Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“CQD sayəsində Azərbaycanın Avropanın enerji təchizatındakı rolu artıb” – Fikrət Yusifov
Tarix: 16.02.2018 | Saat: 16:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“2015-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkiyənin Qars şəhərində Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməlinin qoyulması Türkiyə-Azərbaycan iqtisadi münasibətlərində yeni mərhəllənin başlanğıcını qoydu”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. Keçmiş maliyyə nazirinin sözlərinə görə, Cənub Qaz Dəhlizi” XXI əsrdə Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir:

“Bu layihə Avropa siyasi meydanında ölkəmizin daha ciddi  dividendlərə yiyələnməsinə yol açdı. Dəhliz vasitəsilə “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək, Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi deyil, həm də çox ciddi siyasi dvidendlər verəcək”.

Fikrət yusifovun sözlərinə görə,  Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu çox yaxşı başa düşür. Qərb özünü bu asılılıqdan qurtarmaq üçün on illərdir ki, alternativ variantlar axtarışında idi. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir:

“Digər tərəfdən, qaz ixracı hesabına ölkəmizə axacaq möhkəm valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcək. Bu səbəbdən də “Cənub Qaz Dəhlizi” vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq. Cari ildən etibarən bu qazın Türkiyəyə satışı ilə ölkəmiz yeni valyuta gəlirləri əldə edə biləcək. Gələcəkdə Türkmənistanın, İraqın və hətta bəzi başqa Yaxın Şərq ölkələrinin də bu boru vasitəsilə öz qazını Avropaya nəql edilməsi real görünür. Bu isə Cənub Qaz Dəhlizi kimi əsrin ən böyük meqalayihəsinin əhəmiyyətini daha da artıracaq”.

Qeyd edək ki, fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib.Tədbirdə, Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA