Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Oxşar praktikanın kredit borclarına tətbiq edilməsi arzuolunandır” – Vüqar Bayramov
Tarix: 21.02.2018 | Saat: 13:34:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Hər halda sosial ödənişlərlə bağlı amnistiya lahiyəsinin Milli Məclisə təqdim edilməsi müsbət haldır. Nəticə etibarı ilə bu həm sahibkarlar, həm də dövlət üçün məqbul hesab olunur”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Vüqar Bayramovun sözlərinə görə, bu layihədən birmənalı şəkildə ən çox qazanan sahibkarlardır:

“Çünki qanun imkan verəcək ki, sahibkarlar daha az borc ödəməklə borcun əsas hissəsindən azad olsunlar. Həmin məqam isə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarlarla dövlət qurumları arasında münasibətlərin yaxşılaşdırılması baxımından vacibdir. Bu da imkan verəcək ki, borcu olan sahibkarlar öz fəaliyyətlərini yenidən tənzimləsinlər, qursunlar”.

Ekspert bildirib ki, oxşar praktikanın kredit borclarına tətbiq edilməsi arzuolunandır:

“Əslində biz xarici valyutada olan borclarla bağlı güzəşt sisteminin tətbiq edilməsinin tərəfdarıyıq. Təbii ki, kreditlərə güzəşt sisteminin tətbiqi ilə bağlı fərqli yanaşmalar var. Oxşar praktikanın həm xarici valyuta ilə, həm də bütövlükdə borcu olan vətəndaşlara tətbiq edilməsi məqsədəuyğun olardı. Bildiyiniz kimi, bizim də bununla bağlı 2015-ci ildə xüsusi paketimiz təqdim olunub. Güman edirik ki, təkliflərin qəbul olunması və tətbiq edilməsi vətəndaşlarımız üçün daha əhəmiyyətli olan kredit borcları problemlərinin aradan qaldırılmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə təklif göndərib. Təklifdə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsi məqsədəuyğun hesab edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018