Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vətənini sevən hər bir azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır
Tarix: 14.02.2018 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Rayon icra hakimiyyətindən hafta.az-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi ilə birgə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə rayondakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilib və onun əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət öz vəzifələrini yerinə yetirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir: “Bizim qarşımızda duran əsas məsələ müstəqil respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır.
Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan rayonumuzun gəncləri də həmişə ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdiriblər”.

İlqar Abbasov deyib ki, Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi zamanı Suraxanı rayonundan olan 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olub. 2016-cı il aprelin 2-də Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi. Ordumuzun əks həmləsi nəticəsində qısa müddət ərzində ciddi tələfat verən erməni hərbi birləşmələri geri çəkildilər. Bu qəhrəman oğullarımızın hamısının Milli Ordumuza yolu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən başlayıb. Ötən altı il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda, Xidmətin Suraxanı rayon idarəsi ilə səmərəli işgüzar münasibətlər qurulub. Hər il olduğu kimi, ötən il də təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınması və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına münasibətilə tədbirlər keçirilib. Bu istiqamətdə birgə tədbirlər gələcəkdə də davam etdiriləcək.

ıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəis müavini Vüsal Həsənov, rayon polis idarəsinin rəisi Namiq Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları təşkilatının Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, rayon Ağsaqqallar Şurasının nəzarət-təftiş komissiyasının sədri Müseyib Bağırov çıxış edərək Xidmətin altı illik uğurlu fəaliyyətindən danışıb, təbriklərini çatdırıblar.
Sonda qurumun Suraxanı rayon idarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşı fəxri fərmanlarla təltif edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018