Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “zinakarı” - HƏFTƏ REYTİNQ
Tarix: 23.02.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Şotland biznesmen Piter de Savari ABŞ prezidenti Donald Trampla bağlı növbəti iddianı irəli sürdü. Savari 1985-ci ildə Floridada yerləşən “Palm Beach”də alacağı daşınmaz əmlak üçün Trampla görüşdüyünü deyib. Biznesmen bildirib ki, Tramp yemək zamanı telekonfrans zəngi üçün masadan ayrılıb və daha sonra şotland biznesmen onun ofisiantla yaxınlıq etdiyini görüb. Hadisə baş verən dövrdə Donald Tramp 1992-ci ildə evləndiyi həyat yoldaşı İvana ilə münasibətdə olsa da, toplantıya tək başına qatılıb. Savari həmçinin Trampın onun ideyalarını oğurladığını qeyd edib: “Bütün planlarımı ona dedim və ortaqlıq təklifi üçün zəng eləyəndə, işi tək başına görəcəyini bildirdi...”.


Həftənin “müxalifətçi oğlu”


Ayxan Etibaroğlu beynəlxalq tədbirdə Ermənistan prezidentinin Azərbaycan xalqının soyqırımında iştirakı məsələsini qaldırdı. Madriddə keçirilən Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti qurultayında ölkəmizi təmsil edən Azərbaycan Milli İstiqlal Partiyası Gənclər Təşkilatının rəhbəri Ayxan Etibaroğlu (partiyanın lideri Etibar Məmmədovun oğlu) Ermənistan Respublikası Partiyasının BDİ-yə üzvlüyə namizədliyinin müzakirəsi zamanı bu partiyanın lideri Ermənistanın prezidenti Serj Sərkisyan haqda belə deyib: “Prezident Sərkisyan britaniyalı jurnalist Tomas de Vala deyib ki, Xocalıyadək azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu stereotipləri sındırmağı bacardıq, bax, bu baş verdi... Bununla Sərkisyan günahsız insanların, qocaların, qadın və uşaqların qətlə yetirilməsini etiraf edib...”.

 

Həftənin “ukraynalısı”


Böyük Britaniya kraliçası II Yelizaveta Kiyevin mərkəzində torpaq sahəsi icarəyə götürdü. Bu barədə şəhər şurasının qərarında qeyd olunub. Məlumata görə, icarəyə götürülən ərazi 1,6 min kvadrat metr təşkil edir. Ərazinin 49 il müddətinə icarəyə verildiyi bildirilib. İcarə haqqının isə aylıq 568 min qriven təşkil etdiyi qeyd olunub. Qeyd edək ki, şəhər şurasının qərarına əsasən kraliçanın ailəsi ay ərzində icarə ilə bağlı sənədləşməni yekunlaşdırmalıdır.


Həftənin “namuslu ingilis qadını”


İngiltərə ordusunda uzun zamandır, xidmət edən eyni zamanda keçmiş “gözəllik kraliçası” olaraq bilinən “barbie” ləqəbli qadın əsgər 12 ildir ki, cinsi təcavüzə məruz qaldığını etiraf edərək artıq susmayacağını açıqladı. 2009-cu ildə İngiltərə gözəli seçilmiş Katerina Hoc kişi əsgərlər tərəfindən necə cinsi təcavüzə məruz qaldığını danışıb. 17 yaşında orduya qatılan Katerina 1 il sonra ölkənin Müdafiə Nazirliyi tərəfindən cəsarət mükafatı almışdı. O, İraqa təhvil verilməsi üçün aparılan əsirin yolda qaçmasının qarşısını almışdı. Lakin Katerina üçün mükafat aldıqdan sonra ordudakı həyat sözün əsl mənasında cəhənnəmə dönüb. Hazırda 30 yaşında olan Katerina Hoc məşhur “Mirror” qəzetinə açıqlama verərək, digər qadın hərbçiləri də cəsarətləndirmək üçün susmayacağını deyib: “Artıq 2018-ci ildəyik. Qadınların bu qədər aşağılanmasına dözə bilmirəm. Onlar da mənim kimi cinsi təcavüzə məruz qalmasınlar. Bölükdəki hərbçilər mənim qadın olduğuma görə mükafat aldığımı düşünürdülər. Yanlarından keçərkən mənə əxlaqsız sözlər deyirdilər. Öz aralarında məni fahişə kimi qələmə vermişdilər...”


Həftənin “ermənisevər müğənnisi”


Bu günlərdə məşhur türk müğənnisi, eyni zamanda Azərbaycanda da çox sevilən sənətçi Sezen Aksunun ermənipərəst olması ilə bağlı mövzu yenidən gündəmə gəldi. Yerli mətbuatda onun illər öncə İstanbuldakı musiqi mərkəzində səsləndirdiyi fikirlər yenidən müzakirəyə səbəb olub. Belə ki, Fahir Atakoğlu ilə yanaşı, erməni Ara Dinkyanın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə oxuyan Sezen Aksu iki mahnı oxuduqdan sonra 1996-cı ildə təyyarə qəzasında həlak olmuş əri, erməni Onno Tunçdan danışıb: “Bilirsiniz, Onno ermənidir və mən də 10 il ermənilərin gəlini oldum. Onlara canım qurban! Dolayısıyla bütün ermənilər, təbii ki, mənim qohumlarımdır”. Müğənninin bu sözləri həm öz ölkəsində, həm də Azərbaycandakı pərəstişkarları tərəfindən hiddətlə qarşılanıb.


Həftənin “quzupərəsti”


Milli Məclisin ötən cümə keçirilmiş plenar iclasında deputat Tahir Rzayev son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsinin kütləvi hal almasından narahatlğını ifadə edərək dedi: “Cavan quzu, dana ətinin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurmaqdadır...”.


Həftənin “ölüb-diriləni”


Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərlərinə münasibət bildirdi. Sosial şəbəkədə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib. Qeyd olunur ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib. “Qardaşımın ölümü barədə yayılan xəbərlər yalandır. Hansı xəstə, amansız düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlar ağılsızdırlar və cəmiyyətdə onlara yer yoxdur”, — deyə Stallonenin musiqiçi qardaşı Frenk Stallone “Tvitter”də yazıb. Daha sonra isə aktyorun özü “İnstaqram”da övladları ilə birgə video paylaşıb.


Həftənin “tele-tənqidçisi”


Müğənni Brilliant Dadaşova azərbaycanlı tele-aparıcıları tənqid etdi. Seda Sayanın proqramından bir görüntü yayımlayan müğənni onun qonağına qarşı olan diqqətini tərifləyib və yerli aparıcıları diqqətsiz olmaqda qınayıb: “Dostlar, sonra deməyin ki, niyə tez-tez televiziya proqramlarında görünmürəm?! Baxın, Seda Sayan öz proqramında qonaqlara necə diqqət yetirir… Bizim bir çox verilişlərimizdə aparıcıların efir mədəniyyətindən xəbəri olmadığı üçün müğənni musiqi ifa edərkən o, başqa işlərlə məşğul olur. Bunun dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram aparıcılarımız günbəgün çoxalır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018