Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnnovativ təhsil layihələri hazırlayanlara yeni imkan
Tarix: 16.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Təhsil Nazirliyi orta məktəb və pedaqoji işçilər üçün qrant müsabiqəsinə start verib

Təhsil Nazirliyi 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edib. Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə 9 mövzu - təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili üzrə keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər. Layihələrin təqdim olunmasına dair əsas tələblərə gəlincə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərin müraciət etmək imkanları var. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihə təklifləri 2018-ci il fevral ayının 14-dən başlayaraq qəbul edilir. Tələb olunan sənədlər doldurulmaqla 05 mart 2018-ci il saat 18:00-dan gec olmayaraq göndərilməlidir. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2018-ci il aprel ayının 15-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.
Xatırladaq ki, ötən il təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi ilə Nazirlər Kabineti "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib. Həmin tələblərə görə, təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılması üçün Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.
Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100 000 manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10 000 manatdan çox olmamalıdır. Şərtlərə görə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. Həmçinin fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.
Yeri gəlmişkən, təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi ötən ilin avqust ayında elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 38, fərdi kateqoriya üzrə 84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, qrant müsabiqəsinin keçirilməsi həm məktəblərin, həm də pedoqoji işçilərin fəaliyyətinin stimullaşdırılmasına xidmət edir: “Ümumiyyətlə, 2007-ci ildən orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə «İlin müəllimi» adının verilməsi və «İlin məktəbi» müsabiqəsindən sonra bu layihə təhsil sahəsinə yönəlmiş müsbət addımdır. 2007-2016-ci illər ərzində 100 müəllim və 50 məktəb bu adlara layiq görülüb. Amma müşahidələr göstərir ki, həmin adları alan müəllimlərin əksəriyyətinin müsabiqədən əvvəlki bilik və hazırlıq vəziyyəti ilə müsabiqədən sonrakı vəziyyəti arasında heç bir fərq olmayıb. Əslində prezidentin sərəncamı ilə ayrılan vəsait ona görə verilirdi ki, «İlin məktəbi» və ya «İlin müəllimi» adına layiq görülən öz üzərində təkmilləşməli, dünya təhsilinə inteqrasiya etməli idi. Onlar həmçinin bu müddət ərzində təhsilimizə yeniliklər gətirməli idilər. Araşdırmalar nəticəsində məlum oldu ki, onların hazırkı fəaliyyəti əvvəlki fəaliyyətlərindən heç nə ilə fərqlənmir. Ona görə də ölkə başçısı 2017-ci ildə həmin müsabiqələrin ləğv olunması barədə sərəncam verdi. Təbii ki, bu tip layihələr bütün dünya ölkələrində həyata keçirilir və ən uğurlu fəaliyyət hesab olunur ”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Etibar Əlilyev də müəllimlərə və məktəblərə qrant verilməsini müsbət hal kimi dəyərləndirib: “Sözsüz ki, bu ənənə təhsilimizə müsbət keyfiyyətlər qazandıra bilər. Düzdür, əvvəllər “ilin ən yaxşı müəllimi”, “ilin ən yaxşı məktəbi” mükafatları verilirdi. Ölkə prezidentinin müvafiq sərəncamına əsasən, bu ənənə dayandırıldı və daha təhsillə bağlı layihələrin maliyyələşdirilməsi daha peşəkar bir yol aldı. Artıq ötən ildən etibarən müəllimlər və ümütəhsil müəssisələrinin qrant alması üçün şərait yaradılıb. Düşünürəm ki, müəllimlərə qrant verilməsindən təhsilimiz müsbət töhfələr qazanır. Məsələn, qrant mövzusu kimi orta təhsili əhatə edən müxtəlif mövzularla bağlı tədqiqatlar aparılır və yeni yanaşmalar ortaya qoyulur. Yəni, bu istiqamətdə qrantların verilməsi müəllimlərin və məktəblərin potensialının üzə çıxmasına kömək edir. Bu isə öz növbəsində təhsilimizin daha da inkişaf etməsinə imkan yaradır ”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA