Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
7 manatlıq qızılgül, 540 manatlıq şam yeməyi – “Sevgililər günü menyusu”
Tarix: 14.02.2018 | Saat: 17:30:00
Bölmə:Reportaj | çapa göndər

14 fevral kiminə görə sadəcə rahib Valentinin öldürüldüyü tarix, əksəriyyət üçün isə sevgililər günüdür. Bu tarix 20 ildən artıqdır ki, Azərbaycanda da sevgililər günü kimi qeyd edilir. Bu günün önəmi gül bazarına, hədiyyə mağazalarına da təsirsiz ötüşmür. Hafta.az-ın obyektivini ilk olaraq gül mağazalarına çevirdik. Tək və buket güllərin qiymətini maraqlandıq.

Ən ucuz gül 7 manat...

Paytaxtdakı “Flover” gül mağazasında bir ədəd qızıl gülün qiyməti 7 manatdan başlayır. Satıcılardan öncə alıcılara yaxınlaşdıq. Dedilər ki, adi günlərlə müqayisədə 2 manat fərq yaranıb və qiymətlər təxminən 35 faiz qalxıb. Satıcılar isə günahı onlarda axtarmamağı məsləhət gördülər. Satıcı Emil Əliyev deyir ki, bahalaşmaya səbəb güllərin topdansatış məntəqələridir:
“Biz topdansatış mağazalarından alırıq. Adi günlərdə 4 manata alıb, 5 manata satırıq. Söhbət tək güllərdən gedir. Ayın 13-dən qiymətlər qalxdı. İndi 6 manata biz alırıq. 7 manata isə satırıq. Üstəlik, xaricdən gələn qızılgüllər daha bahadır. Onların qiyməti  8-12 manat arasında dəyişir”.

Həmsöhbətimizdən buket qızılgüllərin qiymətlərini soruşduq. Söylədi ki, buketlər pullu və ya pulsuz olmaqla iki yerə ayrılır. Əgər alıcı 40-50 manatdan yuxarı qiymətə olan buketlər bağlatdırırsa, onu pulsuz hazırlayırlar. Yox, əgər 35 manata  qədərdirsə, onda 22 manat bağlamaq haqqı alınır.

Satıcılardan qərənfillərin qiymətini soruşduq. Söylədilər ki, bir ədədi alıcıya 1 manat 20 qəpiyə təklif olunur. Başqa güllər – Hollandiya zambaqları və “fülle”ləri isə tək-tək on beş-iyirmi manata, buketlə isə 45-55 manata satılır. Üstəlik buket bağlatdırmaq alıcıya 2-3 manata başa gəlir. Bəzi mağazalarda isə bu prosedur qiymətlərə daxil deyil.

Mağazaların birində isə alıcı ilə satıcı arasında maraqlı bir dialoqun şahidi olduq. Tək qızıl gül alıb aparan müştəri on beş dəqiqədən sonra geri qayıtmışdı. İddia edirdi ki, satıcı ona köhnə gül verib. Alıcı bunu əlindəki gülün gödək olması, saplağının kəsilməsi ilə izah edirdi. Satıcı isə alıcısının iddiasını qətiyyətlə inkar etməyə çalışırdı:

- Qardaş kimi aldadırsan, gül saplaqdan qurumağa başlayır. Üz qatı soyulur, ona görə də kəsirsiniz.

- Xeyr, mallar bu gün gəlib. Səhər tezdən götürmüşük.

Sonradan alıcının haqlı olduğu üzə çıxdı və yerinə təzə qızılgül alıb apardı. Həmin satıcı ilə söhbətləşdik. Söylədi ki, bayram günü olmasına baxmayaraq, alveri zəifdir. Çünki otuz-qırx metr məsafədə üç-dörd gül köşkləri var. Bu da onun bazarına təsir edir. Hətta bayram günü topdan-satış nöqtəsindən 80 ədəd gül sifariş verməsinə baxmayaraq, günortaya qədər cəmi 12 ədəd qızılgül sata bilib:

“Alver yoxdur, əvvəlki illərlə müqayisədə bazar demək olar ki, ölüb. Əvvəl ucuzluq idi, hamı çıxışdırıb gül də alırdı, hədiyyə də. İndi gül alan ancaq tələbə sevgililərdir. Evlilər isə qab-qaşıq, evin çatışmayan əşyalarını hədiyyə kimi alıb sevgililərinin bayramını təbrik edirlər”.

Hədiyyə dükanlarında durum...

Hədiyyə dükanlarına baş çəkirik. Alıcıların sevgililər günündə daha çox hansı hədiyyələrə üstünlük verdiklərini soruşuruq. Bir neçə hədiyyə dükanında fərqli qiymətlər nəzərə çarpır. Onların orta qiymətini çıxarmaq da demək olar ki, qeyri-mümkündür. Belə ki, satıcılar ən çox ətirlərin özünə müştəri “tapdığını” deyir. Ətirlərin isə qiyməti 15 manatla 350 manat arasında dəyişir. Hədiyyə kimi qablaşdırılması isə ucuz ətirlərdə 2 manat, bahalı ətirlərdə isə 5-10 manatdır. İran və Səudiyyə Ərəbistanından gətirilən ətirlərin qabda qiyməti 5-40 manat arasında var-gəl edirsə, fransız və italyan ətirlərinin qiyməti 150-350 manat arasında dəyişir. Satıcıların sözlərinə görə, qadınlar üçün suvinirlər alanların sayı son illər azalıb. Müştərilərin seçim edərkən daha çox ətirlərin üzərində dayandıqlarını qeyd edirlər. Qadın müştərilər isə öz partnyorları üçün daha çox saat və ətir aldıqlarını öyərinirik. Bu da onların büdcəsindən asılı olaraq 15-1000 manat arasında dəyişir.

Restoranların “sevgililər günü menyusu”...

14 fevralda müştəri çoxluğundan məmnun qalan digər sahə restoran və kafe şəbəkələridir. Paytaxtın mərkəzində bir sıra restoranlarda sevgililər günü menyusunun olub-olmaması ilə maraqlandıq.

Fairmont Baku, Flame Tovers “Alov” və “Bistro” restoranlarına baş çəkirik. Özümüzü qabacadan yer sifariş vermək istəyən müştəri kimi təqdim edib qiymətlərlə maraqlanırıq. Adıçəkilən məkanda sevgililər üçün ikinəfərlik masada fransız mətbəxinin üç yemək və təamlarını müştərilərə təqdim edilir. Menyunun ilk sırasında marinə edilmiş (xüsusi üsulla çəkilmiş –red. ) ənginarlardan və tuna balığının can ətindən salat və ratatuy təqdim edilir. Bundan başqa soğan-krem şorbası da müştərilərin istəklərinə uyğun olaraq sifariş verilə bilər. Souslu göbələk, kartof əzməsi və mal ətinin sinə hissəsi (ikinəfərlik) 14 fevral menyusunun adıçəkilən yeməyidir. Təbii ki, adıçəkilən restoranda. Bu şam yeməyinin bir nəfər üçün qiyməti 69 manatdır. İki nəfər üçün isə 138 manat təşkil edir. Spirtli içkilərin qiyməti buraya daxil deyil. Təbii ki, qiymətlərlə razılaşmayıb məkandan uzaqlaşırıq.

Paytaxtın “Shani” şərab restoranı da 14 fevral menyusunda sevgililər üçün xüsusi menyular hazırlayıb. Təbii ki, endirimlərdən söhbət belə gedə bilməz. Restoran hind toyuğundan qovurma, azacıq duzlanmış qızıl balıq və göyərti içliyi olan lavaşdan burmalar olan “toskana” qarışıq yemək dəsti və qızardılmış çörək üzərində  Filodelfiya üzərində qızılbalıq təamlarını müştərilərə təqdim edir. Menyudakı yeməklərin qiyməti standartdır. Seçimə görə qiymətləri dəyişmir. Qiymət ikinəfərlik 149 manatdır. Şərab almaq mütləqdir və şərabın qiyməti menyuya daxil deyil. “Mərci Baku” və”Zoğal” restoranlarında isə “Valentin day” masalarının qiyməti 70 manatdan başlayır. Hətta 540 manata qədər menyuların qiyməti dəyişə bilər.

Biz qiymətləri təqdim etdik. Seçim isə sizin öhdənizə düşür, əziz sevgililər. Elə edin ki, yandırılan Valentinin ruhunu gorda da yandırmayasınız. İstəklərinizi cibinizə görə uzadın ki, 14 fevraldan sonra da tərəf müqabillərinizlə görüş təyin etməyə - ən azından şorba içməyə pulunuz olsun. Sevgililər gününüz mübarək!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018