Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölümlə nəticələnən qəza törədərək qaçan sürücü tutulub
Tarix: 17.02.2018 | Saat: 17:36:00
Bölmə:Hadisə | çapa göndər

Qaradağ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, fevralın 14-də saat 20:30 radələrində H.Tağıyev-Sahil qəsəbəsi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Qənbərov Turan Əmrulla oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “KamAZ 5410” markalı 40-BF-988 dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı zamanı yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn İsrafilov Sərvan Eldar oğlunun idarə etdiyi “VAZ-21061” markalı 24-BA-711 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü S.İsrafilov və “VAZ-21061” markalı avtomobildə olan sərnişin Əliyev Oleq Mahmudoviç aldıqları xəsarətdən hadisə yerində ölüblər. T.Qənbərov hadisə yerindən qaçıb. Faktlara görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində T.Qənbərov fevralın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

T.Qənbərov iş üzrə Cinayət Məcəlləsinin 263-1.4-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Qaradağ Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA