Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkəmizə qara yaxanlar heç nəyə nail ola bilmədi” – Fikrət Sadıqov
Tarix: 16.02.2018 | Saat: 14:27:00
Bölmə:Siyasət | çapa göndər

“Milan məhkəməsinin qərarı ədalətin, obyektivliyin təcəssümü, bərpasıdır. Həqiqətin üzə çıxarılmasıdır”.

Bunu hafta.az-a açıqlamasında avropalı siyasətçi Luka Valonte barəsində Milan məhkəməsinin bəraət hökmü çıxarmasına münasibət bildirərkən politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə,  Avropada bir sıra qüvvələr xeyli müddətdir ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. Əslində bu proses çoxdan başlayıb.  Luka Valontenin “maliyyə fırıldaqlığında” və Avropa Şurasında müəyyən “maliyyə pozuntularında” ittham olunması da həmin qarayaxma kampaniyasının tərkib hissəsi idi:

“Həqiqət və nəticə onu göstərdi ki, məhkəmə prosesində müəyyən qüvvələr Azərbaycana qarşı olsa belə, heç nəyə nail ola bilmədilər. Milan məhkəməsi heç bir halda ədalətsiz qərar çıxara bilməzdi. Çünki reallıq tamamilə hüquq normalarına – sübutlara və faktlara söykənir. Onu etiraf etməmək mümkün deyil. Düşünürəm ki, biz bu məsələnin davamını nəzarətdə saxlamalıyıq, ciddi surətdə məşğul olmalıyıq. Həmin qüvvələrə qarşı öz iddialarımızı irəli sürməliyik”.

Politoloq hesab edir ki, Milan məhkəməsinin son qərarı Azərbaycana qarşı qarayaxma kampaniyaları aparanlara qarşı bir dərs olacaq:

“Ölkəmizə qarşı çirkin qarayaxma kampaniyalarına əl atanlar bundan dərs çıxarmalıdırlar. Azərbaycana qarşı faktsız və qərəzli çıxış etməyin, əsassız iddiaların bədələni ödəməlidirlər. Bizim diplomatik nümayəndəliklərimiz, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız hücumedici addımlar atmalıdır. Bu cür hücum taktikası bayramdan-bayrama, matəmdən-matəmə baş verməməlidir. Onlar mütəmadi, sistemli şəkildə öz işlərini qurmalıdırlar”.

Fikrət Sadıqov həmçinin bildirib ki, Azərbaycana qarşı qarayaxma və qərəzli hücumların qarşısı almaq üçün diplomatik korpus nümayəndələrimiz, diaspor təşkilatlarımız bir çox siyasi dairələrlə iş aparmalıdır:

“Çünki ermənilər onilliklər ərzində həm Rusiyada, həm də Avropada yüksək səviyyəli rəsmilərin qulaqlarını doldurublar. Guya, bunlar miskin, yazıq, soyqırıma məruz qalan bir millətdir. Görünür, eyni dindən olmaları havadarlarının ermənilərə əlavə imkanlar yaratmasına gətirib çıxarır. Ona görə də biz daha ciddi işləməliyik. Kitablar buraxmalıyıq. Bunun üçün bizim siyasətşünaslarımız olmalıdır. Ekspert qruplarımız hərəkətə keçməlidir. Bu bizim bir nömrəli strateji fəaliyyət planımızda özünə yer tapmalıdır. Bizim bir sıra peşəkar mütəxəssislərimiz var. Onlar bütün gücünü, səylərini bu istiqamətdə sərf etməlidirlər. İlk növbədə bizə qarşı qarayaxma kampaniyalarına nöqtə qoymalı, sonra öz həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Son illər bu istiqamətdə işlər görülür. Bu fəaliyyəti daha da şaxələndirməliyik”. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018