Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxıstan bu gündən latın qrafikalı əlifbanın tətbiqinə başlayıb
Tarix: 20.02.2018 | Saat: 13:27:00
Bölmə:Sosial | çapa göndər

Qazaxıstan bu gündən etibarən rəsmi şəkildə latın qrafikalı yeni əlifbanın tətbiqinə başlayıb.

Hafta.az-ın məlumatına görə, prezident Nursultan Nazarbayev ötən ilin oktyabr ayında imzaladığı "Qazax dilinin kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında" fərmanına dəyişiklik edib. Fərmana əsasən, qazax dilinin əlifbası yeni redaksiyada qəbul olunur. Fərmanın yeni nəşrində, ilkin variantda təklif olunan əlifbadakı apostrofların sayı azaldılıb və “şe”, “çe” (müvafiq olaraq, “sh”, “ch”) səslərini ifadə edən iki diqraf tətbiq edilib. Yeni əlifba 32 hərfdən ibarətdir. Bundan öncəki kiril qrafikasına əsaslanan qazax əlifbası isə 42 hərfdən ibarət idi.

Yeri gəlmişkən, Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-ci ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.

Bu gün qüvvəyə minən əlifba dəyişikliyi qanunu ilə ölkədə qazaxca təhsil verən bütün məktəblərdə yeni dərs ilindən etibarən dərsliklər, qəzet və dövri nəşrlər yeni əlifba ilə nəşr olunacaq. Prezident Nursultan Nazarbayevin qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərmanına görə, ölkənin 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsi nəzərdə tutulur.

Qeyd edək ki, qazax dili Altay dil ailəsinin türk dilləri qrupuna aiddir. Qazaxıstan türkdilli ölkələr arasında Türkiyə, Azərbaycan, Türkmənistan və Özbəkistandan sonra latın əlifbasına keçın beşinci ölkədir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA