Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni Suraxanının keçilməz döngələri - REPORTAJ
Tarix: 21.02.2018 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Son illərdə paytaxtın mərkəzdənkənar qəsəbələrində abadlıq işləri sürətlə aparılır. Bu tədbirlər Suraxanı rayonunda da planlı şəkildə həyata keçirilir. Lakin elə yaşayış məntəqələri var ki, üzləşdikləri problemlər dözülməz həddə çatıb. Belə qəsəbələrdən biri də Yeni Suraxanıdır.

Əvvəlcə yolumuzu Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi, 7-ci Döngədən saldıq. Həmin ərazidə qəsəbə qəbiristanlığı yerləşir. Küçənin yolları bərbad vəziyyətdədir. 7-ci və 1-ci döngələrdə yolun uzunluğu, təxminən, 2-3 kilometrdir. Baxımsızlıqdan yollarda iri çalalar əmələ gəlib. Yağan yağış suları nəticəsində yollar keçilməz hal alıb. Sakinlər məcbur olub, qəbiristanlığın içi ilə qəbir daşlarının üstündən keçib-gedirdilər.
Vahid Mühacirov adlı sakin 7-ci Döngədə yaşadığını bildirdi. Həyətinin dəmir darvazasını göstərib dedi ki, hələ güclü yağış yoxdur, yolumuz bu gündədir: ”Güclü yağışlar zamanı nəinki yollarımızı, hətta həyətimizi çirkab sular çənginə alır: “Yollarımız palçıq içindədir. Müəllim işləyirəm, həyətimizdən çölə çıxa bilmirik.

 

Dizimizə qədər palçığa, suya batırıq. Özünüz də görürsünüz ki, bu ərazidə yaşayan sakinlər yolu keçib gedə bilmirlər. Uşaqlarımız qəsəbədə fəaliyyət göstərən Bakı şəhər 89 və 101 saylı tam orta məktəblərdə təhsil alırlar. Yolumuz acınacaqlı durumda olduğuna görə, marşrut avtobusları qəsəbənin içinə girə bilmədiklərindən, şagirdlər də yağışılı və soyuq günlərdə məktəbə gedib-gələ bilmirlər. Bu səbəbdən, valideynlər avtobus tutmaq məcburiyyətində qalırlar”.
Arzu Səfərov adlı sakin 1-ci Döngədə yaşadığını söylədi. Onun sözlərinə görə, təxminən, 2 kilometr uzunluğunda olan yolu hər gün piyada gedib-gəlirlər: “Yağış yağdığından, yolumuz bağlanıb. Avtobus sürücüləri də bizim döngəyə getməkdən imtina edir. Biz kişiyik, birtəhər qəbiristanlığın içindən keçib gedə bilirik. Bəs qadınlar, uşaqlar necə keçsinlər? Küçə işıqları olmadığından, axşam düşən kimi, ətraf qaranlığa bürünür. Qadınlar və uşaqlar qorxa-qorxa suyun içi ilə gedib-gəlirlər. Yolun çalalarında suyun səviyyəsi yüksək olduğundan, xırda avtomobillərin altı yerə dəyərək xarab olub, yolun ortasında qalırlar”.

6-cı, 4-cü döngələrdə, eləcə də 2-ci Köndələn küçəsində də eyni vəziyyət yaşanırdı. Sakinlər sikayətləndilər ki, yolları öz vəsaitləri hesabına təmir etdirirlər: ”Yeni Suraxanı Bələdiyyəsinin sədri Rəşad Mirzəliyev və Qəsəbə Nümayəndəsi Vahid Danıyevin qəsəbəmizdə heç bir fəaliyyəti yoxdur. Bələdiyyə sədri ancaq vergipulu yığmaqla məşğuldur. Biz sakinlər bələdiyyəyə vergipulu ödəyirik. Bəs bunların müqabilində yerli Bələdiyyə hansı işləri görür? Görəsən, iki maşın şebel, çınqıl alıb bu yola tökdürməyə bələdiyyənin, həqiqətənmi, imkanı yoxdur? Bəs əhalidən yığılan pullar hara gedir? Qəsəbə nümayəndəliyinə gedib, arayış almaq istədikdə nümayəndə Vahid Danıyev deyir ki, get zibilpulunu ödə, qəbzi gətir, biz də sizə arayış verək. Yollarımızın durumu ilə bağlı aidiyyəti orqanlara müraciət etsək də, bu günə kimi heç bir nəticəsi olmayıb. Qarşıdan prezident seçkiləri gəlir. Bizim səs verdiyimiz məntəqələr qəsəbənin mərkəzində fəaliyət göstərən 89 və 101 saylı məktəblərdə yerləşir. Heç olmasa, yolumuza bir-iki maşın çınqıl töküb çalaları düzəltsinlər ki, iki kilometr yolu sakinlər palçığa -suya batmadan gedib, səs verə bilsinlər. Xahiş edirik, bizim haqq səsimizi yuxarı qurumlara çatdırasınız”.
Sakinlərin şikayətlərinə və gördüklərimizə aydınlıq gətirmək üçün əvvəlcə Yeni Suraxanı Bələdiyyəsində olduq. Bələdiyyə sədrinin yerində olmadığını dedilər. Qəsəbə Nümayəndəliyindən də eyni cavabı aldıq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA