Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qarabağ münaqişəsi 100 milyardlarla vəsaitin itkisinə səbəb olub" - Rəşad Həsənov
Tarix: 19.02.2018 | Saat: 15:53:00
Bölmə:Müsahibə | çapa göndər

Fevralın 20-i işğalçı Ermənistanın elan etmədən başladığı Dağlıq Qarabağ münaqişəsinin 30 ili tamam olur. 1988-ci il 20 fevralda ermənilər Xankəndidə Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti isə elə həmin gün Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Beləliklə, münaqişə “rəsmi” əsaslarla qeyri-rəsmi formada başlayır.

30 illik münaqişə nəticəsində hər iki tərəf – işğalçı Ermənistan və işğala məruz qalmış Azərbaycan bir sıra iqtisadi itkilərləə üzləşir. Bu iqtisadi itkilər milyardlarla dolları əhatə edir.

İqtisadçı ekspert Rəşad Həsənov hafta.az-a müsahibəsində deyib ki, söhbət 100 milyardlarla dollarların itkisindən gedir. Amma konkret bir rəqəm söyləmək çətindir. Çünki indiyə kimi konkret hesablamalar aparılmayıb.

- Dağlıq Qarabağ münaqişəsi başlandığı gündən Azərbaycan və Ermənistan iqtisadiyyatı hansı itkilərlə üzləşdi?

- Əslində ötən otuz il ərzində davam edən hazırkı durumda hər iki münaqişə tərəfi itirib. Azərbaycan ərazisinin böyük bir hissəsi – 20 faizə yaxını işğal altındadır. Eyni zamanda, təxminən bir milyon insan öz yurd-yuvasından kənarda yaşayır. Ümumilikdə götürdükdə bütün bunlar Azərbaycan dövləti üzərində ciddi maliyyə yükü yaradır. İşğal faktının davam etməsi əlavə xərc mənbəyinə çevrilib. Həmçinin istehsal prosesi pozulub.

- Dağlıq Qarabağ ərazisinin işğalı Azərbaycan iqtisadiyyatını nələrdən məhrum etdi?

- İşğal olunmuş ərazilər kifayət qədər potensiallı bölgələrdir. Həm mineral ehtiyatlar, həm də kənd təsərrüfatı və turizm potensialı baxımından potensialı böyük ərazilərdir. Demək olar ki, ölkə iqtisadiyyatının 15 faizi ötən otuz il ərzində əlavə dəyər itkisi ilə üzləşib. Eyni zamanda, əsas vəsaitlərin sıradan çıxmasını, dağılmasını nəzərə alsaq, itkilər kifayət qədər yüksək rəqəmləri əhatə edir. Münaqişənin 30 ildən artıq davam etməsi isə işğal nəticəsində dəymiş ziyanın dəfələrlə artmasına gətirib çıxarır.

- Ermənistanın elan etmədən başladığı Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkəni hansı beynəlxalq layihələrdən kənarda qoydu?

- Ermənistanda da bənzər situasiya müşahidə olunur. Bildiyiniz kimi, bu ölkə Azərbaycanla münaqişə səbəbindən həm Ankara, həm də Bakı ilə diplomatik əlaqələr qurmaq imkanını itirib. Eyni zamanda, hər iki ölkə tərəfindən iqtisadi blokada ilə üzləşib. Bu blokada ölkənin əsas ticari və iqtisadi tərəfdaşı olan dövlətlərlə iqtisadi münasibətlərini tamamilə “0” səviyyəsinə endirib. Bu da Ermənistanda məşğulluq probleminin həllinə böyük çətinliklər yaradıb. Həmçinin ixrac potensialına da öz mənfi təsirlərini göstərməkdədir. Nəzərə alaq ki, sovetlər birliyi dönəmində Azərbaycan Ermənistanın əsas ixrac tərəfdaşı olub. Təxminən ötən əsrin 80-ci illərin əvvəllərində Azərbaycana ixrac olunan məhsulların həcmi demək olar ki, Ermənistanın ümumi ixracının 30 faizə yaxınını təşkil edirdi. Amma bu gün işğalçı Ermənistan həmin imkanları əldən verib. Onu da qeyd edim ki, bazar iqtisadiyyatına keçid dövründən sonra Türkiyə region ölkələri – Azərbaycan, Gürcüstan üçün ən böyük xarici ticarət tərəfdaşı və iqtisadi əməkdaşı olub. İşğal faktına görə, Ermənistan bu imkanlardan da yararlana bilməyib. Türkiyə iqtisadiyyatının potensialından, investisiya imkanlarından məhrum qalıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın geostrateji mövqeyi Azərbaycanla Avropa arasında mərkəz olma imkanı yaradırdı. Amma yenə də Dağlıq Qarabağ münaqişəsi səbəbindən İrəvan rəsmi Bakının iştirak etdiyi bütün beynəlxalq layihələrdən kənarda qaldı. Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələrini də buraya daxil etmək lazımdır. 2017-ci ilin son aylarında istismara verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xəttindən kənarda qalmasını bunun üzərinə gəlsək Ermənistanın kifayət qədər tranzit gəlirlərdən məhrum qaldığını söyləyə bilərik. Bu proses fonunda tranzit gəlirlərindən ən çox mənfəəti Ermənistanın yerinə Gürcüstan əldə edib. Uzun illərdir ki, Azərbaycanın enerji layihələrindən Gürcüstan kifayət qədər mənfəət əldə edir.

- Zərərlər bununla yekunlaşırmı?

- Xeyr, bununla yekunlaşmır. Bildiyimiz kimi, hər iki ölkə üçün ilkin kapital regionların sosial-iqtisadi inkişafı, ölkə iqtisadiyyatının dəstəklənməsi əhəmiyyətli idi. Çünki hər iki dövlət bənzər keçmişə malik dövlətlərdir. SSRİ-nin dağılması ilə kapitalsız bir mühitdə bazar iqtisadiyyatına keçid əldə ediblər. Belə bir şəraitdə hər iki ölkənin vəsaitlərinin əhəmiyyətli hissəsi hərbi xərclərə yönəldilib. Məsələn, 2016-cı ilin göstəricilərinə baxsaq, Ermənistanın dövlət büdcəsinin 22 faizdən çoxu və yaxud 450 milyon dollara yaxın bir hissəsi məhz hərbi xərclərə yönəldilib. Azərbaycanda müvafiq göstərici Ermənistanla müqayisədə aşağıdır. Bizdə bu rəqəmlər 13 faizlik göstərici ilə əhatə olunub. Bununla yanaşı, bizdə 2016-cı ildə ümumi hərbi xərclərin həcmi 2 milyard dollara yaxındır. Bu cür xərclər iqtisadiyyatın digər sahələrinə - sosial sektora xərclənməklə hər iki ölkənin inkişaf sürətini daha da artıra bilərdi.

- Dağlıq Qarabağ münaqişəsi bazar iqtisadiyyatı dövründə əmək bazarının inkişafı baxımından Ermənistan üçün hansı problemləri yaratdı?

- Burada digər məsələ əmək bazarının inkişafıdır. Xüsusilə Ermənistan bu məsələdə daha çox itki ilə üzləşib. Ona görə ki, Ermənilər vaxtilə ölkəmizin əmək bazarında yüksək gəlirli sahələrdə fəaliyyət göstərən əmək potensialına malik idi. Sonradan münaqişə nəticəsində ölkə bu imkanlardan məhrum oldu. Xüsusən də Ermənistan Azərbaycanın ən sürətli inkişaf dövründə bu inkişafdan yararlana bilmədi. Qarabağ ermənilərini də buraya aid edə bilərik. Bu proses daha tez tənzimlənsəydi və ya ümumiyyətlə başlamasaydı, Dağlıq Qarabağda və ətraf yeddi rayonda ciddi inkişaf sürətini müşahidə edəcəkdik. Beləliklə, bu bölgənin əhalisi həmin imkanlardan yararlanmış olardı. Bildirmək istərdim ki, hər iki ölkə - xüsusən də Ermənistan özünün başladığı münaqişədən xeyli zərər görüb. Bu zərərlərin konkret hesablanması üçün müvafiq komissiyaların yaradılmasına ehtiyac var. Düşünürəm ki, hər iki tərəf – xüsusən də Ermənistan əhalisi bilməlidir ki, mənasız ərazi iddiası əsasında yaranmış konfilikdən nələri, hansı imkanları itiriblər. İtkilər konkret rəqəmlərlə ifadə olunduğunda hərbi-siyasi rejimin həyata keçirdiyi siyasətə vətəndaşların birbaşa təsir imkanları formalaşacaq.

- Münaqişə nəticəsində Azərbaycan tərəfinə konkret olaraq nə qədər ziyan dəyib?

- Bu rəqəmləri nə Azərbaycan,  nə Ermənistan tərəfi, nə də beynəlxalq qurumlar konkret olaraq hesablamaq gücündə deyil. Bununla bağlı indiyə qədər hər hansı konkret hesablamalar aparılmayıb. Təxminən onu qeyd etmək olar ki, Azərbaycan iqtisadiyyatının 15 faiz hissəsi işğal olunmuş ərazilərimizdən formalaşırdı. Bu göstəricilər işğaldan əvvəlki dövrlərə aiddir. Təbii ki, sonrakı dövrlərdə bu nisbət dəyişəcəkdi. Azərbaycan iqtisadiyyatı neft sektorunun inkişafı nəticəsində sonradan daha çox paytaxtda təmərküzləşdi. Buna baxmayaraq, bölgə kifayət qədər əhəmiyyətli zona hesab olunurdu. Ümumiləşdirmə aparsaq, bu gün yaradılan ümumi daxili məhsulun 7-10 faizindən məhz bu konflikt səbəbindən zərər görüb. Yəni həmin faizlərdən məhrub olub. Bundan başqa, yük məsələsi var; bu gün strateji valyuta ehtiyatlarının təxminən 200-300 milyon manatı qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə xərclənib. Dövlət büdcəsindən hər il qaçqın və məcburi köçkünlərin həyat və şəraitlərinin yaxşılaşdırılması layihələrinə kompensasiya ayrılır. Onların kommunal xərcləri dövlət tərəfindən qarşılanır. Ən müxtəlif istiqamətlərdə qiymətləndirmə aparsaq, işğal nəticəsində dəymiş ziyanın çox böyük rəqəmləri əhatə etdiyini görərik. 100 milyardlarla dollarların itkisindən söhbət gedir. Amma konkret bir rəqəm söyləmək çətindir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018