Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tələbə qəbulu qaydalarına edilən dəyişikliklər nə vəd edir?
Tarix: 15.02.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlərin fikrincə, yeni qaydalar abituriyentlər üçün əlavə imkanlar yaradacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Əvvəlki illərin məzunları isə DİM-in rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməlidirlər.

Bundan əlavə, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edəcəklər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edəcəklər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyriməqbul”la qiymətləndiriləcək.

Eyni zamanda, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı yayılan açıqlamada bilidirilir ki, dəyişikliklər Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib: "Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi. Bununla yanaşı, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklik əsasən üç istiqamət üzrədir: “Birinci, qəbul imtahanlarının yaz və yay sessiyaları şəklində adlandırılması, ikincisi V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının seçilməsi ilə bağlı, üçüncüsü və ən vacibi isə abituriyentlərə qəbul ilində iki ixtisas qrupu üzrə imtahan vermək şansının verilməsidir. Beləlikdə xatırladım ki, 2017-ci ilə qədər də ali məktəblərə qəbul imtahanları 2 dəfə keçrilirdi. May ayında keçirilən imtahanlarda əvvəlki illərin məzunları, iyul ayında keçirilən imtahanlarda isə cari ilin məzunları iştirak edirdi. 2017-ci ildən etibarən isə bütün abituriyentlərə həm yaz həm də yay ayında keçrilən imtahanda işrirak etmək hüququ verildi və abituriyent hansı imtahan nəticəsi ilə istəsə ixtisas seçiminə buraxılırdı.V qrup üzrə edilmiş dəyişikliyə görə buna qədər qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirdilər. Bir çox hallarda bu yalnış statistic göstəricilərin formalaşmasına gətirib çıxarırdı. Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliyə əsasən bundan sonra əvvəlki illərin məzunları V ixtisas qrupunda, cari ilin abituriyentləri buraxılış imtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər.

Yəni V ixtisas qrupu üzrə abituriyentlər seçimi imtahandan sonra edə biləcəklər. Təqdim edilmiş dəyişikliyə görə indiyə qədər abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilərdi. Belə ki, buna qədər abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilərdi. Dəyişikliyə əsasən bundan sonra abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. Yəni kimsə yaz imtahaında I ixtisas rupu üzrə imtahan veribsə, yay imtahanında istəsə II qrupa imtahan verə bilər. Və ya istəməsə yay imtahanında da eyni ixtisas üzrə imtahan verə bilər. Bundan sonra da I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Yəni, bu abituriyentlərə əlavə imkanlar yaratmaq üçün yaxşı fürsətdir”.
Ekspert bununla yanaşı vurğulayıb ki, sözügedən dəyişiklik müsbət tərəfləri ilə yanaşı, müəyyən qədər problemlər də yaradacaq: “Ali məktəblərə sənəd təqdim edən abituriyentlər məlumdur ki, uzun müddət bir ixtisas qrupu üzrə hazırlaşırlar.
Ona görə də, abituriyentlərin kütləvi şəkildə yaz imtahan nəticələri açıqladıqdan sonra digər ixtisas qrupuna keçid etməyəcəklər. Amma qeyd etmək istəyirəm ki, bir sıra fənlər var ki, o fənlər bütün ixtisas qruplarında var. Belə ki, Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri bütün ixtisas qruplarında var. Əgər hansısa bir abituriyent 1- ci ixtisas qrupunda keçid balı toplaya bilməsə, o, 3- cü qrupda minimum bunu edə bilər. Belə ki, 1- ci ixtisas qrupuna daxil olan riyaziyyat fənninin ağırlıq dərəcəsi 3- cü ixtisas qrupu ilə müqayisədə daha çoxdur. Onsuz da abituriyent Azərbaycan dili və Xarici dildən minimum təbəələri ödəyə bilər.

Ona görə də, 1 ci ixtisas qrupunun abituriyenti yaz imtahanından sonra 3 -cü qrup üzrə imtahan versə minimum riyaziyyat fənnindən 20 suala cavab verməklə keçid balının yarısını toplamış olur. Eyni zamanda, bu 3- cü ixtisas qrupuna da aiddir. Belə ki, bu ixtisas qrupu üzrə abituriyent Tarix , Azərbaycan dili fənnindən yüksək səviyyədə hazırlaşır, əgər o, 3- cü ixtisas qrupu üzrə keçid balı toplaya bilməsə, 2- ci qrupda Azərbaycan dili və Azərbaycan Tarixi fənndən keçid balının demək olar ki, 80 faizini əldə edə bilər. Lakin burda bir məsələ var ki, ali məktəblərə qəbul qaydalarına görə abituriyentlər ixtisas qrupuna daxil olan fənlərin demək olar ki, hamısından minimum keçid balı toplamalıdır. Amma ixtisas qrupu dəyişikliyi etmiş şəxslər bunu yerinə yetirə bilməyəcəklər. Bu kimi məsələlər gələcəkdə tələbənin ali məktəblərə qəbul olduqdan sonra köçürülməsi ilə bağlı da problemlər yarada bilər. Belə ki, müəyyən ixtisas qrupu üzrə bəzi ixtisaslarda keçid balı 100, 150 olduğu üçün, abituriyent 1- ci imtahanda o ixtisas seçimi etmir və digər ixtisas qrupunu seçib keçid balı toplayır. Sonradan isə o dəyişik edə bilmir.

Bu dəyişikliklərin yaradacağı problemin əsasını ixtisas qrupu üzrə formalaşmış statistik göstəricilər ilə bağlı olacaq. Belə ki, yaz imtahanında iştirak edib minimum bal toplayan abituriyent yay imtahanında digər ixtisas qrupunda iştirak edib bal toplamış olsa ,o zaman statistik göstəricilərdə bunlar fərqli şəxslər kimi qəbul ediləcək və ixtisas seçimi zamanı ortaya müəyyən problemlər çıxacaq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA