Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “xristian azərbaycanlı qadını” - HƏFTƏ REYTİNQ
Tarix: 16.02.2018 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Xristianlığı qəbul etmiş 2012-ci il London Olimpiadasında Azərbaycanı təmsil edən ilk taekvondoçu qadın, yeniyetmələr arasında dünya çempionu, gənclər arasında Avropa çempionu Fəridə Əzizova müxbirin “Xristian dinini qəbul etdikdən sonra, özündə nə kimi dəyişikliklər hiss edirsən?” sualını belə cavablandırdı: “Rahatlıq. Müsəlmansansa, kişi kimi görünə bilməzsən, geyinə bilməzsən. Saçın uzun, başın bağlı olmalıdır. Namaz qılmalısan və s. Bu kimi şeylərdən uzağam. Allaha inanıram. Sadəcə, mənim tərzim insanlar üçün anlaşılmaz idi. Dinimi dəyişəndən sonra həmin insanlar artıq yaxamdan əl çəkdilər...”.


Həftənin “aşiq-məşuqu”


Vasif Məhərrəmli gənclik illərində əməkdar artist Elza Seyidcahana aşiq olduğunu etiraf etdi. Müğənni ARB TV-nin “Səhər-Səhər” verlişində Elza Seyidcahana olan sevgisindən danışıb: “Elzanı dəli kimi sevməmişəm, amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoriyada oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Hamının ürəyində, qəlbində ona qarşı sevgi var idi. Elza xanım indi də gözəldir. O zaman da çox gözəl idi. Açığı, deyim ki, Elza xanım çox ağır xanım idi. İndi bir az şıltaqlığı ola bilər, amma o vaxtlar kimsəylə söhbət etdiyini belə görməmişəm. Ancaq dərsə gələrdi və gedərdi. Mən də qıraqdan-qırağa onu seyr edərdim... O vaxt demədim, bu yaxınlarda demişəm onu sevdiyimi. Çox normal qarşıladı. İndi mən olmuşam yalan. Özü hər yerdə deyir ki, Vasif məni sevir...”.


Həftənin “tək-tənhası”


“Təklik-tənhalıq mənim həyat obrazımdı...”. Xalq artisti, gözəl kinoaktyor Fəxrəddin Manafova məxsus bu fikir onun haqqında inform.az-da dərc edilmiş materialda səsləndi. ”Azərbaycanın kişi aktyorları arasında öz zəhmi, öz kişi cazibədarlığı ilə seçilir həmin insan... Yalanı, yaltaqlığı, ikiüzlülüyü sevmir...Verdiyi müsahibələrdə də öz fərqliliyini qorumağı sevir... Təsadüfən onun “buro247.az”-a verdiyi maraqlı müsahibəsini oxudum. Həmin söhbətdə belə bir fikir deyir:”Məndə pafosun olmaması çox təbiidir. Pafos olan yerdə özümü çox pis hiss edirəm, qaçıram o yerdən, çünki qeyri-səmimiliyi xoşlamıram. Mən çox səmimi insanam. Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir...”.


Həftənin “qastroentereloqu”


“Birləşməsək, əriyib onun-bunun mədəsində gedəcəyik...”. Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı söylədi: “Dünyanın ən böyük enerji ehtiyatı olan, ən gözəl bölgəsi olan bu yerləri qorumaq üçün, xalqımızı, varlığımızı qorumaq üçün biz yaxınlaşmağa, birləşməyə can atmalıyıq, buna ehtiyacımız var. Bu - bir strategiyadır. Bunu görməyən kordur, ya da öz millətinin düşmənidir. Bu yolla bizi xırda-xırda parçalayıb, hərəmizi bir tərəfdə assimilyasiya edib yoxa çıxartmaq istəyirlər. Necə ki, Sibir xalqları assimilyasiyaya uğrayıb getdi, o cümlədən biz də birləşməsək, əriyib onun-bunun mədəsində gedəcəyik. Gələcəkdə bizdən heç nə qalmayacaq. Dünya kürəsəlləşir, böyük güclər yavaş-yavaş kiçik gücləri udurlar. Ona görə də, Türk varlığı dünya mədəniyyətinin kökündə dayanan xalqlardan biri olaraq gələcəyə getməlidir, yaşamalıdır. Onun da yolu ancaq bu birlikdən keçir...”.


Həftənin “hollandiyalı azad quşu”


Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi. Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb: “Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”.
Xatırladaq ki, bundan az öncə Ukrayna xüsusi xidmət orqanları tərəfindən Kiyevdə saxlanılıb Polşaya deportasiya edilən Saakaşvili özünü azad quş kimi hiss etdiyini söyləmişdi:“Niderlanddan sonra bütün Avropanı gəzəcəyəm. Artıq Brüssel, Almaniya, Fransa və Polşada görüşlərim planlaşdırılıb. Mən Ukraynada hər şeydən məhrum edilmişdim, indi isə azad quş kimi uça bilərəm...”.


Həftənin “ağılsız dövləti”


“ABŞ-ın ağlını başına yığması lazımdır”. Bunu Türkiyənin baş naziri Binali Yıldırım Afrində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən dedi. “Heç bir bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təmizləyəcəyik. “Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə baş nazir vurğulayıb.


Həftənin “iranşünası”


ADP sədri Sərdar Cəlaloğlu İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Tehranda keçirilən tədbirlərə qatıldı. O, mediaya açıqlamasında deyib: “...İranda cəmi üç gün olduq. İki dövlət televiziyasında çıxış elədik. ”Səhər” telekanalının Azərbaycan dilində olan “Arena” və “Ay işığı” proqramında olduq. İran parlamentinin xarici işlər komissiyasının sədri, parlamentin sədr müavini ilə görüşümüz oldu. Geopolitik məsələlərlə, Azərbaycan-İran münasibətləri ilə bağlı ətraflı söhbət etdik. Sonra İranda fəaliyyət göstərən və namizədi ilə prezident seçkilərində iştirak eləmiş partiyaların rəhbərliyi ilə görüşdük. Onlar İslam ölkələrinin partiyalarının birliyini yaradıblar. O cümlədən Yeni Azərbaycan Partiyası da həmin birliyin üzvüdür. Bizi də o birliyə üzv olmağa dəvət elədilər...”.


Həftənin “özündənrazısı”


ARB TV-nin “Səhər-Səhər” verlişinə qonaq olan aktrisa Pərvin Abıyeva yenə də özündənrazı və əsəbi açıqlamalar verdi. Aktrisa uzun zamandır, haqqında yazılıb-pozulanları belə cavablandırıb:“Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. “Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür”, - deyənlərdən soruşun, görün ki, onlar kinostudiyanın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa, bu heç də az deyil. İldə 50 min olan da olur qonorarım. Ən bahalı maşını sürürəm -yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz, nədir, səni görəndə qucaqlayıb öpürlər, “Sən bir dənəsən, gözəlim, kuklam”, - deyirlər. Üzünü çevirməyə peşmansan, üzünü çevirən kimi həmin dəqiqə dalınca min söz danışırlar...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA