Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
MSK-nın növbəti iclası keçirilib
Tarix: 14.02.2018 | Saat: 16:42:00
Bölmə:Siyasət | çapa göndər

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib.

Hafta.az-ın verdiyi məlumata görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında gündəlikdə duran məsələlərə baxılıb.

Daha sonra MSK katibi Arifə Muxtarovaya söz verilib.

Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə edilib. Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018