Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkəmizə qara yaxanların gözlərinin altındakı şişi hər kəs görəcək” – Millət vəkili
Tarix: 14.02.2018 | Saat: 17:18:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı.

Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Həmin şəxsi uzun müddət idi ki, Azərbaycanla bağlı çirkli pulların yuyulmasında ittiham edirdilər. Bu gün haqq-ədalət öz yerini tutdu. Luka Volonte bəraət aldı. Uzun müddət erməni lobbisi həmin şəxsin həbsi, "çirkli pulla əlaqəsi" məsələsi üçün dəridən-qabıqdan çıxdı. Lukanın bəraət alması ölkəmizə qarayaxma kampaniyaları aparanlar üçün dərs olacaqmı?

Millət vəkili Sahib Alıyev hafta.az-a açıqlamasında deyib ki, təəssüf ki, bu cür çirkin oyunlar təşkil edib Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara heç bir təsir göstərməyəcək:

“Yox olmayacaq. Çünki söhbət  qarayaxanlardan, yəni bilərəkdən yalan və böhtana əl atanlardan gedir. Onlar bu məsələyə qədər də eyni fəaliyyətlə məşğul idilər, indən sonra da olacaqlar. Ancaq bu zaman “gözlərinin altındakı şişi” də hər kəs görəcək. Bu şiş Milan məhkəməsinin qərarlyla endirilən zərbədən yaranıb və o hələ uzun zaman  oradan çəkilməyəyərək kim olduqlarını, nəyin üstündə belə bit zərbə “yediklərini” hər kəsə xatırladacaq”.

Millət vəkili qeyd edib ki, Milan Məhkəməsinin qərarı Azərbaycan adına uğur kimi qiymətləndirilməlidir:

“Əgər nəzərə alsaq ki, hədəf Luka Volentedən çox bizim ölkəmiz idi. Həmin qara yaxanların arxasında sadəcə erməni lobbisi dayanmırdı. Eyni zamanda, Qərbdə də məhkəmələr heç də həmişə təqdim edildiyi kimi obyektiv olmurlar. Bəli, Milan Məhkəməsinin qərarı Azərbaycan adına uğur kimi qiymətləndirilməlidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2018
27.05.2018
26.05.2018