Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan yeni İpək Yolu layihəsində ABŞ-ın mühüm tərəfdaşıdır
Tarix: 21.02.2018 | Saat: 14:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

THE DAILY CALLER, ABŞ
21.02.2018

Müəllif: Maayan Hoffman

Geosiyasi cəhətdən Qərb ölkələri üçün getdikcə daha vacib ölkəyə çevrilən Azərbaycan Avropa üçün həyati əhəmiyyətə malik enerji tədarükçüsüdür. Bununla yanaşı, Azərbaycan Çinlə Avropa və onların hüdudlarından kənarda ticarət əlaqələrinin genişlənməsinə yardım göstərəcək yeni İpək Yolunda da önəmli mərkəzə çevrilib.

Bu yaxınlarda Avstraliyanın “Benthic” şirkəti Azərbaycanın Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yataqlarında geotexniki tədqiqatlar aparılması ilə bağlı müqavilə imzaladığını bəyan edib.

Avstraliya və bir çox digər ölkələr qlobal oyunçuların dəyişdiyinin fərqindədirlər və bunu qəbul etmək ABŞ-ın milli maraqlarına da uyğundur. Xalqlarımız arasındakı ortaq dəyərləri və Azərbaycanın formalaşan demokratiya yolunda olduğunu nəzərə alsaq, bu, təbii alyansdır. Vaşinqtonla Bakı arasında daha sıx əlaqələrin yaranması hər iki tərəf üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan əlverişlidir.

Azərbaycan mərkəzi ölkə kimi

Yeni İpək Yolu adi infrastruktur layihəsi deyil, o, daha böyük əhəmiyyətə malikdir. Bir-birilə bağlı olan neft və qaz kəmərləri, həmçinin dəmir və dəniz yolu şəbəkələrindən ibarət yeni İpək Yolu “Pax Britannica” dövründə (Britaniya İmperiyasının hökmranlıq etdiyi dövr – 1815-1914 - WM) olduğu kimi, Şərqlə Qərbi birləşdirəcək.

İnsanlar, mallar və hökumətlər arasında misilsiz razılaşdırma və qarşılıqlı mübadiləni tələb edən bu prosesdə Azərbaycanın unikal coğrafi mövqeyinə böyük ehtiyac var. Çünki Azərbaycan həm Rusiya, həm İranla həmsərhəd olan yeganə dövlətdir. Bu isə o deməkdir ki, Azərbaycanın mövqeyi Çinlə Avropa arasında ticarəti o iki ölkədən yan keçməklə qurmaq imkanı verir.

Hələ də Əfqanıstanda hərbi birləşmələri olan, Rusiya ilə hegemonluq uğrunda mübarizə aparan ABŞ-ın bu regionla bağlı geostrateji baxışı ağlasığmazdır.

Təhlükəli öhdəliklər

Lakin Azərbaycanın düşmən və təxminedilməz qonşularla əhatə olunması bir sıra təhlükələrə yol açır. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan hazırda həm Rusiya, həm də İrana birbaşa rəqibdir. Azərbaycanın Rusiya və ya İranın orbitinə düşməsinin qarşısını almaq, bu bulanıq sularda hərəkətinə yardım göstərmək üçün ona kömək lazımdır.

Bakı üçün ideal tərəfdaş Vaşinqtondur – ABŞ-ın Azərbaycanla ciddi əməkdaşlıqda maraqlı olması şübhə doğurmur və qarşılıqlıdır. Vaşinqton Moskva ilə qlobal, Tehranla isə regional yarışda geridə qalmamalıdır. Məhz buna görə, Azərbaycanı yalnız dəstəkləmək deyil, həm də müdafiə etmək ABŞ-ın maraqlarına uyğundur.

Bakı ilə əsl tərəfdaşlığın qurulması Vaşinqtonu real təsiri olan gücə çevirir, bu isə öz növbəsində, ABŞ-a Rusiya ilə İranın ekspansionist və müdaxiləçi layihələrinin qarşısını almaqda yardım göstərəcək.

Lakin bu məsələdə bəzi maneələr var və onlardan birincisi Konqresin erməni məsələsinə çox “həssas” yanaşmasıdır. Bu yaxınlığın əsas səbəbi amerikalı ermənilərin sayının çoxluğu və bu icmanın “siyasi səxavəti”dir.

Ermənistan kiçik ölkə olsa da, iqtisadi və siyasi inkişafdan geri qalsa da, bu ölkənin əhəmiyyəti Kremlin ondan istifadə etməyindədir. Kreml Moskvanın vassalı kimi tanınan Yerevandan regionun Qərbə doğru istiqamətlənməsinin qarşısını almaq məqsədilə bölgədə qarışıqlıq yaratmaq üçün istifadə edir.

Bu ölkə Rusiyanın hərbi bazaları və silahları ilə doludur. Ermənistanın liderləri xarici siyasəti Moskva ilə razılaşdırdıqlarını açıq şəkildə bəyan edirlər. Rəsmi Yerevan regional və qlobal səviyyədə Kremlin mövqeyini dəstəkləyir. Çünki bu ölkənin mövcudluğu Rusiyanın səxavətindən asılıdır.

İndiyədək Ermənistan Kremlin istəyinə uyğun olaraq, regionu müharibə şəraitində saxlayır. Azərbaycanın Dağlıq Qarabağ regionundakı dondurulmuş münaqişə Yerevanı iflasa məhkum etmiş layihədir. Ermənistan dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ regionunu işğalda saxladığına və qoşunlarını bu bölgədən çıxarmaqdan imtina etdiyinə görə əlverişli regional layihələrdən, o cümlədən yeni İpək Yolu layihəsindən təcrid olunub.

ABŞ-da dəstəklənən “erməni maraqları” çox nadir hallarda Ermənistan dövlətinin maraqları ilə üst-üstə düşür. Erməni lobbi təşkilatları ABŞ liderlərini inandırıblar ki, Ermənistanın azadlığı və iqtisadi nailiyyətlərinə əsas maneə onun qonşuları, yəni Türkiyə ilə Azərbaycandır. Amma əslində, burada əsas maneə odur ki, Yerevan Moskvadan başqa heç kimlə inteqrasiya etmək istəmir.

Yaxşı deyiblər – “pudinqdə nə olduğunu bilmək üçün, onu yemək lazımdır”. Ermənistansız region bir-biri ilə, həmçinin Qərblə daha sıx inteqrasiya edir. Cənubi Qafqaz regionu daha da varlanır, inkişaf edir, təhsil səviyyəsi artır və insanların həyat tərzi yüksəlir.

Maneələrdən biri də Azərbaycanın ləng demokratikləşməsidir. Hərçənd, Bakının açıq, tolerant və azad cəmiyyəti demokratiyanın ləng inkişaf etməsi fikrini qəbul etmir.

Daim dəyişən zamanda ABŞ-ın əsas müttəfiqi

Qlobal iqtisadiyyat və dünya güclərinin diqqəti Şərqə doğru yönəlib.

Avropadan Cənubi Qafqaza, buradan Mərkəzi Asiya və Çin sahillərinə qədər ərazidə yerləşən ölkələrin intibahının tarixi kökləri var. Bir zamanlar dünyanın intellektual, mədəni və iqtisadi həyatında böyük rol oynamış İpək Yolunu indi Azərbaycanın həyata keçirdiyi yeni İpək Yolu layihəsi dirçəlməyə başlayıb.

ABŞ yeni İpək Yolunu, Azərbaycanı və regionu dəstəkləməklə ağıllı addım ata bilər. Bu, Vaşinqtonun qlobal səviyyədə təsirinin güclənməsi, onun Rusiya və İranın hegemonluğuna qarşı fəal mübarizə aparması və Qərb dəyərlərinin dünyanın bu böyük regionuna gətirilməsi ilə nəticələnəcək.

İngilis dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018