Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
Tarix: 15.02.2018 | Saat: 16:16:00
Bölmə:Müsahibə | çapa göndər

İki gün öncə Milan Məhkəməsində 2 ildən çoxdur, şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı.

Bir çox azərbaycanlı ekspert bu hadisəni həm də Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirir. Millət vəkili Məlahət İbrahimqızı da hafta.az-a müsahibəsində bildirib ki, bu cür addımlar ölkəmizin dünya miqyasındakı imicini pozmaq, korlamaq məqsədi daşıyır.

-Məlahət xanım, iki gün öncə Milan Məhkəməsində məlum proses başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Bunu həm də Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirmək olarmı?

-Avropanın böhtan kampaniyasının qurbanına çevrilmiş Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi həm də ermənilərin və ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhd idi. Ölkəmizin dünya miqyasındakı imicini pozmaq, korlamaq məqsədi güdürdü. Milan məhkəməsinin Luka Volonte haqqında çıxardığı bəraət hökmü həm də Azərbaycan diplomatiyasının qələbəsidir. Avropada qanunun aliliyinin təntənəsidir. Torpaqlarımızın Ermənistan tərəfindən işğalından sonra ölkəmizə qarşı uzun illərdir ki, müxtəlif formalarda qarayaxma kampaniyaları aparılır. Bu da səbəsiz deyil. Azərbaycanın dünyada – beynəlxalq təşkilatlarda, nüfuzlu Qərb qurumlarında yüksələn mövqeyi erməni lobbisini, bəzi dairələri narahat edir. Möhtərəm prezidentimizin mötəbər təşkilatlarda ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğalı və Serj Sarkisyan rejiminin törətdiyi cinayət əməllərinin ifşası  ilə bağlı çıxışlarından sonra çox gözəl nəticələr əldə olunub. Artıq bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi tanıyır. Bundan başqa neçə illərdir ki, Xocalı soyqırımı ilə bağlı dünyanın bir çox ölkələrində aparılan kampaniyaların nəticəsində Serj Sarkisyanın müəllifi olduğu bu soyqırım ən yumşaq halda insanlığa qarşı cinayət kimi qəbul edilir.  Bir sıra ölkələrdə, o cümlədən, Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarında bu soyqırım faktı kimi tanınır. Ermənistan və onların havadarları bundan qorxuya düşüblər. Narahatlıq keçirirlər. Ona görə də “Luka Volonte işi” kimi qarayaxma kampaniyalarına əl atırlar.

-Erməniləri və onların havadarlarını ölkəmizə qarşı qarayaxma kampaniyalarına sövq edən hansı amillərdir?

-Bu gün Azərbaycan bir sıra beynəlxalq layihələrin əsas iştirakçılarındandır. Ölkəmiz Avropanın enerji təminatında, neft –qaz projelərində, qədim İpək yolunun bərpası kimi layihələrdə öndə gedən ölkələrdəndir. Bunu bir müddət öncə Davosda keçirilən iqtisadi forum da göstərdi. Ermənilər və Ermənistanı dəstəkləyən qüvvələr bilirlər ki, gec-tez beynəlxalq qüvvələr onlardan bu işğala son qoymağı  tələb edəcək. Çünki münaqişənin həlli uzandıqca beynəlxalq təşkilatların özləri də nüfuzdan düşürlər. Ermənistanın işğal etdiyi torpaqlardan çıxması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri var. 25 ildir ki, işğalçı ölkə Birləşmiş Millətlər Təşkilatının bu qətnamələrini yerinə yetirmir. Həmin sənəddə qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Avropa Parlamentinin, Avropa Komissiyasının, Avropa Birliyinin, ATƏT-in, NATO-nun, İslam Konfransı Təşkilatının – bütün təşkilatların qəbul etdiyi sənədlər, qərarların hamısında Ermənistan işğalçı ölkə kimi tanınır. İrəvandakı hərbi-siyasi rejim yaxşı başa düşür ki, beynəlxalq təşkilatlar xalqların gözündə nüfuzdan düşməmək üçün Ermənistandan işğal etdikləri əraziləri boşaltmağı tələb edəcəklər. Çünki artıq bir sıra beynəlxalq təşkilatlar qətiyyət nümayiş etdirmədikləri üçün nüfuzdan düşüblər. Buna görə də həmin qurumlar Azərbaycanın haqq işində ölkəmizə yardım etmək məcburiyyətində qalacaqlar. Bütün bunlar da Ermənistanı və erməni lobbisini, onların havadarlarını Azərbaycana qarşı qarayaxma kampaniyalarına sövq edir. Milan məhkəməsi isə irəli sürülən ittihamların tamamilə əsassız olduğunu göstərdi. Bununla da məhkəmə işi bağlandı. Bu həqiqətən də Azərbaycan diplomatiyasının, möhtərəm prezidentin apardığı siyasətin qələbəsidir. Bu mənada ermənilərin ölkəmizə qarşı apardığı anti-Azərbaycan, anti-türk təbliğatının iflasa uğraması deməkdir.

- Luka Volonteyə Milan məhkəməsinin bəraət verməsini diplomatiyamızın uğuru kimi qiymətləndirdiniz. Gələcəkdə də Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına qarşı bu cür uğurlarımızın ardını gətirə biləcəyikmi?

-Əlbəttə, gətirəcəyik. Əgər tarixə nəzər salsaq, biz on beş-iyirmi il əvvəl müdafiə mövqeyində idik. Bizə qarşı başlanan hücumları dəf edirdik. Artıq Azərbaycan diplomatiyası hücum taktikasını seçib. Diplomatiya təkcə siyasətlə yekunlaşmır; mədəniyyət diplomatiyası var. İdman, turizm, xalq, hərb diplomatiyaları mövcuddur. Bunlar bütöv diplomatiyanın elementləridir. Artıq bütöv bir konsepsiya formalaşıb. Bu da öz bəhrəsini verməyə başlayıb. Məsələn, Azərbaycan son illərdə beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edir. Dövlətimizə qarşı anti-Azərbaycan təbliğatı aparan ermənipərəst qüvvələr  ölkəmizə təşrif buyuranda bizim xalqın qonaqpərvərliyinə, multikultural dəyərlərinə hörmətlə yanaşmağa başlayırlar. Qonaqpərvərliyimizi görürlər. Hazırda Avropada irqi ayrıseçkilik, neofaşist dəyərlər formalaşıb. Amma avropalılar mədəniyyət proqramları, beynəlxalq idman yarışları çərçivəsində ölkəmizə təşrif buyuranda görürlər ki, Azərbaycanda həm də dünyanın qlobal layihələrin, humanitar forumların mərkəzidir. Bakı-Tiflis-Ceyhan, TANAP, TAP kimi layihələrdə təmsil olunan dövlətləri Azərbaycana bağlayır. Bu möhtərəm prezidentin apardığı uğurlu siyasətin nəticəsidir. 

 - Yəqin ki, müşahidə etmisiniz, son zamanlar Ermənistanda Azərbaycan xofu artmağa başlayıb. Bunun kökündə nə dayanır?

- Bu günlərdə Ermənistan parlamentində gördüklərimdən dəhşətə gəldim. Bir qadın deputatı saçından tutub sürüdülər. Bu tarixdə görünməmiş hadisədir. İndiyə qədər bir çox ölkələrin parlamentlərində davaların olduğunu görmüşük. Yəni, parlamentdə müxtəlif fikirli insanlar təmsil olunur. Orada hər kəsin özünün mədəniyyəti, düşüncəsi, əsəb sisteminin forması var. Amma Ermənistan parlamentində qadın deputatın saçından tutub sürüməyin adı vəhşilikdir. Fikir verdinizsə qadının yerdə sürüdülməsi bir neçə dəqiqə çəkdi. Bu fakt onlar üçün normal haldır. Çünki onlar terrorçudurlar, Serj Sarkisyan rejiminin komandasıdır. Onlarda qadına, uşağa qarşı mərhəmət hissi yoxdur. Biz Xocalı soyqırımı zamanı bunun şahidi olmuşuq. Həmin hərbi-siyasi komanda üzvlərinin vəhşiliklərindən heç erməni qadın və uşaqları da sığortalanmayıb. Hətta işğalçı rejim əsgər analarının haqlı etirazına belə sərt davranırlar. Çünki Ermənstandakı əsgər anaları övladlarının yad torpaqda ölməsini istəmirlər. Ermənistan hakimiyyəti isə gəncləri buna təhrik edir. Budur, onların iç üzü. Bizim övladlarımız isə öz ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda döyüşürlər və şəhid olurlar. Bunlar tamamilə fərqli-fərqli anlayışlardır. Bunu erməni anaları da yaxşı bilir. 2016-cı ilin aprel zəfəri erməniləri qorxuya salıb. Onlar hal-hazırda qorxu içərisindədirlər.

-Necə düşünürsünüz, prezidentin İrəvan mesajının bu qorxuda payı varmı? 

-Bu günlərdə Avronest Parlament Assambleyasının tədbirinə qatılmışdım. Orada erməni nümayəndəsi öz çıxışında qorxusundan Azərbaycan prezidentinin adını çəkə bilmirdi. Bunun da səbəbi var idi. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının qurultayı keçirilirdi. Qurultayda ölkə başçısı çox parlaq bir çıxış etdi. Cənab prezident elə həmin tədbirdə bildirdi ki, biz nəinki Qarabağla bağlı, vaxtilə itirdiyimiz torpaqlarımız, İrəvan, Zəngəzur, Göyçə mahalı haqqında da düşünməliyik. Özü də bunu dəfələrlə vurğuladı. Bu bəyanatlardan Sonra Ermənistan hakimiyyəti, Serj Sarkisyan rejiminin nümayəndələri vəlvələyə düşüb. Avronset Parlament Assambleyasının tədbirində başqa bir erməni nümayəndəsi də çıxış etdi. O bildirdi ki, Azərbaycanda çox ciddi anti-Ermənistan kampaniyası başladılıb. Azərbaycanın ən yüksək məmuru- ölkə prezidentinin adını çəkmədi, çünki bilirdi ki, adını çəksə başqa cür olacaqdı – deyir ki, biz nəinki Qarabağı, İrəvanı, Zəngəzuru da düşünməliyik. Bunu erməni nümayəndəsi çıxışında söylədi. Bununla onu demək istəyirəm ki, ermənilər bu bəyanatdan sonra əməlli-başlı qorxuya düşüblər. Həqiqətən də belədir, tarixdə Ermənistan deyilən bir dövlət olmayıb. 20-ci əsrin əvvəllərində beynəlxalq güclərin təsiri ilə Azərbaycan torpaqlarında erməni dövləti yaradıb. Bizim dədə babalarımız 20-ci əsrin əvvəllərində, ortalarında və sonlarında indiki Ermənistan ərazisindən zorla deportasiya ediliblər. O torpaqlarda bizim ata-babalarımızın ruhu yaşayır, qəbirləri oradadır. Ölkə prezidenti də Azərbaycan ictimaiyyəti üçün mesaj verdi. Yəni, Azərbaycan ziyalıları, ölkə ictimaiyyəti bundan dərs çıxarmalıdırlar. Qərbi Azərbaycanın coğrafiyası, etnoqrafiyası – hər sahəsində ciddi araşdırmalar aparmalıyıq. Çünki həmin ərazilər Azərbaycan xalqının, ümumtürk ruhunun bir hissəsidir. Biz həmin torpaqları qətiyyən unutmamalıyıq. Əlli, yüz il tarix üçün bir göz qırpımıdır. Ona görə də vəzifəsindən asılı olmayaraq, hər kəs bu işləri görməlidir. Möhtərəm prezidentimiz də məlum ismarışını bu səpkidə verdi. Ermənilər də bundan hədsiz dərəcədə narahatlıq hissi keçirirlər. Hətta bu yaxınlarda mətbuatda oxudum ki, ermənilər belə bir şey yazıblar – “azərbaycanlılar evimizə qədər gələcəklər”. Bəli, nə vaxta qədər ki, bizim torpaqlarımızdan erməni terrorçu ordusu çıxmayıb, biz bu işdən əl çəkməyəcəyik. Əminəm ki, Azərbaycan Ordusu-Ali Baş Komandan- Xalq birliyi öz qələbəsini çalacaq. Buna heç kəsin şübhəsi belə yoxdur.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA