu, tükənməz deyil. Hesablamalarımıza görə, Azərbaycanın proqnozlaşdırılan xam neft ehtiyatları 23 il ərzində kifayət edə bilər. Ekoloji vəziyyəti qorumaq və ehtiyatları qorumaq üçün alternativ enerji mənbələrinə qoyulan investisiyalar artırılmalıdır. Əgər bu sahəyə investisiyalar qoyularsa və istifadə genişlənərsə, Azərbaycan qaz ixracından gəlirləri də artıra bilər. Proqnozlaşdırılan qaz ehtiyatlarına əsasən apardığımız hesabatlara görə, Azərbaycan qaz ixracından orta hesabla 44 milyard dollar gəlir əldə edəcək. Əgər yaşıl layihə dediyimiz alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilsə, ixraca yönələn təbii qazın həcmi də artacaq və 2078-ci ilə qədər bu yönümlü ixracdan 99 milyard dollar gəlir əldə edəcək".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
TRT Nargin adasından film çəkib
Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır - Eksklüziv
“Həmyaşıdlarımı cənab Prezidentə dəstək olmağa çağırıram” – İlin gənci
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Qazaxıstan prezidenti Azərbaycanla bağlanmış müqaviləni təsdiqlədi
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO