Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
Tarix: 15.02.2018 | Saat: 11:03:00
Bölmə:Dünya | çapa göndər

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (International Institute of Strategic Studies) yayımladığı “Hərbi balans 2018” (The Military Balance 2018) adlı illik hesabatında xəbərdarlıq edilir ki, böyük güclər arasında müharibə qaçılmaz olmasa da, Vashinqton, Moskva və Pekin indi sistematik olaraq mümkün münaqişəyə hazırlaşırlar.

Maraqlıdır ki, hesabatda ABŞ və müəyyən mənada Rusiyanın dünyanı müharibə meydanına çevirməsinə zərrə qədər toxunulmasa da, Çinin əsas hərbi arsenalını genişləndirməsi faciəvi şəkildə qabardılır.

Məsələn, Çin hərbi hava qüvvələrində ən önəmli silah “Chengdu J-20” döyüş təyyarəsi göstərilir və hesab olunur ki, 2020-ci ildə istismara buraxılacaq bu təyyarə ABŞ-ın "görünməz" (stealth) təyyarələrin istehsalçısı kimi monopoliyasına son qoyacaq. Üstəlik, Çinin mənzili artırılmış PL-15 səma-səma raket sistemlərindən də söhbət gedir. Bu raket sisteminin elektron baxımından təkmil olan radarları olacaq. Belə bir silah çox az ölkənin arsenalında var.

Hesabatda qeyd edilir ki, Çin hərbi dəniz donanmasının təkmilləşdirilməsi sahəsində də çox işlər görə bilib. Məsələn, Çin 15 illik hərbi quruculuq proqramı çərçivəsində Yaponiya, Hindistan və Cənubi Koreyanın birlikdə istehsal etdiyindən daha çox keşikçi gəmiləri, eskadra minadaşıyanları, sualtı qayıqları tikib. Təkcə son dörd ildə tikilmiş yeni döyüş gəmilərinin ümumi tonnajı bütün Fransa dəniz donanmasındakı gəmilərdən əhəmiyyətli həcmdə çoxdur. O cümlədən, Çinin yeni tipli “Type-055” kreyserini istifadəyə verməsi, onun dəniz donanmasının uzaqlarda, o cümlədən Avropa sahillərində artan qüdrətindən xəbər verir. Çinin Cibuti, Afrika buynuzundakı bazası da bu ölkəyə uzaq məsafələrdə missiyalarını həyata keçirmək imkanı verəcək.

Əlbəttə, hesabatda Rusiyaya da azca toxunulur. Deyilir ki, vəsait çatışmazlığı üzündən hərbi arsenalını artırma sürəti azalan Rusiya əvəzində Ukrayna torpaqlarında müəyyən üstünlük əldə edib. Amma Moskva Çin qədər uğurlar əldə etməyib.
Hesabatda o da vurğulanır ki, Çin hərbi sahədə tam hegemona çevrilmək üçün həm də özünün təlim, doktrina və taktika sahələrini inkişaf etdirməli olacaq. Hansı ki, bu da Pekin üçün çətin görünmür.

Sabancı Universiteti nəzdində İstanbul Siyasi Mərkəzindən doktor Altay Atlı Çin prezidenti Xi Jinpingin Davosda keçirilmiş Beynəlxalq İqtisadi Forumda etdiyi çıxışdan sitat gətirir: “Qloballaşmadan söz açan cənab Xi ölkəsinin iqtisadi inkişafından qürurla danışdı. O, Çin iqtisadiyyatını sürətlə şütüyən qatara bənzətdi və dedi ki, digər ölkələrin xalqlarının da bu qatara minmələrini gözləyirlər”.

A.Atlı deyir ki, BVF-nin qeydləri də Çinin inkişafının necə sürətli olduğunu təsdiqləyir. “Bir il əvvəl Çin təxminən 12 trilyon dollarlıq ÜDM istehsalı ilə ABŞ-dan sonra dünyada ikinci ölkə səviyyəsinə yüksəldi. Həmin il Çin 6,7 faiz inkişaf sürətini qeyd etdiyi halda, bu göstərici ABŞ-da cəmi 1,7, Avropa İttifaqında isə 1,6 faiz idi. Alım gücünə görə isə Çin ABŞ-dan da üstün vəziyyətdədir. Hesabata görə, Çin 2050-ci ilədək 61 trilyon dollarlıq iqtisadi qüdrətə sahib olacaq ki, o vaxt ABŞ-ın ÜDM istehsalı cəmi 41 trilyon dollarla məhdudlaşacaq. Əlbəttə, belə böyük iqtisadi imkanlar onun hərbi sektoruna da müsbət təsirini göstərəcək” deyir A.Atlı.

Yeri gəlmişkən, Stokholm Beynəlxalq sülh Araşdırmaları İnstitutunun rəyinə görə. əslində, Çin onsuz da ABŞ-dan sonra ikinci böyük hərbi büdcəyə sahibdir. Rəsmi məlumatlara əsasən, Çinin hərbi xərcləri 220 milyard dollardan yüksəkdir (ABŞ-ın hərbi büdcəsi isə 600 milyard dollar civarındadır – V.T.). Bu qədər pulla Pekin hökuməti dünyanın ən böyük ordusu olan Çin hərbi qüvvələrinin silah-sursat təchizatını və döyüş qabiliyyətini müasirləşdirməkdədir.

Bu gün Çin sahillərinin təhlükəsizliyini gücləndirmək üçün 90 faizinə nəzarət etdiyi Cənubi Çin dənizində süni adalar yaradır və onların üzərində hərbi istehkamlar, hətta mülki təsisatlar tikir. Amma bütün bunlara baxmayaraq Çinin hələ bir təyyarədaşıyan gəmisi mövcuddur. ABŞ isə 11 təyyarədaşıyan gəmisinin olmasına baxmayaraq heç də sözügedən hesabatda dünya üçün təhlükə hesab olunmur…

Əhalisinin sayı təxminən 1,4 milyard nəfərə çatan Çin dövləti səfərbərlik zamanı 750 milyon döyüşçü toplaya bilər. Hazırda orduda aktiv hərbçilərinin sayı 2,4 milyon nəfərdir. Qeyri dəqiq məlumatlara əsasən zirehli döyüş maşınlarının sayı 6 min, tanklarının sayı 7 min, döyüş təyyarələrinin sayı isə 3 min götürüülr.

Qərb institutları haqqında söz açdığımız hesabatın timsalında Çinin inkişafını nə qədər dünyaya təhlükə hesab etsələr də, yenə də Çinin qazandığı hərbi uğurlardan bəzilərini oxucularımızın diqqətinə çatdırmaq istərdim.

Yeri gəlmişkən, hesabatda Çinin arsenalındakı bəzi silahlar məhz “təhlükənin” miqyasını artırıb. Bunlar aşağıdakılardır:

“Dark Sword Drone” – 2006-cı ildən yaradılması üzərində iş aparılan insansız uçuş aparatları. Onun layihələndirməsi üzərində işlər o qəədr gizli aparılır ki, heç kimin zərrə qədər məlumatı yoxdur. Olduqca sürətli motoru olduğu düşünülən “Dark Sword Drone” hətta Çin sahillərini əhatə edən Sarı dənizi də nəzarətdə saxlamaq imkanındadır. Bu arada qeyd edək ki, Pekin ölkə ərazisində bu silahların yerləşdirildiyi 11 baza tikəcəyini açıqlamışdı.

“Pterodactyl I” – Çinin hərbi arsenalında mövcud olan bu insansız hava vasitələri səmada uzunmüddətli keşik çəkmək iqtidarındadırlar.

“Soaring Dragon” – Bu da başqa bir növ pilotsuz uçan vasitədir və ABŞ-dakı “RQ-4 Global Hawk” hava vasitələrinin eynisidir. Bu hava aparatları dəniz üzərində uzun müddət uaraq keşik çəkmək üçün layihələndirlib.

“J-20” kabus təyyarəsi - Çinin yerli istehsalı olan bu təyyarələr radar siqnallarının istiqamətini dəyişən zirehə və gövdəsinin içində yerləşən bomba yuvalarına sahibdir.

Qeyd edək ki, bu təyyarənin motorun gücü və bir sıra elektron xidmətləri müasirləşdirilən J-31 kimi daha üstün versiyaları da hazırlanır. Onlar hətta təyyarədaşıyan gəmilərə sərbəst enib qalxma kimi üstünlüklərə malikdirlər.

“DF-21D” ballistik raketləri – Ballistik raketlər düşmən qüvvəsi tərəfindən məhv edilə bilsə də, Çin istehsalı olan bu raketlər həmin qrupa aid deyil. Hətta xatırlayısınızsa, 2010-cu ilin dekabrında “Dongfeng 21 D” Sakit okenda ABŞ dəniz qüvvələrini təşvişə salmışdı. Atmosferin kosmik qatına çatandan sonra yerə doğru saatda 4800 kilometrlik sürətlə hərəkət edən bu raket hədəfi təxminən 600 kiloqramlıq partlayıcı yüklənmiş başlıqla vurur. ABŞ-da bu raketləri “Gəmi ovçusu” adlandırırlar.

“Shenlong” kosmik təyyarəsi - Tiengong-1 kosmik bazasının tikintisinə davam edən Çin, eyni zamanda Ayda baza yaratmaq proqramı da icra edir. Çinin bu gün üzərinde çalışdığı bu kosmik gəmi ABŞ-ın süper gizli vəzifələri yerinə yetirən insansız kosmik gəmisi olan X-37B-nin fəqrli formasıdır.

“Zheng He” – Bu gəmilər dəniz sularında mütləq hakimiyyəti təmin edəcək vasitədir. 128 uzaq mənzilli raket daşıya bilən bu gəmilər, eyni zamanda 130 mm-lik toplarla da təchiz olunublar.

H/PJ-38 topları - Bu toplar müdafiə və hücum silahları növünə aiddir. H/PJ-38-lərdə 30 kilometr məsafədəki obyekti 90 kiloqramlıq mərmilərlə dəqiq vuran toplar quraşdırılıb. Düşmən gəmilərini çox uzaqdan ovlamaq qabiliyyətinə malikdir.

Holografik yerüstü nəzarət bazaları – 2014-cü ildə dövriyyəyə daxil olan bu sistem quru və dəniz ordularının taktiki əməliyyatlarını asanlıqla həyata keçirməyə imkan verir. Dünyanın tən yarısını bu bazadan nəzarətdə saxlamaq mümkündür.

“Planaf 3B” – Yerdən havaya doğru təyyarələri nəzarətdə saxlayan bu system müharibə şəraitində böyük üstünlük verir. Bunun üçün hücum təyyarələrinin çoxunda pilota ehtiyac qalmır. Siberhücumların da qarşısını almaq olur.

“Tiangong 3” – kosmik stansiya olan “Tiangong 3” quru, hava və dəniz ordularının apardığı əməliyyatlara eyni vaxtda nəzarət etmək imkanı yaradır.

“ZH-05” özüidarə olunan yüngül silahlar – Xüsusilə gözlə görünməyən düşmənləri ovlamaq üçün əla vasitədir. Optik və elektronik vasitələrlə təchiz edilib, 5.8 mm kalibrlik güllə və əl qumbaraları atır.

“ZTZ-99A” ağır tank birlikləri – Bunlar Çin ordusunun quruda ən güclü müdafiə və hücum silahları sayılır. 125 mm zirehi parçalayan topları var. Hələlik, dünyada “ZTZ-99A”dan daha güclü zirehi olan tank mövcud deyil.

“Thunderstorm” helikopterləri – Müasir helikopterlər arasında ən çevik və sürətli döyüş vasitələrindən biri olan “Z-10 Thunderstorm” 23 mm kalibrlik toplara malikdir. Saniyədə 600-ə yaxın mərmi ata bilir. Qurudan və dənizdən havaya qalxır.

“Soaring Dragon” (“Süzülən Əjdəha”) – uzun mənzillərə uçan bu pilotsuz hava vasitələri radarlara da tuş gəlmir. İşi məlumat toplamaq, kəşflərdir.

“Stonefish” ballistik raketləri – Olduqca uzun məsafəyə uçurlar və dağıdıcı gücü həddən böyük olur.

“Quadcopter döyüşçülər” – Bu dronlar Çin ordusunun ən dağıdıcı güclərindən hesab edilir. Hava hücumlarından sonra vurulmuş əraziyə göndərilir və qalan nə varsa hamısını məhv edirlər. Bundan sonra tanklar və piyadalar hücuma keçir.

“Y-20” karqo təyyarələri – 4 qırıcı motoru olan bu təyyarələrlə eyni vaxtda 5 tank və 50-dən artıq əsgəri daşımaq mümkündür.

“Liaoning” təyyarədaşıyanı – Hər cür raketlərlə təchiz olunan bu gəmi 305 metr uzunluqda, 75 metr enindədir. Üzərindəki meydançada 40 təyyarə dayanır.

“Uçan köpək balıqları” - J-15 “Flaying Sharks” radarlarla görünməyən raketlər daşıyır. Bu raketlər radan stansiyalarını məhv edə bilir. Havadan havaya və havadan dənizə raket atan bu qırıcılar dayandırmaq mümkün deyil. Əlavə olaraq iki ədəd də YJ-12 supersonik raket (səsdən 3 dəfə sürətli və Çinin ən ölümcül silahlarından sayılır) də daşıyırlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.06.2018
22.06.2018
21.06.2018
“Mədəniyyət Günlərinin açılışında müştərək filmin çəkilişinə dair saziş imzalanacaq” - Əsgər Farsi
Pambıq tarlalarındakı zəhərlənmə ilə bağlı vəzifəli şəxslər həbs edildi - RƏSMİ
«26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilib
Sahil Babayev Şirvanda vətəndaşları qəbul edib
Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib - Zakir Həsənov
Əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir
Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə fleşmob - VİDEO
MM-in növbədənkənar sessiyada son iclasının gündəliyi müəyyənləşib
Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi qeyd olunub
Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb