Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Arxeoloji qazıntıları Azərbaycanla birlikdə aparmaq istərdik” – Mirzahan Egamberdiyev
Tarix: 19.02.2018 | Saat: 11:31:00
Bölmə:Sosial | çapa göndər

Qazaxıstanın Almatə şəhərində yerləşən Əl-Fərabi Universiteti dünyanın 500 ən mükəmməl ali təhsil müəssisəsi arasında 236-cı yerə layiq görülüb.

Adıçəkilən universitetin professoru Mirzahan Egamberdiyevin Hafta.az-a verdiyi açıqlamaya əsasən, 2018-ci ildə universitetin ən azı 200-cü pilləyə yüksəlməsinə səy göstəriləcək.

Professor Egamberdiyev bildirir ki, bu gün Əl-Fərabi Universitetində ümumilikdə 20 mindən çox tələbə, doktorant və sair təhsil almaqdadır. Hər il ölkənin ali məktəbləri arasında ilk sırada üstünlüyünü qoruyan, 15 fakültəsi olan bu universitetdə çox sayda əcnəbi tələbə də təhsil alır. Hansı ki, onların arasında Azərbaycandan gələn gənclərin sayı da kifayət qədərdir. “Tərkibində 15 fakültə və 8 elmi-araşdırma institutu fəaliyyət göstərən və hər il Qazaxıstanın Təhsil Naziriliyindən ən çox maddi dəstək alan Əl-Fərabi Universitetində bu gün 2 mindən artıq əcnəbi təhsil almaqdadır. Türkiyə, Cənubi Koreya, Çin, ABŞ, Braziliya, Əfqanıstan, Rusiya, Özbəkistan, Azəırbaycan və sair ölkələrdən gələn gənclər arasında türklər daha çoxdur. Azərbaycandan sayını dəqiq bilməsəm də, təxminən 50 tələbə var. Onlar daha çox fən bölümündə, hüquq fakültəsində təhsil alırlar” deyən M.Egamberdiyev əlavə edib ki, Əl-Fərabi Universiteti ilə Bakı Dövlət Universiteti arasında sıx əlaqələr mövcuddur. Xüsusilə də BDU-nun Filologiya fakültəsi ilə geniş əməkdaşlıq edirlər.

Müsahibimiz deyir ki, Azərbaycandan gələn tələbələrdən əlavə bu təhsil ocağında çox sayda Qazaxıstan vətəndaşı olan azərbaycanlılar da var. “Ümumiyyətlə, Qazax milli universiteti olan məktəbimizdə Azərbaycana həmişə maraq olub. Məsələn, ötən il Bakıda keçiirlən konfransda Əl-Fərabi Universitetinin professoru Amanjol Kaliş Bakı Dövlət Universitetində öz layihəsini təqdim edib. Bundan əlavə, məktəbimiz Azərbaycanın da təmsil olunduğu TÜRSOY-la əməkdaşlıq edir. Hazırda İstanbul Universiteti nəzdində Fərabi Araşdırmalar Mərkəzi fəaliyyət göstərir və çox arzu edərdik ki, belə bir mərkəz Bakıda da açılsın” deyir professor Egamberdiyev.

Müsahibimizin səmimi bir arzusu da var. Deyir ki, Əl Fərabi Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında arxeologiya sahəsində əməkdaşlığın gücləndirilməsini istəyərdilər. “Hesab edirəm Azərbaycanda və Qazaxıstanda aparılan arxeoloji qazıntılar birgə proqram əsasında icra olunsun. Xüsusilə də bürünc dövrünə və Oğuz türklərinə aid tapıntılar azərbaycanlı və qazax alimlərə çox lazımdır. Biz Qızıl Orda bölgəsindəki Oğuz izlərinin davamını Azərbaycanda görmək və araşdırmaq istərdik” deyən professor əlavə edib ki, qardaş ölkə olan Azərbaycana münasibətləri hər zaman isti olub və elm, təhsil sahəsində birlikdə çalışmaq istərdilər. Necə ki, hazırda, məsələn, Avrasiya Strateji Düşüncə proqramı çərçivəsində Qazaxıstanla Azərbaycan arasında “İpək Yolu” araşdırılmaqdadır.

Bu yerdə qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Fərabi Universiteti 1934-cü ildən fəaliyyət göstərir və bu ölkədə ən qədim ali məktəbdir. Təxminən 100 hektar ərazisi olan universitet beynəlxalq təşkilat olan Great Value Colleges tərəfindən dünyanın 50 ən müasir texnologiyasına malik ali təhsil müəssisələri arasında 31-ci yerə layiq görülüb. Tədris qazax türkcəsi, ingilis və rus dillərində aaprılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018