Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni layihə şagirdlərin dərs və imtahan yükünü azaldacaq - Nazirlik
Tarix: 16.02.2018 | Saat: 16:30:00
Bölmə:Sosial | çapa göndər

"Məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində əsas məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdan ibarətdir".


Hafta.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Məktəblərdə imtahanların sayının müəyyən qədər çox olduğunu söyləyən şöbə müdiri bildirib ki, şagirdlərin psixoloji gərginlik yaşaması düzgün deyil: "I sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdilər. Summativ qiymətləndirmə ilə bağlı yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Gün ərzində 3-dən çox summativ olmamalıdır”.

 E. Əmrullayev onu da bildirib ki, başqa mübahisəli məsələlərdən biri isə summativlərin müddəti ilə bağlı idi: “Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub. Şagirdlər 3-4 və 3-5 qiyməti alanda da, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir. Yəni şagird tutaq ki, kiçik summativ qiymətləndirmədən 74 bal (4 qiyməti) toplayıb. Yarım illik qiymət hesablananda 4 qiymətinin üzərinə 4 gəlinməyəcək. Şagirdin kiçik summativ qiymətləndirmədən əldə etdiyi ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq".


E. Əmrullayev qeyd edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Artıq Dövlət İmtahan Mərkəzi layihəyə müsbət rəy verib".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA