Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əcnəbi şagirdlər Azərbaycan məktəblərində
Tarix: 23.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda ölkəmizin təhsillə bağlı qoşulduğu beynəlxalq mübadilə proqramları uğurla davam etdirilir

Son illər təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası daha da sürətlənib. Artıq azərbaycanlı şagird və tələbələr xarici ölkələrdə təhsil almağa maraq göstərdiyi kimi, əcnəbi yeniyetmə və gənclər də Azərbaycanda təhsillərini davam etdirməyə meyl göstərirlər. Belə ki, hazırda ali məktəblərimizlə yanaşı, orta təhsil müəssisələrimizdə də təhsil alan əcnəbilərə rast gəlmək mümkündür.

Məsələn, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, əcnəbi şagirdlər Mədəniyyətlərarası Mübadilə Proqramları çərçivəsində paytaxt məktəblərində təhsillərini davam etdirirlər. Eyni zamanda, onlar maraqlarına uyğun olaraq, məktəb daxilində könüllü əsaslarla rəqs, rəsm dərnəklərinə cəlb edilir, yeni dostlar qazanırlar. Həmçinin şagirdlər Azərbaycan mədəniyyətini tədqiq edir, xüsusilə Azərbaycan dilini, milli rəqsləri sevərək öyrənirlər.

Qeyd edək ki, Mədəniyyətlərarası Mübadilə Proqramları çərçivəsində almaniyalı Viki Leoni Sofiya 82 nömrəli tam orta məktəbdə, Volf Kristina 252 nömrəli məktəb-liseydə, slovakiyalı Çuda Zuzana isə 160 nömrəli Klassik Gimnaziyada təhsillərini davam etdirirlər.

Paytaxt məktəblərində təhsil alan əcnəbi şagirdlərlərin Azərbaycanın bölgələrinə ekskursiyaları da təşkil olunub. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd Bakı məktəblərində oxuyan əcnəbi şagirdləri Azərbaycanın bölgələri, tarixi və mədəniyyət abidələri ilə əyani və yaxından tanış etmək, onların cəmiyyətə inteqrasiya olunmalarını təmin etməkdən ibarətdir. Səfər çərçivəsində şagirdlər Xızı, Quba və Mingəçevirdə olublar. İlk olaraq şagirdlər Xızı rayonunda Mikayıl Müşviqin ev muzeyini və Altıağac qoruğunu ziyarət ediblər. Daha sonra Quba və Mingəçevirin tarixi və görməli yerləri ilə tanışlıq olub. Azərbaycanın bölgələri ilə tanış olan əcnəbi şagirdlər bu ekskursiyaların onların dünyagörüşünün formalaşmasına və Azərbaycan haqqında daha dolğun məlumatlar əldə etmələrinə kömək etdiyini bildiriblər.

Yeri gəlmişkən, bu gün ölkəmizdə əcnəbi şagirdlər yalnız mübadilə proqramları çərçivəsində təhsillərini davam etdirmirlər. Belə ki, paytaxta məskunlaşan miqrantların da təhsil almaq hüququ təmin olunur. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində 960 nəfərə yaxın miqrant şagird təhsil alır. Paytaxtın bir sıra orta məktəblərində Türkiyə, Hindistan, Əfqanıstan, İran, İraq, İsrail, Qazaxıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Qırğızıstan, Slovakiya, Suriya, Türkmənistan, Ukrayna, Rusiya və Gürcüstan vətəndaşları təhsil alırlar.
Məlumat üçün onu da deyək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 9 ümumtəhsil məktəbində tədris xarici dillərdə aparılır. Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, xarici dildə tədris aparılan təhsil müəssisələri özəl məktəblərdir: "Məktəblərdən biri Şəmkir rayonunda, digər 8-i isə Bakıda fəaliyyət göstərir. Onlardan 6-da ingilis, 1-də rus, 1-də fransız, 1-də türk dilində tədris aparılır. İngilis dilində tədrisin aparıldığı məktəblərdə 2078 şagird təhsil alır, amma fransız dilli məktəbdə 105 şagird, rus dilli məktəbdə isə 106 şagird, türk dilli məktəbdə isə 556 şagird təhsil alır. Ümumilikdə xarici dildə tədrisin aparıldığı ümumtəhsil məktəblərində 2845 şagird təhsil alır".
Tədrisin xarici dildə aparıldığı məktəblərə gəlincə, Baku Oxford School tam orta ümumtəhsil məktəbi MMC (ingilis) 585 şagird təhsil alır, Baku Oxford Schoolun Şəmkir filialı (ingilis) 207 şagird oxuyur. Bakı Fransız Liseyi Təhsil Kompleksi (fransız) 105 şagird təhsil alır, BAKI İstedadlar və Təhsil Kompleksi (ingilis) 446 şagird təhsil alır. Odlar Yurdu universitetinin İnnovasiya məktəbi (British School) (ingilis) 388 şagird təhsil alır. Oxbridge Academy (ingilis) 183 şagird təhsil alır.

7.SABİS SUN İnternational school (ingilis) 269 şagird təhsil alır. Xabad Or Avner tədris kompleks (rus) 106 şagird təhsil alır. Bakı Atatürk Liseyi (türk) 559 şagird təhsil alır. Onu da bildirək ki, təhsildə beynəlxalq əməkdaşlıq respublikamızda həm orta təhsilin, həm də ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl qurumların da bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaradır. Hazırda Azərbaycanda təhsil sahəsində beynəlxalq əməkdaşlıq əsasən, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsini, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığını, təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müəllimlərin ixtisasının artırılması, stajkeçməsini, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsili, dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsili, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsilini əhatə edir. Təbii ki, bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır. Eyni zamanda, beynəlxalq proqram və layihələrin Azərbaycanda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə, insan potensialının inkişafına, kadrların davamlı təkmilləşdirilməsinə, beynəlxalq təlim təcrübələrinin tətbiqinə geniş imkanlar açır. Bununla yanaşı, tələbə, müəllim mübadiləsinə şərait yaradır, ölkədə təhsilin keyfiyyət səviyyəsinin digər inkişaf etmiş ölkələrlə müqayisəsinə imkan verir və Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına uğurlu inteqrasiyasına, rəqabətqabiliyyətli təhsil sisteminin formalaşmasına gətirib çıxarır.

Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq etdiyi istiqamətlərə nəzər yetirsək görərik ki, ölkəmizin kifayət qədər nüfuzlu təşkilatlarla geniş əlaqələri mövcuddur. Məsələn, Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrındən biri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycanın ali məktəblərinin fəal cəlb olunmasını vurğulaya bilərik. Bu proqram əsasında tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə staj keçməsinin təşkilı, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə bir sıra tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin çox sıx və səmərəli əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də YUNİSEF-dir. Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik taşəbbüsü", "Fəal təlim və məktəb rəhbərliyi", "İnkişaf üçün təhsil və Usaq Hüquqları Konvensiyası (UHK)", "Təhsil sistemində məlumatların və təkliflərin təkmilləşdirilməsi", "Gənclərin saglamlığı və inkişafı" kimi layihələr üzrə müvəffəqiyyətlə iş aparılıb.
Bunlarla yanaşı, Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, Özbəkistan və Polşa, Macarıstan kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaradıb və bu əməkdaşlıq uğurla davam etməkdədir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA