Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Efiopiya-Azərbaycan əlaqələri ölkələrimizin ümumi mənafeyinin xeyrinədir"
Tarix: 21.02.2018 | Saat: 19:35:00
Bölmə:Gündəm | çapa göndər

Efiopiyanın Bakıda fəxri Konsulluğu açılıb. Efiopiyanın Türkiyə və Azərbaycanda səfiri Ayalev Gobezie Vorkneh bildirib ki, bugünkü açılış mərasiminin təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edir. "Azərbaycanın Əddis Əbəbə şəhərində səfirliyi fəaliyyət göstərir. XİN başçısı Elmar Məmmədyarovun Efiopiyaya səfərindən sonra, iki ölkə arasında münasibətlər daha sürətlə genişlənir.

Bu gün ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir və hökumət mütərəqqi proqramlar həyata keçirməkdədir. 150 ölkənin səfirliyi olan Efiopiya zəngin ehtiyatları ilə seçilir. Efiopiya xarici turistlər üçün yaxşı ölkədir. Qədim tariximiz və zəngin təbiətimiz hər kəs üçün unudulmaz xatirələr vəd edir", - deyən səfir sonda Ceyhun Ələkbərova uğurlar dilədi.
Konsulluğun açılış mərasimində fəxri konsul Ceyhun Ələkbərov bildirdi ki, bu gün Efiopiya ilə Azərbaycan arasında əlaqələr həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir və bu münasibətlər getdikcə dərinləşəcək. "Bu sahə ilə bağlı hər iki dövlət başçısının müvafiq qərarları və təpşırıqları var. Afrika ölkələri Azərbaycan üçün bir açılımdır. Efiopiya Afrikanın ən böyük və ən qədim ölkələrindən biridir. Düşünürəm ki, Efiopiya ilə Azərbaycan arasında əlaqələrin sıx qurulması ölkələrimizin ümumi mənafeyinin xeyrinədir", - deyən konsul əlavə edib ki, hazırda ölkələrimiz qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurmaqdadır. Hər iki ölkə demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi ilə bağlı təməl dəyərlərə və prinsiplərə inanır və onlara sadiqdir. "Əminəm ki, dövlət başçılarımızın siyasi iradəsi və bizim birgə səylərimiz nəticəsində, əlaqələrimiz bundan sonra davamlı olaraq inkişaf edəcək. Hər iki dövlət başçısının mənə göstərdiyi etimada görə dərin minnətdarlığımı bildirir və bundansonrakı Fəxri Konsul fəaliyyətimdə mənə göstərilən bu inamı doğrultmağa çalışacağam", - deyib fəxri konsul.

Gəlin, bir az da Efiopiya dövləti ilə bağlı bəzi maraqlı məlumatları bölüşək: Afrikanın şərqində yerləşən Efiopiyanın sahəsi, təxminən, 1,1 milyon kvadratkilometr, əhalisinin sayı 110 milyon nəfərdir. Paytaxtı Əddis Əbəbə şəhəridir. Ölkə Sudan, Cənubi Sudan, Eritreya, Cibuti, Somali, Keniya və Uqanda ilə həmsərhəddir. Eritreya 1993-cü ildə müstəqilliyini elan edənədək, Efiopiyanın Qırmızı dənizə böyük məsafədə çıxışı olub, indi isə tam qapalı qitə dövlətidir.

Əvvəlki adı Həbəşistan olan Efiopiya ərazisində çox sayda irili-xırdalı çaylar axır ki, bunlardan ən böyükləri Mavi Nil, Avaş və Vabişebeledir. Ölkə başdan-başa dağlıq plato üzərində yerləşir. Ən uca dağları (4 500 metrdən yüksək) isə şimal bölgələrdə uzanır. Efiopiya ərazisi zəlzələyə həssas olsa da, qonşu Keniyadan fərqli olaraq aktiv vulkanları yoxdur.
Subekvatorial və tropik iqlim qurşaqlarında yerləşən Efiopiyada musson iqlim tipi hakimdir. Subekvatorial bölgələrdə temperatur 40 dərəcədən yüksək və yağıntının miqdarı ildə 2,5 min millimetr olsa da, şimal zonalarda həm temperatur enir, həm də yağıntının miqdarı azalır. Məsələn, şimal-şərqdə yağıntının miqdarı 50 millimetrdir.
Efiopiya ərazisində ilk məskunlaşmanın izləri 3 milyon il öncəyədək uzanır (Afar bölgəsində 3 milyon il yaşı olan insan sümükləri aşkarlanıb). Amma qədim dövlətçiliyin tarixi Miladdan əvvəl 5-ci minilliyədək uzanır. Tarixi qaynaqlara əsasən, qədim Misir fironları bu ölkənin ərazisinə kəniz və kölələr, eləcə də fil sümüyü və sair almaq üçün dəstələr göndərərmiş. Buna baxmayaraq, Efiopiya ərazisində müasir mənada ilk dövlətin təşəkkülü eramızdan əvvəl 8-ci əsrə aiddir (Dimt Krallığı). Bu dövlət eramızdan əvvəl 1-ci əsrdə süqut edir və yerində Aksum krallığı yaranır. Aksum Krallığı indiki Eritreya, Cibuti, Sudan, Somali və Ərəbistan yarımadasında yerləşən Yəməni öz nəzarətində birləşdirib...

Efiopiya Avropadan gələn müstəmləkəçiləri məğlub edərək öz müstəqilliyini qoruyan iki Afrika ölkəsindən biridir (digəri Liberiyadır). 1945-ci ildən BMT-nin üzvüdür. 1993-cü ildə ölkənin şimalında – Qırmızı dəniz sahili boyunca uzanan ərazilərdə müstəqil Eritreya dövləti yarandıqdan sonra, Efiopiyanın ərazisi parçalanıb və açıq dənizə çıxışını itirib.
Efiopiya yeraltı faydalı qazıntılarla zəngindir. Duz ehtiyatına görə dünyanın ən vacib ölkələrindən olan Efiopiyada qızıl, platin, manqan da hasil edilir. Buna baxmayaraq, ölkənin əsas gəlir mənbəyi mədənlər yox, kənd təsərrüfatıdır. Əhalinin böyük qismi kəndlərdə yaşadığı üçün, məşğuliyyətləri də sırf aqrar təsərrüfatdır. Efiopiya torpaqlarının demək olar ki, yarısı əkilir. Amma köhnə texnologiyaya əsaslanan, bir çox hallarda isə ümumiyyətlə, ibtidai formada becərilən əkinlər elə də yüksək məhsul vermir. Ən çox buğda, arpa, qarğıdalı, darı, paxlalı bitkilər becərilir. Efiopiyanın ixracatında ilk yeri isə kofe tutur. Ölkə əhalsiinin 25 faizi də məhz kofe plantasiyalarında və onun emal müəssisələrində çalışır (ÜDM-in 10 faizini kofedən gələn gəlirlər verir).

 

Efiopiya Afrikada vəhşi və ev heyvanlarının ən çox yaşadığı ölkə sayılır. Ovçuluq xalqın əsas məşğuliyyətlərindəndir. Yeri gəlmişkən, vəhşi heyvanların ovlanması nəticəsində alınan dərinin ixracı da büdcəyə böyük valyuta gətirir.
Doqquz vilayətə (yerli dildə kililoç) bölünən ölkə iqtisadiyyatında emal sənayesinin yeri çox böyükdür. Bu sahənin də 40 faizi ancaq qida (un məmulatları, müxtəlif içkilər, xüsusilə də bira, günəbaxan yağı və sair) istehsalına aiddir. Bununla yanaşı, kirəc daşı, mərmər istehsalı da iqtisadiyyatda böyük yer tutur. Emal sənayesi tamamilə dövlətin nəzarətindədir. Amma son vaxtlar özəl sahibkarlığın inkişafına da diqqət artırılır.

Efiopiyada 80-dən artıq etnik yaşayır. Oromolar, Amharalar, Tigreler, Sidamolar, Şankellalar, Somalililer, Afarlar və Gurageler ən böyük xalqlar sayılır ki, bunun da ən böyüyü Oromolardır – ölkə əhalisinin 35 faizi.
Əhalinin 60 faizi Ortodoks xristian, 40 faizi sünni (şafi) müsəlmanlardır.
Ölkənin əsas dili Amhar dili (əlifba da Amhar əlifbasıdır) və ingilis dilidir.
Efiopiya ilə Azərbaycan arasında əlaqələr o qədər də sıx deyil və gücləndirilməsinə ehtiyac var. Ölkələrimiz arasında diplomatik münasibətlər 2 noyabr 1992-ci ildə yaradılıb. 31 oktyabr 2012-ci ildə Azərbaycan bu ölkəyə ilk səfirini təyin edib (ofisi Misirdə olan səfirimiz), 4 fevral 2013-cü ildə isə Azərbaycanın Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfirliyinin açılması barədə Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb.
Efiopiyanın Türkiyədəki səfiri həm də Azərbaycanda akkreditə olunub (2015-ci ilin martından Ayalev Qobezie Vorknehdir).
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin həcmi yox səviyyəsində - cəmi 80 min dollardır ki, bunun da hamısı Efiopiyadan Azərbaycana ixrac təşkil edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA