Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Tarix: 16.02.2018 | Saat: 12:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Ölkəmizdə yaşayan və işləyən çinlilərin təşkilatçılığı ilə Bakıda Çin Yeni ilinin başladığını bildirən Bahar bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib və bu ənənələrin dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanıldığını bildirib.

Daha sonra çıxış edən Bakıdakı "Böyük Çin Səddi" restoranının sahibi Ba Li Cong qonaqları təbrik edib. Bildirib ki, bu gün ölkəsi Çin Kommunist Partiyasının idarəçiliyi altında sürətlə inkişaf edir. "Amma bu inkişaf biz çinliləri qane etmir və daha çox çalışaraq ölkəmizin uğurlarını artımalıyıq" deyən iş adamı əlavə etdi ki, bu bayramı vətəndə olmasa da, Azərbaycanda ürək açılığı ilə qarşılayırlar.  

Sonra Çin Yeni ilinə həsr edilən şənliyin bədi hissəsinə start verilib.

Bakı Dövlət, Azərbaycan Dillər universitetlərinin tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında Çin və qazax, uyğur rəqsləri, xalq mahnıları və səhnəciklər təqdim edilib, bu ölkənin şairlərinin şeirləri səsləndirilib. Üstəlik, əvvəlcədən iştirakçıların hər birinə paylanan lotareyalar üzrə oyun keçirilərək, uduşlar müəyyənləşdirilib.

Bir az da Çin Yeni ili barədə danışaq:

Çinin ən önəmli milli ənənələrindən olan Bahar bayramı, Çin təqviminə görə, yanvarın 21-dən fevralın 20-dək olan müddətdəki günlərdən birinə təsadüf edir. 

Çin Yeni ili tək bu ölkə deyil, həm də Çin mədəniyyətinin təsiri altında qalan dövlətlərin xalqları da qeyd edir. Bura Çinin əsas ərazisi ilə yanaşı Tayvanı, Sinqapur, İndoneziya, Malayziya, Tailand, Vyetnam və Filippin kimi dövlətləri aid edə bilərik. Eyni zamanda, ABŞ başda olmaqla çinlilərin çox yaşadığı ölkələrdə də Çin icması tərəfindən bayram şənlikləri düzənlənir. Eynən Bakıda olduğu kimi. 

Bu bayramda Çində ən uzun sürən qeyri iş günü kimi xalq 9 gün istirahət edir. Amma şənliklər, insanların bir-birini təbrik etməsi, hardasa 15 gün çəkir. Bu bayramla bağlı müxtəlif fikirlər mövcud olsa da, əslində gərgin keçən ötən ili yola salaraq yaxşıca dincəlmək, günləri ailə ilə birlikdə keçirmək düşüncəsi daha inandırıcı səslənir. 

Bundan əlavə, keçmişdə, çinlilərin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olduqları vaxtlarda Yeni il bayramı məhsuldarlığın daha yaxşı olmasını arzulayaraq qeyd edilirdi. Amma bu gün Çin əhalisinin böyük hissəsi nəhəng şəhərlərdə yaşayır və təbii ki, aqrar işlərdə çalışmır. Buna görə də Bahar bayramı yeni ilin iş həyatında sadəcə məhsuldarlığın bol olması üçün deyil, ümumilikdə daha çox uğurlar və gəlirlər gətirməsi məqsədilə qeyd olunur.

Onu da qeyd edək ki, Çin təqvimində Ayın hərəkətləri əsas götürülür. Ahəngli dünyanı yaradan və bir-birini tamamlayan Yin və Yang bürcləri zodiakla birlikdə Çin təqvimini təşkil edir və hər bir il 12 heyvandan birinin adıyla adlanan, xarakterizə edilir. Məsələn, bu il it ili üzərində qurulub. 

Çin Yeni ilinə görə, baharın ilk günündə təbiət oyanır, torpaq canlanır, həyat təzələnir. İnsanlar evlərini, küçə və məhlələrini təmizləyir, hər tərəf Çin mədəniyyətində önəmli yer tutan qırmızı rəngli bəzəklərlə bəzədilir. Bu gücə insanlar təzə paltarlar geyinir və ailələr yeni ildə onlara uğur gətirəcəyinə inandıqları yeməkləri yeyərlər. Çinin fərqli bölgələrində süfrələr fərqli təamlarla bəzənir. Amma bütün hallarda süfrədə mütləq balıq, Çin mantısı, tangyuan adlı şirniyyat olur. Bundan əlavə, insanlar bir-birinə Hongbao adı verilən qırmızı zərflərdə pul verər, şərf bağışlayar (bayram tədbirində bizə də qırmızı şərf hədiyyə olundu - V.T.), fişəng və digər bu kimi partlayıcılarla atəşfəşanlıq edilər. 

Kəndlərdə bu bayram şəhərlərdə olduğundan daha ənənəvi qeyd olunur. Belə ki, atəşfəşanlıqla yanaşı, əjdəha və aslan rəqsləri, məbədlərdə dua etmək kimi nüanslar əsas götürülür.

Yeri gəlmişkən, bu bayramlarda şəhərlərdə çalışan və təhsil alan kəndli çinlilər mütləq evlərinə qayıdırlar. Ən maraqlısı odur ki, bu bayramda baş verən əhalinin yerdəyişməsi (şəhərlərdən kəndlərə və ya əksinə) dünyanın ən böyük yerdəyişməsi hesab edilir. 

Bu bayram günlərində insanlar ənənəvi və bir az da cahil yasaqları özlərinə aid edirlər, 15 gün ərzində həmin yasaqlara uyğun davranırlar. Məsələn, bəzi çinlilər düşünür ki, bayramın ilk üç günü ərzində görülən təmizlik işləri uğursuzluq gətirir. Eləcə də bu günlərdə uşaqların ağlamasının bədbəxtlik gətirəcəyinə, borc istəməyin düşərli olmadığına inanırlar. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.06.2018
22.06.2018
21.06.2018
“Mədəniyyət Günlərinin açılışında müştərək filmin çəkilişinə dair saziş imzalanacaq” - Əsgər Farsi
Pambıq tarlalarındakı zəhərlənmə ilə bağlı vəzifəli şəxslər həbs edildi - RƏSMİ
«26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilib
Sahil Babayev Şirvanda vətəndaşları qəbul edib
Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib - Zakir Həsənov
Əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir
Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə fleşmob - VİDEO
MM-in növbədənkənar sessiyada son iclasının gündəliyi müəyyənləşib
Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi qeyd olunub
Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb