Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxt meri itini rəsmi iclasa gətirdi – GÜNÜN TƏZADLARI
Tarix: 21.02.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze itini icra hakimiyyətinin iclasına gətirdi. Hafta.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat yayıb. Bildirilir ki, Tbilisi merinin əməkdaşları küçüyün fotolarını “facebook”da paylaşıblar. Mer heyvanı ötən həftə bələdiyyənin heyvanlar sığınacağından götürüb. Kaxa Kaladze iti “Tifani” adlandırıb. Siyasətçi özünün “instaqram”ında uşaqlarının iş otağında itlə oynadığını əks etdirən videogörüntü yerləşdirib. Görünür, küçük həqiqətən meriyanın binasında yaşayır. Çünki ötən gün Tifani şəhər hökumətinin iclasının keçirildiyi zalda görünüb. “Bu, meriyanın yeni əməkdaşıdır”, - deyə Gürcüstanın “facebook” istifadəçiləri zarafatla bildiriblər.


Putinin qərargahına hücum oldu


Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqdakı seçki qərargahının eyvanına “fləşfayer”lər (pirotexniki siqnal vasitəsi) atıldı. Hafta.az Rusiya mediasına istinadla yazır ki, bunu qeydə alınmamış Başqa Rusiya Partiyasının fəalları təşkil ediblər. Aksiya iştirakçıları seçkilərə “yox” deyilməsi ilə bağlı vərəqələr paylayıb, qərargahın qarşısında “bütün namizədlər kloundur” yazılan plakatlar asıblar. Polis sonradan aksiya yerinə gəlsə də, fəalları ələ keçirmək mümkün olmayıb.


Mərkəzi bank rəhbəri korrupsiyaya görə cəzalandırıldı


Korrupsiya cinayətində şübhəli bilinən Latviya Mərkəzi Bankının rəhbəri İlmar Rimşeviç vəzifəsindən kənarlaşdırıldı. Hafta.az yazır ki, APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Latviya Korrupsiya ilə Mübarizə Bürosunun nümayəndəsi Laura Duşa bildirib. Qeyd edək ki, İ. Rimşeviç pul tələb etməkdə və böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir. İstintaq materiallarına əsasən, rüşvətin məbləği azı 100 min avro təşkil edib. İ. Rimşeviç bundan əvvəl vəzifəsindən getmək istəmədiyini bəyan etmişdi.


Ceki Çan azərbaycanlı sirk ustasına hədiyyə bağışladı


“Azərbaycanlı Çaplin” kimi tanınan sirk ustası Üzeyir Novruzov dünya şöhrətli çinli aktyor Ceki Çanla görüşdü. Ceki Çan sirk ustasına özünün adı yazılmış xüsusi emblemi hədiyyə edib. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, aktyorla birgə çəkilmiş fotolarını şəxsi “İnstaqram” hesabında paylaşan Ü.Novruzov görüş barədə təəssüratını yazıb: “Əfsanəvi qəhrəmanla görüşmək və ondan hədiyyə almaq çox xoş bir sürpriz oldu”. Qeyd edək ki, Üzeyir Novruzov ABŞ-ın “America’s Got Talent” yarışmasında 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.


Ölməmək üçün kobra qanı içdilər


Hərbçilər təlim zamanı ilan qanı içdilər. Hafta.az Ukrayna mediasına itinadla xəbər verir ki, bir-birindən ilginc görüntülər Tailandda 29 ölkənin iştirakı ilə keçirilən ‘Cobra Gold 2018’ hərbi məşqlərində yer alıb. “Həyatda qalma” dərsi alan əsgərlər canlı sürünənləri yeyib, kobra ilanının qanını içib. Hərbi mütəxəssislər məşqlərə qatılan 12 min əsgərə vəhşi təbiətdə ilanlarla dost olmaq təlimini də verib. “Reuters” təlimlərdən çox özəl fotolar dərc edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA