Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dilənçinin cibindən 6 milyon çıxdı - GÜNÜN TƏZADLARI
Tarix: 14.02.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

İsveçdə cibində külli miqdarda pul olan dilənçi saxlanıldı. Hafta.az yazır ki, bu haqda Rusiyanın “Sputnik” nəşri xəbər yayıb. Təzadlı olay Uppsala şəhərində baş verib. Aqressiv davranış nümayiş etdirən bir dilənçi polislərin diqqətini çəkib. Asayiş keşikçiləri dilənçini yaxaladıqda, onun üzərində 6 milyon kron (təxminən, 741 min dollar) olduğu bilinib. Polisin sözlərinə görə, dilənçi saxlanılarkən onun cibindən pullar düşməyə başlayıb.

Xəbərdə qeyd edilir ki, İsveçdə dilənçilik problemi kəskin həddə çatıb. Cəmiyyətdə dilənçiliyə qadağa qoyulması barədə qanunun geniş müzakirəsi aparılır.


Azərbaycan Əfqanıstan Veteranları Birliyinin sədri dələduzluqda suçlandı


Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin (ƏVİB) sədri və müavini hakim qarşısına çıxarıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və 1961-ci il təvəllüdlü Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhəmməd Vəliyev ƏVİB sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.
Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər. Təqsirləndirilən şəxslərin hər ikisi ev dustaqlığındadır. Məhkəmə baxış iclasına təyin edilib. Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır. Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.
Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. Bundan başqa məsələnin araşdırılması üçün Baş Prokurorluğa və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə eyni məktub göndərilib.


Suraxanıda silahlı narkobaron saxlanıldı


Suraxanı Rayon Polis İdarəsi 30-cu bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirildi. Hafta.az-ın yazdığına görə, bu haqda DİN Mətbuat xidməti məlumat yayıb. Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polis tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Prezident dövlətə xəyanət işi üzrə dindiriləcək


Ukrayna prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunan keçmiş dövlət başçısı Viktor Yanukoviçin işi üzrə şahid qismində dindiriləcək. Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dindirilmə gələn həftə baş tutacaq. Prokurorun sözlərinə görə, gələn həftədən etibarən ittiham tərəfinin şahidlərinin dindirilməsi başa çatacaq və qarşı tərəfin sorğusuna başlanılacaq. Qeyd edək ki, daha əvvəl bu iş üzrə Ali Radanın spikeri, keçmiş baş nazir və Daxili İşlər naziri, hərbi dəniz qüvvələrinin komandiri də dindirilib.

 

Rusiyada 200 məktəb bağlandı


Rusiyanın Saratov vilayətində qrip virusunun yayılması ilə əlaqədar məktəblər 10 gün müddətinə bağlandı. Hafta.az-ın “Region-64” kanalına istinadla verdiyi xəbərə görə, fevralın 14-dən məktəblərdə dərslər dayandırılacaq. Ümumilikdə vilayət ərazisində 207 orta məktəbin və 3 məktəbəqədər təhsil müəssisəsinin bağlandığı bildirilir. Məktəblərin fevralın 26-ı işini bərpa edəcəyi gözlənilir.
Vilayətin səhiyyə qurumları qrip epidemiyası ilə əlaqədar sakinlərə açıq havada maska ilə gəzmək məsləhət görülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018