Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Siyasi partiya qərargahlarında seçki ab-havası - FOTOLAR
Tarix: 23.02.2018 | Saat: 16:14:00
Bölmə:Reportaj | çapa göndər

11 apreldə keçiriləcək prezident seçkilərinə 47 gün qalır. Artıq 72 saatdır ki, imzatoplama kampaniyalarına başlanılıb. Prezidentliyə namizədliyi irəli sürülmüş şəxslər, onların təmsil etdiyi partiyaların nümayəndələri qollarını çırmayıb var gücləri ilə prosesin aktiv parçasına çevrilməyə çalışırlar. Biz də prosesin nə yerdə olduğunu öyrənmək üçün hafta.az-ın obyektivini həmin siyasi qurumların qərargahlarına çevirdik.

İlk baş çəkdiyimiz məkan Azərbaycan Sosial Demokratlar Partiyasının (ASDP) qərargahı oldu. Mərkəzi Seçki Komissiyası (MSK) ASDP-dən namizədliyi irəli sürülmüş partiya sədri Araz Əlizadənin namizədliyini fevralın 19-da təsdiq edib.

Səhərin erkən saatlarında partiyanın qərargahının qapısını döydük. Saat on birə işləyirdi. Qərargahın qapısı bağlı idi. Bir qədər sonra partiyanın qapısını qurumun mətbuat xidmətinin rəhbəri kimi tanıdığımız Yaşar Əsədov açdı.

Yaşar Əsədov rəsmi vəzifəsini ASDP-nin Mərkəzi Komitəsinin üzvü, Təbliğat və mətbuat məsələləri üzrə məsul şəxs kimi təqdim edir. 11 aprel prezident seçkilərinə 47 gün qalmış partiyanın mərkəzi qərargahında işlərin hansı səviyyədə təşkil olunduğunu soruşuruq. Həmsöhbətimiz deyir ki, partiya sədrinin namizədliyi fevralın 18-i, ya da 19-u təsdiqlənib:

“Bizim partiyanın təqribən 3500-ə yaxın üzvü var. Altmışa yaxın rayonda partiyamızın təşkilatları fəaliyyət göstərir. İndi hamı imzatoplama kampaniyasına cəlb olunub. Hazırda nə qədər imza toplanılması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Bu işlə partiyamızda konkret adamlar məşğuldur. Əsas və yenilənən informasiyalar onlarda toplanır. Dəqiq məlumatlar məndə yoxdur. Həmin adamlar da gün ərzində partiyaya gəlməlidirlər”.  

Yaşar Əsədovun sözlərinə görə, partiyanın kifayət qədər seçki təcrübəsi var. Seçkilərlə bağlı bütün mexanizmlər artıq işlənib:

“Hamı öz işini bilir. 2013-cü ildəki prezident, 2015-ci ildəki parlament seçkilərində ASDP kifayət qədər fəallıq göstərib. Fəal işləmişik. Sadaladığım seçkilərin hamısı ümumxalq seçkiləri olub. Həmin dövrdən də çox az – dörd-beş il zaman keçib. Elə o mexanizmlər də hazırda fəaliyyətdədir. Partiya sədrimiz Araz Əlizadənin dediyinə görə, onun bu seçkilərdə əsas rəqibləri xaricdən maliyyələşən, kənardan aldıqları maliyyələrlə sifarişlə işləyən müxalifət namizədləridir”.

Partiya funksineri bizi qəhvəyə qonaq edir. Masa ətrafında söhbətimizə davam edirik. Həmsöhbətimiz deyir ki, seçkilər ərəfəsi olmasına baxmayaraq, partiyaya üzv olmaq üçün gələnlərin sayında xüsusi artım yoxdur:

“Çünki bu proses bizdə mütəmadidir. Ümumiyyətlə, Azərbaycanda seçicilərin fəallığı elə də yüksək deyil. Bununla belə hər seçkidə seçicilərin 60-70 faizi səs verirlər. Hər halda, rəsmi məlumatlar belədir. Təqribən həmin nisbət partiyamızda baş verir. Aydın məsələdir ki, partiyanın fəalları var. Onlar könüllü olaraq gəlirlər, köməkliklərini təklif edirlər. Kömək etməyə hazır olan xeyli sayda partiya fəalımız var. Biz də bundan istifadə edirik. Artıq üç gündür ki, imzatoplama kampaniyasına başlanılıb. Beş-on min arası imza toplanıb. İmzaların toplanacağına əminlik var. Partiya üzvlərimizin hamısının qənaəti budur ki, martın 11-nə qədər biz 40 min imzanı toplayıb MSK-ya təqdim edə biləcəyik. Sadəcə, imzatoplama prosesində mexaniki səhvlər az olsa, yəqin ki, Araz Əlizadənin namizədliyini MSK təsdiqləyər”.

Partiya üzvlərindən sədrin niyə yerində olmadığını soruşuruq. Bildirirlər ki, Milli Məclisə üzv olduqdan sonra Araz Əlizadə mərkəzi qərargaha ara-sıra təşrif buyurur:

-Hazırda onun əsas iş yeri Milli Məclisdir.

Üzvlər bütün bunlara baxmayaraq, seçkiyə hazırlığın öz qaydası ilə getdiyini söyləyirlər.

Elə bu vaxt partiya sədri Araz Əlizadə zəng vurur. Kənardan bildirirlər ki, partiya sədri hazırda Milli Məclsiin plenar iclasında olduğu üçün qərargaha gəlməyib. Ona suallarımızı ünvanlayırıq. Seçki ərəfəsi potensial rəqibləri ilə bağlı təəssüratlarını soruşuruq:

“Mənim əsas rəqibim sosial problemlərdir. Bizim partiyanın adı Azərbaycan Sosial Demokratlar Partiyasıdır. Biz özümüzə əsas rəqib kimi Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, sosial problemləri olan vətəndaşlarımızın problemlərini görürük. Hələ ki, MSK heç kimin namizədliyini təsdiq etməyib. Namizədliyi irəli sürülən şəxslər hazırda imzatoplama kampaniyasına qoşulublar. MSK namizədliyini irəli sürmüş şəxslərin namizədliyini təsdiq etdikdən sonra rəqiblərim müəyyənləşəcək. Ona görə də indidən əsas rəqiblərim haqqında heç nə deyə bilmərəm. 11 aprel seçkilərində prezidentliyə əsas namizəd kimi hazırkı ölkə başçısı İlham Əliyevin şanslarını daha yüksək qiymətləndirirəm”.

Sonra partiya sədrinin müavini Təhməz Məmmədov qərargaha təşrif buyurur. Təhməz müəllimdən imzatoplama kampaniyası ilə bağlı son yeniliklərin nə yerdə olduğunu soruşuruq. Hər şeyin qaydasında olduğunu deyir. Yeni məlumatların isə Yaşar Əsədovda cəmləndiyini bildirir. Bir neçə dəqiqədən sonra partiyanın Mərkəzi Komitəsinin üzvləri bir-bir qərargahda peyda olmağa başlayırlar. Hər biri seçkilərlə bağlı nikbin olduqlarını deyirlər.

ASDP üzvləri ilə sağollaşıb “Arazın o tayına” – yolun o biri tərəfində bayrağı dalğalanan Müasir Müsavat Partiyasının (MMP) qərargahına keçirik. Qarşı tərəfə keçdiyimiz keçid-köpünün şüşələrinə 11 aprel prezident seçkiləri ilə bağlı təbliğat braşurlarının yapışdırıldığını görürük.

Müasir Müsavat Partiyasının qapısı açıqdır. İçəri daxil oluruq. Səssizlikdir. Qapının zəngini basırıq. Qapını Müasir Müsavat Partiyasının (MMP) İdeoloji sahə və mətbuat məsələləri üzrə müavini Könül İsmayılova açır. Qərargahda yalnız Könül xanımın olduğunu görürük. Bizi otağına dəvət edir. Partiya sədri Hafiz Hacıyevin hazırda xaricdə olduğunu deyir. Qısa müddət sonra ölkəyə dönəcəyini vurğulayır.

Prezidentliyə namizəd Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova hafta.az-a açıqlamasında deyir ki, imzatoplama kampaniyası artıq bizim partiyada da başlayıb:

“Fevralın 20-dən Müasir Müsavat Partiyasının bütün rayon təşkilatları Bakı qərargahına dəvət olunub.  İmzatoplama blankları partiya fəallarına paylanıb. Hal-hazırda ölkənin bir çox rayonlarında, bölgələrimizdə aktiv şəkildə imzatoplama kampaniyası davam etdirilir. Partiyamızın demək olar ki, bütün rayonlarda – Oğuzda, Qəbələdə, Tovuzda təşkilatları fəaliyyət göstərir. Doxsan mindən artıq üzvümüz var. Seçkilərlə əlaqədar rayon təşkilatlarımız aktiv şəkildə fəaliyyət göstərirlər”.  

Könül İsmayılova səhər saatlarında qərargahın səssiz, sakit olmasına fikir verməməyimizi qeyd edir. Partiya funksionerinin sözlərinə görə, gün ərzində partiyanın bölgələrdəki və paytaxtdakı fəalları seçki prosesi ilə əlaqədar olaraq mərkəzi qərargaha təşrif buyururlar.

Qarşıdan seçkilər gəlir. Ümid edirik ki, budəfəki seçkilər rəngarəngliyi – siyasi partiyaların aktivliyi, eləcə də namizədlərin çoxluğu ilə diqqət çəkəcək. Bu da daha çox onların imzatoplama kampaniyalarında göstərdikləri nəticələrdən asılı olacaq. Qırx min imza saxta olmadığı halda Mərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərin sənədlərini təsdiq etməkdən başqa çıxış yolu qalmır. Bunu müxalif partiya nümayəndələri, mərkəzi qərargahdakılar da yaxşı bilir. Hər bir prezidentliyə namizədə uğurlar arzu edirik. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA